Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
8-10-2024, 16:42
"Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir" - Əhməd ifadə verdi


"Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir" - Əhməd ifadə verdi

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesə media nümayəndələri buraxılmayıb.
Təqsirləndirilən şəxsin vəkili bildirib ki, prosesdə Əhməd Əhmədovun ifadəsi elan olunub.
Əhməd Əhmədov istintaqa verdiyi ifadəsində Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşadığını bildirib.
O, bacısı Elmira Əhmədovanın dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev aldıqlarını bildirib.
Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləyib.
İstintaqda hadisə günü ilə bağlı danışan Əhməd Əhmədov qeyd edib ki, səhər saat 10 radələrində atası Mehmanla birlikdə evlərinə gəliblər. Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlayıb. Həmin vaxt Əhməd Əhmədov atasını öldürmək qərarına gəldiyini deyib:
"Mətbəxdən həmin vaxt bıçağı götürdüm. Atama qəflətən zərbələr vurmağa başladım. Atam həmin vaxt yerə yıxıldı. Həmin vaxt bıçağı və maşının açarını götürüb evdən çıxdım".
Əhməd Əhmədov daha sonra bacısının yaşadığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinə getdiyini deyib:
"Binaya qalxıb, qapını döydüm. Elmira qapını açan kimi bıçaqla ona zərbələr vurdum. Elmira yıxıldı, bu zaman onun qızı Ülviyyə ağlamağa başladı, ona da zərbələr vuran zaman əlindəki bıçaq qırıldı. Mətbəxdən başqa bıçaq götürürək Ülviyyəni də öldürdüm. İki bıçağı da orada qoyaraq oradan çıxaraq ata evimə qayıtdım".
Əhməd Əhmədov deyib ki, avtomobili binanın həyətində saxlayıb və məhlədə olan marketdən siqaret almaq istəyib:
"Əlim qan olduğu üçün siqaret vermədilər. Həmin vaxt anam Pikə və qardaşım Məhəmmədin evə tərəf getdiyini gördüm. Anam məni görən kimi “çıx get bəsdir, ailəmizi çox incidirsən” dedi. Bu sözləri mənə təsir etdi. Həyətdə yerləşən 1001 xırdavat mağazasına girib 20 manata balta aldım və onların arxasınca binaya tərəf getdim. Liftlə qalxdım. Anamgil yuxarı qalxanda balta ilə ona zərbələr vurmağa başladım.
Bu zaman arxadan qonşu qadın anamı niyə vurduğumu soruşanda ona “bas bayıra” deyərək qışqırdım. Anamı öldürəndən sonra qardaşım Məhəmmədi də baltalayaraq qətlə yetirdim. Daha sonra evə girərək baltanı gizlətdim və paltarımı dəyişərək evdən çıxdım. Marketin qabağında polis tərəfindən saxlanıldım".
İstintaqda verilən suallara cavab verən Əhməd Əhmədov qeyd edib ki, atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymayıblar, ona diqqət göstərməyiblər:
"Məndən ayrı yaşamaq istədikləri üçün ailə üzvlərimə qarşı böyük nifrət yaranmışdı. Qardaşım Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynlərim kimi olacaqları üçün hər birini öldürdüm. Bundan rahatlıq tapdım. Daxilimdəki səs mənə deyirdi ki, ailə üzvlərim ölməlidir".
Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclası bu həfətənin dördüncü gününə təyin olunub.
O bildirib ki, zərərçəkmiş tərəfin təhlükəsizliyi ilə bağlı prosesə media nümayəndələrinin buraxılmaması barədə qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası bu ayın 10-na təyin olunub.
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ittiham irəli sürülüb.
8-10-2024, 16:31
Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən danışdı


Putin İlham Əliyev və Paşinyanla Zəngəzur dəhlizindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Kreml sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirib. Görüş MDB Dövlət Başçıları Şurasının Moskvada keçirilən iclası fonunda baş tutub.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı mühüm məqamları açıqlayıb.
O qeyd edib ki, Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində Zəngəzur dəhlizi mövzusu müzakirə olunub.
"Yəqin ki, Putinin Əliyev və Paşinyanla danışıqları zamanı Zəngəzur dəhlizi mövzusuna toxunulub", - Kremlin sözçüsü bildirib.
Xatırladaq ki, Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov liderlər arasında üçtərəfli görüşün planlaşdırılmadığını bildirib. “Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik”, - o, müvafiq sualı cavablandırıb. “Belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”. Uşakovun sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.
8-10-2024, 16:19
Lavrovla Mirzoyan arasında qəribə söhbət: "Uşaqlar it kimi geyinirlər"


Lavrovla Mirzoyan arasında qəribə söhbət: "Uşaqlar it kimi geyinirlər"

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söhbəti maraqla qarşılanıb.
Nazirlərin söhbəti Kremldə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar zamanı baş tutub.
Lavrov Mirzoyana Ermənistanda kvadroberlərin populyarlığı ilə bağlı sual verib.
“Sizdə kvadroberlər var? Uşaqlar it kimi geyinirlər. Onlar heyvan kimi gəzirlər”, - Lavrov Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərinə deyib. Mirzoyan cavab verdi ki, belə bir subkulturadan xəbəri var. Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyan bəzi avropalı kvadroberlərin özlərini “cins” kimi müəyyən etməyə başladıqlarına diqqət çəkib.
Qeyd edək ki, kvadroberlər heyvan paltarları geyinir, 4 ayaq üstündə gəzir və heyvanların hərəkətlərini təqlid edirlər. Əsasən Qərbdə gənclər arasında olan subkulturdur.
Bundan əvvəl Rusiyada kvadrober subkulturunun qadağan edilməsi təklif edilib.

8-10-2024, 16:04
Jurnalistlər Əhməd Əhmədovun məhkəməsinə buraxılmadı


Jurnalistlər Əhməd Əhmədovun məhkəməsinə buraxılmadı

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesə media nümayəndələri buraxılmayıb.
Prosesə media nümayındələrinin buraxılmamasının səbəbi açıqlanmayıb.
8-10-2024, 16:03
MDB sammiti başladı: İlham Əliyev iştirak edir - FOTO


MDB sammiti başladı: İlham Əliyev iştirak edir - FOTO

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Əvvəlcə birgə foto çəkdirilib.
Dövlətimizin başçısı iclasda çıxış edib.








8-10-2024, 15:42
“Daşa yazılmış tarix”in təqdimatı oldu


“Daşa yazılmış tarix”in təqdimatı oldu

Qazaxıstanın tanınmış ictimai və siyasi xadimi, görkəmli türkçü Darxan Kıdırəlinin “Daşa yazılmış tarix” kitabı türklərin qədim tarixindən bəhs edir və hər bir türk toplumu nümayəndəsi üçün gərəkli bir nəşrdir.
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan dilinə çevrilərək çap edilmiş kitabın təqdimat mərasimi X Bakı Beynəlxalq Kitab Sərgisində ötən gün baş tutub.
Kitabı Azərbaycan dilinə tanınmış araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk tərcümə edib.
Ttəqdimat mərasimində moderator Fərid Hüseyn türk xalqları ədəbiyyatının, elminin ortaq nöqtələrindən, istinad mənbələrindən bəhs edib. İlk olaraq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova çıxış edib, Darxan Kıdırəlinin türk tarixindən bəhs edən əsərinin böyük əhəmiyyətini dilə gətirib, onun Azərbaycan dilinə uyğunlaşdırılmasını böyük hadisə adlandırıb.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Darxan Kıdırəli şəxsiyyəti, onun türkçülüyə verdiyi töhfələrdən bəhs edib, kitabı böyük maraqla oxuduğunu dilə gətirib.
Təqdimat mərasimində iştirak edən Milli Məcllisin deputatı Cavanşir Feyziyev Darxan Kıdırəlinin Türk dünyası, türk elmi üçün əvəzsiz xidmətlərindən, Beynəlxalq Türk Akademiyasının təşəkkül tapmasında müstəsna fəaliyyətindən, onun Azərbaycan ilə Qazaxıstan arasında elm sahəsində həyata keçirdiyi layihələrdən danışıb.
Filologiya elmləri doktoru Şərəf Cəlili “Daşa yazılmış tarix” kitabını İleriş-Kutluq Xaqanın, Tonyukukun, Bilgə Xaqanın göy türklərdən bu günə qədər gəlib çıxan səsi adlandırıb. Bu kitabın bütün ali və orta məktəblərdə tədris olunası kitab adlandırıb.
Xalq şairi Sabir Rüstəmxanlı Türküstan elinin görkəmli ziyalısı Darxan Kıdırəlinin kitabını daşlardan bizə gəlib çatan əmanət adlandırıb.
“Daşa yazılmış tarix” kitabını Azərbaycan türkcəsinə uyğunlaşdıran Aida Eyvazlı Göytürk isə belə bir kitabın tərcüməsinin məsulyyətinin onun çiyinlərinə düşməsini “Tanrıdan verilən xoşbəxtliyimdir” deyə izhar edib. Bildirib ki, bu kitab bir daha sübut edir ki, türk həm tarix yaradıb, həm də tarix yazıb.
Xatırladaq ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk dünyasının yazarlarının, alimlərinin təbliğinə həsr edilmiş kitab seriyaları nəşr etdirir və bu layihə türk xalqlarının irsinin öyrədilməsində, inteqrasiyasında böyük əhəmiyyət kəsb edir.
8-10-2024, 15:27
Köç karvanı Şuşaya çatdı - Mənzillərin açarları sahiblərinə verildi


Köç karvanı Şuşaya çatdı - Mənzillərin açarları sahiblərinə verildi

Oktyabrın 8-də səhər saatlarında yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
16 ailə olmaqla, 60 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim olunma mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Şuşa şəhərində 220 ailənin, yəni 823 nəfərin daimi məskunlaşması təmin edilib.



8-10-2024, 15:22
Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi


Putin Paşinyanı da BRIKS sammitinə dəvət etdi

Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində Ermənistanın baş naziri Nikol Paşinyanı gözləyəcək.
Bu barədə Rusiya lideri Ermənistan hökumətinin başçısı ilə bugünkü görüşdə bildirib.
“Nikol Vovaeviç, mən sizi Kazanda BRIKS sammitində gözləyirəm. Ümid edirəm ki, bu həm faydalı, həm də maraqlı olacaq”, - Putin bildirib.
Putin əlavə edib ki, BRIKS sammitində “çoxlu təmaslar” gözlənilir.
"Biz ikitərəfli görüş keçirəcəyik və bir neçə ölkədən olan həmkarımızla danışmaq imkanı olacaq", - Rusiya prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Ermənistan iqtisadiyyatının aparıcı investorudur və bu ölkəyə 4 milyard dollar dəyərində sərmayə qoyub.
Putin humanitar əməkdaşlığın vacibliyini qeyd edib.
Nikol Paşinyan görüşdə İrəvanla Moskva arasında aktiv siyasi dialoqun olduğunu qeyd edib.
“Mən çox şadam ki, son aylar ərzində kifayət qədər fəal siyasi dialoqumuz olub. Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bizə gəldi, nəinki hökumətlərarası komissiyanın iclası keçirildi, həm də biz bütün məsələlər barədə kifayət qədər əsaslı danışdıq. Oktyabrın əvvəlində biz Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının iclasını keçirdik. Bu tədbir çərçivəsində biz Rusiya hökumətinin sədri Mixail Mişustin ilə əməkdaşlıq məsələlərini müzakirə etdik. Şadam ki, bu gün biz bu müzakirələri yekunlaşdıra bilərik”, - Paşinyan deyib.
8-10-2024, 15:06
Rusiyanın Ermənistan və Azərbaycanla iqtisadi tərəfdaşlığı rəqəmlərdə


Rusiyanın Ermənistan və Azərbaycanla iqtisadi tərəfdaşlığı rəqəmlərdə

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Rusiya prezidnti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri İlham Əlyev və Nikol Paşinyanla ikitərəfli görüşləri keçirlib.
Bu görüşlərdə Rusiyanınm hər iki ölkə ilə hazırkı iqtisadi münasibətlərinə də toxunulub.
Məlum olub ki, Azərbaycanla müqayisədə Rusiya Ermənistanla daha sıx iqtisadi münasibətlər qurub.
Prezident Putin Nikol Paşinyanla görüşdə deyib ki, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin həcmi ötən il 7.4 milyard dollar olduğu halda, bu ilin ilk altı ayında həmin göstərici 2.5 dəfə artaraq 8.3 milyard dolları ötüb.
"Əgər bu temlə davam etsək, bu il ticarət dövriyyəmizin həcmi 14-16 milyard dollar olacaq", - Putin əlavə edib.
Putin İlham Əliyevlə görüşdə isə bildirib ki, Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4,3 milyard dollardır.
8-10-2024, 13:19
Azərbaycanla Pakistan arasında bir neçə saziş təsdiq edildi


Azərbaycanla Pakistan arasında bir neçə saziş təsdiq edildi

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Pakistan arasında bir neçə saziş ratifikasiya edilib.
Parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı sazişlərin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!