Sahibə Qafarova Vatikandadır .....                        Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat .....                        Ərdoğan Tokayevlə danışıqlar apardı .....                        Gəncədə 18 yaşlı gənc bıçaqlandı .....                        Ronaldu özünə klub alır? .....                        Lavrov Rubio ilə müzakirə apardı .....                        İstabulda tarixi danışıqlar: kim uddu, kim uduzdu... .....                        Ədalət Partiyasının yeni sədri kimdir? .....                        Türkiyə nümayəndə heyəti Naxçıvanda .....                       
16-02-2024, 17:59
Ukrayna qoşunları bu ərazidən geri çəkilir


Ukrayna qoşunları bu ərazidən geri çəkilir

Ukrayna qoşunları Avdievkadan geri çəkilir.
Bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski deyib.
Onun sözlərinə görə, aylarla davam edən döyüşlərdən sonra bu barədə qərar qəbul edilib.
16-02-2024, 17:52
Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü


Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşdü

Prezident İlham Əliyev Münxendə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb.
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.


16-02-2024, 17:33
Navalnının ölümü “demokratiyanın bütün müdafiəçiləri üçün faciə” adlandırılıb


Navalnının ölümü “demokratiyanın bütün müdafiəçiləri üçün faciə” adlandırılıb

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həbsdə ölümünü “demokratiyanın bütün müdafiəçiləri üçün faciə” adlandırıb.
Bu barədə Zurabişvilinin X sosial şəbəkəsindəki mesajında ​​deyilir.
“Aleksey Navalnının ölümü bütün demokratiya və insan haqları müdafiəçiləri üçün faciədir. Onun ailəsinə və Rusiyada demokratiya uğrunda mübarizəni davam etdirənlərə başsağlığı verirəm”, - o qeyd edib.
16-02-2024, 17:26
İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü


İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü

Prezident İlham Əliyev Münxendə ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüb.
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
16-02-2024, 17:14
İlham Əliyev Münxendə səfərdədir


İlham Əliyev Münxendə səfərdədir

Prezident İlham Əliyev İtaliyanın "Leonardo" şirkətinin baş direktoru Lorenzo Marianinin görüşü olub.
60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən fevralın 16-da İtaliyanın "Leonardo" şirkətinin baş direktoru Lorenzo Marianinin görüşü olub.
16-02-2024, 16:10
Almaniya və Ukrayna təhlükəsizlik sahəsində müqavilə imzaladı - FOTO


Almaniya və Ukrayna təhlükəsizlik sahəsində
müqavilə imzaladı - FOTO


Almaniya və Ukrayna təhlükəsizlik sahəsində
müqavilə imzalayıb.
Bu barədə Almaniya Federativ hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunduğu kimi, Almaniya Kansleri Olaf Şolts və Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə təhlükəsizlik zəmanəti və uzunmüddətli dəstək haqqında ikitərəfli saziş imzalayıblar.
Təhlükəsizlik sazişi bu gün Şolts və Zelenski arasında ikitərəfli görüşdən sonra imzalanıb.
Qeyd edək ki, Ukrayna liderinin Almaniyaya səfəri ABŞ-nin Ukraynaya hərbi dəstəyinin davamlılığı ilə bağlı müəyyən narahatlıqların getdikcə artdığı bir dövrə təsadüf edir. Hazırda Almaniya ABŞ-dan sonra Ukraynaya silah tədarük edən ikinci ən böyük ölkədir.
Xatırladaq ki, son günlər Zelenski avropalı müttəfiqlərinə daha çox hərbi dəstək üçün müraciət edib və Ukrayna ordusunun sursat, xüsusilə artilleriya mərmilərinin kritik çatışmazlığı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.




16-02-2024, 15:51
Sarkisyan: “Onlar bununla nəyə nail olublar?”


Sarkisyan: “Onlar bununla nəyə nail olublar?”

"Mən baş nazir fəaliyyətini yalnız sonradan baş verən fəlakətin qarşısını almaq üçün davam etdirmək istədim".
Bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2018-ci ildəki vəziyyət haqqında deyib.
Sarkisyanın sözlərinə görə, 2018-ci ildə “sakitcə evə gedə bilərdi”, amma bunu etməyib: "Lakin mənim belə bir qərar verərkən şəxsi maraqlarım olmayıb. Eyni zamanda, o zaman mənim istefamı tələb edənlərin hamısından soruşmaq istəyirəm - onlar bununla nəyə nail olublar?".
Qeyd edək ki, Serj Sarkisyan 2 dönəm prezident olduqdan sonra referendum keçirərək ölkəni parlamentar respublikaya çevirib və baş nazir postunu tutub. Lakin qısa müddət sonra məxməri inqilabla devrilib və Nikol Paşinyan hakimiyyətə gəlib.
15-02-2024, 22:45
Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı


Qadın güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
59 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik finalda ukraynalı Alina Filipoviçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bundan öncə çıxış etmiş millinin digər üzvü Mariya Stadnik də (50 kiloqram) qızıl mükafatın sahibi olub.
Qeyd edək ki, Azərbaycan fevralın 18-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
15-02-2024, 21:52
Baş Prokuror qandonduran hadisəylə bağlı danışdı


Baş Prokuror qandonduran hadisəylə bağlı danışdı

Fevralın 13-də 5 ailə üzvünün qətlə yetirilməsi faktının ciddi istintaqı aparılır.
Bunu REAL TV-yə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
"Bu, dəhşətli hadisədir. Bu da həqiqətən bizi çox narahat edir. Düzdür, cinayət işi açılıb, şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Amma bizi burada daha çox maraqlandıran bu hadisənin baş verməsinin səbəbləri və şəraitidir. Tərəfimdən tapşırıq verilib, bizim istintaq orqanları, prokurorluq hadisənin nə üçün baş verdiyini araşdırır", - o qeyd edib.
Kamran Əliyev vurğulayıb ki, belə şəxsin azadlıqda olması cəmiyyətimiz üçün təhlükəlidir, təhdiddir:
"Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq. Bununla bağlı biz aidiyyatı qurumlar qarşısında təkliflər hazırlayacağıq. Artıq mənim gördüyüm, hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olubdur".
Baş Prokurorluqdan bildirilib ki, fevralın 13-də bir ailənin 5 nəfər ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
15-02-2024, 21:40
Mariya Stadnik yenidən Avropa çempionu oldu


Mariya Stadnik yenidən Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik yenidən Avropa çempionu olub.
Bu onun Avropada 10-cu qələbəsidir.
50 kq çəki dərəcəsində yer alan idmançı Rumıniyanın paytaxtı Buxarestdə keçirilən qitə çempionatının finalında Türkiyə təmsilçisi Evin Demirhanla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Stadnik qızıl medala yiyələnib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!