Xəzərdə itkin düşən balıqçılarla bağlı rəsmi açıqlama .....                        Azərbaycanın daha 4 boksçusu 1/4 finalda .....                        Ayda iki dəfə maaş alacağıq .....                        Tramp müharibə edən ölkələri barışdırdı .....                        Nərgiz Məhəmmədi İranda saxlanıldı .....                        Rusiya Türkiyə gəmisini raketlə vurdu - FOTO .....                        Azərbaycanda 600-dən çox hərbçiyə ev veriləcək .....                        Daha bir dövlət qurumu xəbərdarlıq etdi .....                        Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavab ötürürmüş .....                       
29-09-2024, 16:07
İsrail yenə Beyrutu vurdu


İsrail yenə Beyrutu vurdu

İsrail Hərbi Hava Qüvvələri bu gün Beyrutun Dahiyə məhəlləsinə növbəti dəfə zərbə endirib.
Bu barədə Livan KİV-ləri məlumat yayıb.
Hələlik İsrail Ordusu əməliyyatla bağlı açıqlama yaymayıb.
29-09-2024, 15:54
"Hizbullah" komandirinin öldürüldüyünü təsdiqlədi


"Hizbullah" komandirinin öldürüldüyünü təsdiqlədi

"Hizbullah" Hərəkatı cənub cəbhəsinin komandiri Ali Karkinin öldürüldüyünü təsdiqləyib.
Ali Karki cümə günü İsrail Hərbi Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində öldürülüb.
Qeyd edək ki, sentyabrın 27-də həmin aviazərbə nəticəsində "Hizbullah" Hərəkatının lideri Həsən Nəsrullah da ölüb.
29-09-2024, 15:40
Saxta spirtli içkidən zəhərləndilər - Ölənlər var


Saxta spirtli içkidən zəhərləndilər - Ölənlər var

İranda 4 nəfər spirtli içkidən zəhərlənərək ölüb.
Bu barədə IRNA Gilan Tibb Elmləri Universitetinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, Rəştdə 19 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü ölüb, 5-nin vəziyyəti isə ağırdır.
29-09-2024, 14:45
Nepalda daşqınlar - Ölənlərin sayı 100-ü keçdi


Nepalda daşqınlar - Ölənlərin sayı 100-ü keçdi

Nepalda leysan yağışlar Baqmati çayı və onun qollarında daşqınlara yol açıb.
Daşqınlar nəticəsində paytaxt Katmandu və ətraf rayonlarda 112 nəfər ölüb, 70-ə yaxın insan itkin düşüb.
Qeyd edilib ki, 1970-ci ildən sonra son sutka ərzində Nepal paytaxtında yağıntıda rekord qeydə alınıb. Katmanduya orta hesabla 240 mm, bəzi regionlara 322 mm yağıntı düşüb.
29-09-2024, 14:26
Livandan İsrailin şimalına zərbə


Livandan İsrailin şimalına zərbə

İsrailin şimalı Livandan atəşə tutulub.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhəri istiqamətində raket atışı qeydə alınıb.
Raket təhlükəsi ilə əlaqədar bu ərazidə hava hücumu xəbərdarlığı elan edilib.
Ümumilikdə, Livan ərazisindən Tiberiyaya doğru səkkiz mərmi atılıb.
İtkilər barədə məlumat verilmir.
29-09-2024, 14:00
Bütün boksçularımızdan qələbə - İBA Çempionlar Liqası


Bütün boksçularımızdan qələbə - İBA Çempionlar Liqası

Azərbaycanda ilk dəfə İBA Çempionlar Gecəsi keçirilib.
Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.
Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin Milli Gimnastika Arenasında izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. Altı raundluq döyüş Azərbaycan boksçusunun inamlı qələbəsi ilə yekunlaşıb.
Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionu Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktivinə yazıb.
Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.
Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində Azərbaycanın 4-cü qələbəsini rəsmiləşdirib.
29-09-2024, 13:26
"Hizbullah" rəhbərliyindən daha biri öldürüldü


"Hizbullah" rəhbərliyindən daha biri öldürüldü

"Hizbullah"ın hərbi-ideoloji rəhbərliyində vacib şəxslərdən biri öldürülüb.
Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Livandakı "Hizbullah" mərkəzi şurasının üzvü Nabil Kauk zərərsizləşdirilib.
O, İsrail Hərbi Hava Qüvvələrinin sentyabrın 28-də həyata keçirdiyi hava hücumu nəticəsində məhv edilib.
Şeyx Nabil Kauk "Hizbullah"ın idarə edilməsində mərkəzi fiqurlardan biri olub və hərbi əməliyyatlarla bağlı bir sıra strateji məsələlərə cavabdeh idi.
29-09-2024, 12:47
Ağsuda oğurluq - Şübhəlilər saxlanıldı


Ağsuda oğurluq - Şübhəlilər saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Tural Qasımov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı onun şəhərin bir neçə küçə və prospektində kanalizasiya quyularının qapaqlarını oğurladığı müəyyənləşib.
Digər əməliyyat zamanı ahıl qadının bank kartından oğurluqda şübhəli bilinən Bakı sakini Səbuhi Zülfüqarov da saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
29-09-2024, 12:23
Polşada daşqınlar - 9 ölü


Polşada daşqınlar - 9 ölü

Polşanın cənub-qərbində irimiqyaslı daşqınlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.
Bu barədə Polşa Nazirlər Kabinetinin iclasında məlumat verilib.
Bununla da daşqın qurbanlarının sayı daha 2 nəfər artıb.
Təbii fəlakətlə əlaqədar 4778 nəfər evlərini müvəqqəti tərk etmək məcburiyyətində qalıb.
29-09-2024, 12:08
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-8° isti, gündüz 12-16° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!