Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
24-09-2024, 15:12
Ərdoğan Pezeşkianla görüşdə nələrdən danışıb? - DETALLAR


Ərdoğan Pezeşkianla görüşdə nələrdən danışıb? - DETALLAR

Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedən İran prezidenti Məsud Pezeşkian ötən axşam Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Liderlərin ilk dəfə üz-üzə gəldiyi görüş Nyu-Yorkdakı Türk evində keçirilib.
İRNA agentlyi mətbuata qapalı keçən görüşün bəzi detallarını açıqlayıb.
İslam ölkələrinin daha yaxşı gələcəyi bizim aramızda birlik yaratmaq üçün uğurlu səydən asılıdır və belə birliyin kölgəsində Qəzzada baş verənlər kimi cinayətlərin heç vaxt şahidi olmayacağıq.
Məsud Pezeşkian Rəcəb Tayyib Ərdoğanla görüşündə İranın Türkiyə ilə qonşuluq və ortaq inanc əsasında bir-birinə qardaş ölkə olduğuna inandığını bildirib.
“Qardaşlığımıza sadiq qalsaq, İsrail heç vaxt belə cinayətlər edə bilməyəcək”, - Pezeşkian deyib.
İran prezidentinin sözlərinə görə, İsrail dünyanın gözü qarşısında uşaq və qadınları öldürdüyü, məktəbləri, xəstəxanaları, sığınacaqları bombaladığı halda, Amerika və bəzi Avropa ölkələri bu rejimin cinayətlərini özünümüdafiə kimi qələmə verir və faktiki olaraq onu dəstəkləyir.
Pezeçkian daha sonra bildirib ki, İran İslam Respublikası Türkiyə ilə bütün sahələrdə, xüsusilə regional təhlükəsizliyin təşviqi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır:
“Region ölkələrinin başçıları ilə apardığım müzakirələrdə regional rabitə şəbəkəsinin yaradılmasını təklif etdim ki, onun ilkin şərti lazımi təhlükəsizlik şəraitinin təmin edilməsidir. Bu təklifin reallaşması üçün terrordan azad bir bölgə lazımdır”.
İran prezidenti region ölkələri arasında birliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq deyib:
“Regionda böyük ümumi bazarın yaradılması, akademik, elmi və iqtisadi mübadilələr İslam dünyasının böyüklüyünü dünyaya göstərə bilər; İslam ölkələrinin daha yaxşı gələcəyi bizim aramızda birlik yaratmaq üçün uğurlu səydən asılıdır və belə birliyin kölgəsində Qəzzada törədilən cinayətlərə heç vaxt şahid olmayacağıq”.
Ərdoğan isə İrandakı kömür mədənindəbaş verən qəza ilə bağlı başsağlığı verib, İsrailin Livana hücumlarının genişlənməsindən narahatlığını dilə gətirib. “Bu gün dünya şahiddir ki, Netanyahunun Qəzzada atəşkəs və regionda sabitlik niyyəti yoxdur”, - o deyib.
Türkiyə prezidenti qeyd edib ki, qışın gəlişini və Qəzzada ağır humanitar vəziyyəti nəzərə alaraq, vaxt itirmədən danışıqlar aparılmalıdır.
Ərdoğan iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini, eləcə də iqtisadi sahədə, o cümlədən enerji sahəsində əməkdaşlığın qarşılıqlı faydası olduğunu deyib. O, Pezeşkianın regional rabitə şəbəkəsinin yaradılması təklifini müsbət dəyərləndirib.
24-09-2024, 15:04
Peskov: Müharibə bu şərtlə başa çatacaq


Peskov: Müharibə bu şərtlə başa çatacaq

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya-Ukrayna müharibəsinin çoxlarının düşündüyündən də başa çatmağa yaxın olduğu barədə sözlərini şərh edib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bilirsiniz ki, istənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır. Ancaq hədəflərimizə çatmaq üçün heç bir alternativ yoxdur. Bu məqsədlərə bu və ya digər şəkildə nail olan kimi xüsusi hərbi əməliyyat başa çatacaq”, - o qeyd edib.
Qeyd edək ki, Zelenski Ukraynanın “qələbə planını” prezident Co Baydenə, Konqres üzvlərinə, həmçinin prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim etməyi planlaşdırır.
24-09-2024, 14:49
Türkiyənin müdafiə naziri Bakıda sərgi ilə tanış olub


Türkiyənin müdafiə naziri Bakıda sərgi ilə tanış olub

Türkiyə milli müdafiə naziri Yaşar Gülər sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə tanış olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə hərbi rəhbərliyi sərgidə təqdim olunan texnikalara baxıblar.
Xatırladaq ki, Türkiyə nümayəndə heyəti V “ADEX-2024” sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdədir.
24-09-2024, 14:42
Kolleclərə qəbulun nəticələri açıqlandı


Kolleclərə qəbulun nəticələri açıqlandı

Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 5534 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1305 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) günün sonunadək DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
Qəbul olunan abituriyentlər 27 sentyabr saat 11:00-dan 3 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
24-09-2024, 14:37
Üç mindən çox müəllimin maaşı artacaq


Üç mindən çox müəllimin maaşı artacaq

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nəticələr barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az üzərindən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3 393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.
Təkrar sertifikatlaşdırmadan keçən 3 252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.
Qeyd edək ki, müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.
24-09-2024, 14:31
Azərbaycan yeni snayper silahları istehsal edir


Azərbaycan yeni snayper silahları istehsal edir


Azərbaycan yeni snayper silahları istehsal edib.
YST-24 və YST-24 adlı snayper silahları ilk dəfə ADEX sərgisində nümayiş olunur.
Çəkisi 3.8 kq və güllə tutumu 10 ədəd olan bu silahların 1100 metr atış məsafəsi var.
24-09-2024, 14:09
Azərbaycanda 3 adda yeni pulemyot istehsal edildi


Azərbaycanda 3 adda yeni pulemyot istehsal edildi

Azərbaycan üç adda yeni pulemyot istehsal edib.
Hazırda pulemyotlar ADEX sərgisində nümayiş etdirilir.
AZ 14.5 adlı pulemyotun kalibri 14,5 x114 olan silah yüngül zirehli texnikalara quraşdırılır.
İPP 12.7 AH 12.7 adlı pulemyotlarında kalibri 12,7x108 olan pulemyot silah yüngül zirehli texnikalara quraşdırılır.
Pulemyotlar canlı və yüngül texniki vasitələri məhv etmə qüvvəsinə malikdir.
24-09-2024, 14:00
Prezident Bakıdakı beynəlxalq sərgilərdə - FOTO


Prezident Bakıdakı beynəlxalq sərgilərdə - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları sərgiləri ilə tanış olub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.












24-09-2024, 13:38
Azərbaycan diasporu Niderland parlamentinə müraciət etdi


Azərbaycan diasporu Niderland parlamentinə müraciət etdi

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib. Həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib.
Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb. Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.

24-09-2024, 13:30
Prezident bu qurumların peşə bayramı gününü təsis etdi


[b]Prezident bu qurumların peşə bayramı gününü təsis etdi[/b]

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.
Sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!