Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
29-01-2024, 17:04
Gürcüstanın baş naziri istefa verdi


Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.
Bu barədə onun özü açıqlama verib.
Siyasətçinin sözlərinə görə, o, indi hakim “Gürcü arzusu” partiyasının sədri postuna namizəd olacaq. “Komanda ilə müzakirə etdiyimiz qərar barədə ictimaiyyəti məlumatlandırmaq istərdim. Bu gün mən baş nazir postunu tərk edirəm”, - deyə Qaribaşvili xüsusi brifinq zamanı bildirib .
Qeyd edək ki, bu gün mətbuatda yazılan məlumatlara görə, Gürcüstanın hökumətində və hakim partiyasında kadr dəyişikliyi gözlənilir.
Məlumata görə, Gürcüstanın baş naziri postunu “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Kobaxidze tutacaq.
İrakli Qaribaşvili 2021-ci il fevralın 22-dən Gürcüstan hökumətinə rəhbərlik edir. Bundan əvvəl o, 2013-2015-ci illərdə də Gürcüstanın baş naziri vəzifəsində çalışıb, həmin vaxt həm də “Gürcü Arzusu”nun sədri olub. 2019-2021-ci illərdə Qaribaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.
29-01-2024, 16:59
Sənədini təsdiqləyən bakalavrlar artdı - DİM-dən XƏBƏRDARLIQ


Sənədini təsdiqləyən bakalavrlar artdı - DİM-dən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, magistratura imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzinin 29 yanvar saat 14:30-a olan məlumatına əsasən, 18097 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 16693; rus bölməsi - 1404).
964 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.
29-01-2024, 16:20
Din xadimlərinin attestasiyası elan edildi


Din xadimlərinin attestasiyası elan edildi

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara təyin olunmuş din xadimlərinin attestasiyası elan edilib.
Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, Attestasiyada iştirak edəcək din xadimləri 30.01.2024-cü il tarixindən 01.03.2024-cü il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] ünvanına və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər.
Attestasiyada iştirak üçün din xadimi tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

-Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Tərcümeyi-hal;

-Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

-Sağlamlıq haqqında arayış;

-Narkoloji dispanserdən arayış;

-Ruhi-əsəb dispanserindən arayış;

-Məhkumluq barədə arayış;

-Foto (3x4) (4 ədəd);

-Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Attestasiyada iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra attestasiyanın keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.
Qeyd: Din xadimi üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.
29-01-2024, 16:16
Sahibə Qafarova Hulusi Akarla bir sıra məsələləri müzakirə etdi


Sahibə Qafarova Hulusi Akarla bir sıra məsələləri müzakirə etdi

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Prezident İlham Əliyevin dediyi kimi, dünyada bənzəri yoxdur. Dövlət başçılarımızın qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olmaqla yanaşı, həm də müttəfiqdirlər. Bu baxımdan imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.
Milli Məclisin sədri bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Milli Məclisdə çıxış edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çıxışında ölkələrimizin birliyi məsələsi mühüm yer tutmuşdu.
Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ fatehi Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb. O, qeyd edib ki, təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib.
O, TBMM sədri Numan Kurtulmuşun Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.
Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.
Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.




29-01-2024, 15:55
Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edildi


Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı təltif edildi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) bir qrup əməkdaşı təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Quliyev Rauf Zahid oğlu

Novruzov Qulu Novruz oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abazərova Kəmalə İntiqam qızı

Babayev Xəyyam Qufran oğlu

Əhədov Cavidan Zahid oğlu

Əzizov Akif Asif oğlu

Xəlilov İlal Arif oğlu

Xudaverdiyev Elxan Cahangir oğlu

Qəhrəmanov Elnur Rövşən oğlu

Məmmədov Etibar Musa oğlu

Məmmədov Namiq Yaqub oğlu

Nağıyev Samir Sabir oğlu

Novruzov Namiq Heydər oğlu

Orucov Elvin Səfər oğlu

Salmanov Rəşad Arif oğlu.
29-01-2024, 15:42
Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edildi


Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edildi

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin edilib.
29-01-2024, 15:02
Nazirlik tələbələrlə bağlı mühüm qərar qəbul etdi


Nazirlik tələbələrlə bağlı mühüm qərar qəbul etdi

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər edilib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, yeni qaydalar bu ilin sentyabr ayının 15-dən tətbiq olunacaq.
Qaydalara əsasən, təcrübənin təşkili zamanı tədris-öyrənmə və təcrübə arasında davamlı əlaqənin qurulması, tələbənin yaradıcılıq və tədqiqat işlərində iştirakının təmin edilməsi, tələbənin müasir texnologiyalarla, iş üsulları və digər yeniliklərlə tanış edilməsi, təcrübə bazasının infrastrukturunun əlilliyi olan tələbələr üçün müyəssər olması, tələbələrin təcrübə bazasında məşğulluq imkanlarının nəzərə alınması əsas öhdəliklər kimi müəyyən olunub.
Təcrübə təhsil müəssisəsindən kənarda keçirildiyi halda, təhsil müəssisəsi ilə təcrübə bazaları arasında müqavilə bağlanılacaq. Tələbənin əmək fəaliyyəti təcrübə komissiyası tərəfindən təcrübə kimi tanına bilər. Bu zaman əmək fəaliyyətinin hər bir həftəsi 1,5 kreditə bərabər tutulur. Tələbənin təcrübə müddətində beşgünlük iş rejimi üzrə həftəlik təcrübə keçməsi müddəti ən azı 20 saat olmalıdır. Bu müddət, ixtisasın profilindən asılı olaraq, təhsil müəssisəsi tərəfindən artırıla bilər.
Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilib. Təcrübə tələbənin təklifi əsasında təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda və ya xarici ölkədə keçirildiyi halda, nəqliyyat və mehmanxana xərcləri onun tərəfindən ödənilir.
Qeyd edək ki, bu qaydalar xarici ölkə ali təhsil müəssisələrinin filiallarına şamil olunmur.
29-01-2024, 14:26
Paşinyan yeni təyinatla bağlı qərar imzaladı


Paşinyan yeni təyinatla bağlı qərar imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 29-da yeni təyinatla bağlı qərar imzalayıb.
Qərarda deyilir:
- “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, qərara alıram: Ruben Simonyan 2024-cü il fevralın 1-dən yüksək texnologiyalar sənayesi nazirinin müavini təyin edilib.
29-01-2024, 14:23
Hacı Əli Behiştinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı


Hacı Əli Behiştinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşdı

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən təqsirləndirilən şəxs Hacı Əli Əliyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. Yaşadığı evə keçirilmiş baxış zamanı xarici xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiq edən müxtəlif sənədlər aşkar edilərək götürülmüşdür. Hacı Əli Əliyev ifadəsində törətdiyi əməlləri etiraf edərək 2007-ci ildən etibarən xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini, onların tapşırıqlarının icrası ilə əlaqədar müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib.
29-01-2024, 14:14
Zəngəzur bütün bölgə üçün çox önəmlidir - Hulusi Akar


Zəngəzur bütün bölgə üçün çox önəmlidir - Hulusi Akar

Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir.
Bunu "Baku TV"yə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar deyib.
O, Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını vurğulayıb:
“Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq. Bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!