Azərbaycanlı yazıçı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilib - FOTO .....                        Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                       
6-01-2025, 12:22
Çindən yayılan yeni virus nə qədər qorxuludur? - Qorunmaq üçün tövsiyələr


Çindən yayılan yeni virus nə qədər qorxuludur? - Qorunmaq üçün tövsiyələr

Çində yeni virus yayılmağa başlayıb.
Koronavirusun yayılmasından 5 il sonra ortaya çıxan virus ictimaiyyət arasında narahatlığa səbəb olub.
Metapnevmovirus (HMPV) adlandırılan yeni virus Çinin şimal əyalətlərində, xüsusən də uşaqlar arasında yayılıb. Artıq Qazaxıstan və Qırğızıstanda yeni virusa yoluxanların olduğu bildirilir.
Sosial media platformalarında Çindəki xəstəxanalarda maska ​​taxan insanların fotoşəkilləri yayılıb. Mətbuat yeni virusu “Covid”in ilkin yayılması ilə müqayisə edib. Səhiyyə orqanları naməlum mənşəli virusun yayılmasının monitorinqi və idarə olunması üçün yeni tədbirlər həyata keçirir. Buna baxmayaraq, Pekin yoluxmaları adi qış xəstəliyi kimi qiymətləndirib.
Azərbaycan da daxil olmaqla bir neçə ölkə virusu və onun yayılmasını yaxından izləyir.
HMPV aşağı və yuxarı tənəffüs yolu infeksiyalarına (soyuqdəymə kimi) səbəb olan yoluxucu virusdur. Adətən qışda və yazın əvvəllərində müşahidə edilən virus qripə bənzər mövsümi xəstəliklərə səbəb olur.
Bütün dünyanı həyəcanlandıran metapnevmovirus yeni kəşf edilmiş virus deyil. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin bildirdiyinə görə, virus ilk dəfə 2001-ci ildə aşkar edilib . Buna baxmayaraq bəzi seroloji sübutlar virusun ən azı 1958-ci ildən bəri geniş yayıldığını göstərir.
HMPV "Pneumoviridae" ailəsinə mənsub virus növüdür. Xəstəlik adətən yüngül keçsə də, xüsusilə körpələrdə, yaşlılarda və immun sistemi zəif olanlarda pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Virusun simptomlarına öskürək, qızdırma, burun tutulması və yorğunluq daxildir, inkubasiya müddəti üç-altı gündür.
"Covid-19"dan fərqli olaraq, HMPV üçün peyvənd və ya spesifik antiviral müalicə yoxdur, müalicə ilk növbədə simptomların idarə edilməsini əhatə edir. Virus yoluxmuş şəxsdən başqalarına öskürək və asqırma, yaxın şəxsi təmas zamanı keçir.
Kamboca və Tayvan kimi qonşu ölkələr vəziyyəti diqqətlə izləyir. Kambocanın Yoluxucu Xəstəliklərə Nəzarət Agentliyi HMPV-nin COVID-19 və qripə oxşarlığını qeyd edərək xəbərdarlıq edib.
İngiltərədəki Varvik Universitetində pnevmovirusları tədqiq edən virusologiya professoru Endryu İston bildirib ki, yeni virus 1 yaşdan aşağı körpələr üçün ciddi narahatlıq doğurur. O qeyd edib ki, HMPV aşkar edildiyi 21-ci əsrin əvvəllərindən bəri bütün dünyada risk altında olan populyasiyalarda əhəmiyyətli bir problem olaraq tanınıb.
Ekspertlər yeni virusdan qorunmaq üçün digər respirator viruslarda gördükləri ehtiyat tədbirlərinə əməl etməyə çağırıb.

- Əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
- Yuyulmamış əllərlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın.
- Xəstə insanlarla yaxın təmasdan çəkinin.
- Öskürərkən və asqırarkən ağzınızı tutun.
- Xəstəlik zamanı evdən çölə çıxmayın.
6-01-2025, 12:06
Milli Qəhrəmanların medalları ailə üzvlərinə verildi - FOTO


Milli Qəhrəmanların medalları ailə üzvlərinə verildi - FOTO

Yanvarın 6-da Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Görüşdə iştirak edən Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev bildirib ki, ekipaj heyətinə verilən medallar və ordenlər həlak olanların ailə üzvlərinə, eyni zamanda sağ qalan bələdçilərin özlərinə təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təyyarə kapitanı İqor Kşnyakin (ölümündən sonra), pilot Aleksandr Kalyaninov (ölümündən sonra) və stüardessa Hökumə Əliyeva (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunublar.
Həmçinin “Embraer 190” təyyarəsinin sağ qalan bələdçiləri Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görülüblər.
AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla, 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
İlkin məlumatlara görə, təyyarə Rusiya səmasında olarkən kənar müdaxilə - yerdən açılan atəş nəticəsində zədələnib və idarəetməni demək olar ki, itirib. Daha sonra radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınıb və Rusiya aeroportlarına enməsinə icazə verilməyib. Ekipajın qəhrəmanlığı sayəsində Qazaxıstanın Aktau şəhərinə istiqamətlənən təyyarə orada qəza enişi edib.





6-01-2025, 11:43
Milli Qəhrəmanlar haqda film çəkilir - Hökumənin atası Prezidentlə görüşdən danışdı


Milli Qəhrəmanlar haqda film çəkilir - Hökumənin atası Prezidentlə görüşdən danışdı

Prezident İlham Əliyev bu gün - yanvarın 6-da “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşüb.
Qəzada həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev Prezidentlə görüş barədə danışıb.
O bildirib ki, görüşdə dövlət başçısı ilə yanaşı AZAL-ın prezidenti, həmçinin rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də iştirak ediblər:
“Bildirildi ki, qəza barədə ən son məlumat "qara qutu"lar açıldıqdan sonra əldə olunacaq və bu haqda bizə də məlumat veriləcək. Qeyd edildi ki, təyyarəyə kənardan müdaxilə olunub və bu səbəbdən qəzaya uğrayıb. Daha sonra medallar təqdim edildi və bununla da görüş başa çatdı”.
C.Alıyev sonda qeyd edib ki, təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninov haqqında filmin çəkilişlərinə də başlanılıb.

6-01-2025, 11:33
Məktəblərdə 5 gün dərs olmayacaq


Məktəblərdə 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq.
Qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək.
Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.
Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir.
Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
6-01-2025, 11:09
Yeni virus Qırğızıstana çatdı


Yeni virus Qırğızıstana çatdı

Qırğızıstanda metapnevmovirusa (HMPV) iki yoluxma halı qeydə alınıb.
Bu barədə məlumatı Qırğızıstanın Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, hazırda ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma müşahidə edilir.
Mütəxəssislərin məlumatına görə, son bir həftə ərzində Qırğızıstanda 5737 kəskin respirator virus infeksiyası və qripə yoluxma halı qeydə alınıb. Ötən ilin eyni həftəsi ilə müqayisədə xəstələnmədə 1,7 dəfə azalma müşahidə olunur.
Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə qrip, kəskin respirator virus infeksiyaları və COVID-19 üzrə epidemioloji vəziyyətin monitorinqi və qiymətləndirilməsi davam etdirilir.
Qeyd edək ki, metapnevmovirus infeksiyası sürətli gedişi ilə xarakterizə olunan kəskin respirator infeksiyadır. İlk dəfə 1968-ci ilin iyulunda Honq-Konqda qeydə alınıb. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır.
5-01-2025, 22:51
"Beşiktaş"ın yeni prezidenti


"Beşiktaş"ın yeni prezidenti

Türkiyənin "Beşiktaş" klubunun yeni prezidenti məlum olub.
İstanbul klubuna yeni prezident Sərdal Adalı seçilib. O, səsvermədə digər namizəd Hüseyn Yücəli geridə qoyub.
Qeyd edək ki, "Beşiktaş" klubuna son olaraq Hasan Arat rəhbərlik edib.
5-01-2025, 21:31
Təbrik təbrik üstündən..


Təbrik təbrik üstündən...

Köhnə ili bəd xəbərlə yola salsaq da, yeni ili yeni ovqatla, yeni uğurlarla, dostların xoş xəbərləri ilə qarşıladıq. Bu səhər Ramiz Əsədov dostlara Səlvər müəllimin doğum günü olduğu xəbərini verdi. Beləcə Zəngəzur mahalının Qafan Rayonunun Gığı kənd orta məktəbinin 1975-ci il məzunları Rasim, Xürrəm, Sayad, Sara, Gülnarə, Fatma, Firudin, Tamxil sinif yoldaşları Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibətilə təbrik etdilər. Özbəkistandan Şahlar həkim də uşaqlıq dostlarının səsinə səs verdi. Səlvər müəllimə ən xoş arzularını çatdırdı. Dostların sırasında Səlvər müəllimin qudası Əli bəy də vardı. Bir-birindən xoş arzuların hamısı səbəbkara ünvanlandı.

Bu arada Mahmudlu kənd İcmasının üzvü Qəribəli Məhəmmədəli oğlu Azadəliyevin təbrikini də qeyd etmək yerinə düşər.
Qəribəli qeyd edir ki, bu yeni il ərəfəsində elimizin dəyərli insanlarından biri Mahmudlu kənd icmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevin 67-yaşı tamam olur. Səlvər Azadəliyevin Azərbaycan xalqının şərəfi, mənafeyi naminə çox töhfələr verib. Beləki 33 il ərzində müəllim, direktor vəzifələrində çalışaraq övladlarımıza təhsil verib, Vətənimizə savadlı Dövlət xadimləri, məmurları və digər sahələr üzrə mütəxəssislər, Vətənə xeyir verən dəyərli insanlar yetişdirməkdə böyük əməyi olub. Həmçinin xalqına xidmət edən Dövlət məmuru vəzifəsində çalışan yüksək tərbiyəyə sahib olan 3 övlad böyüdüb.
Səlvər Azadəliyev uzun illər Abşeron rayonunun seçki məntəqə sədri və hal-hazırda Sumqait şəhərində seçki dairəsinin katibi vəzifəsində çalışır. O, Qərbi Azərbaycan Gənclər Təşkilatına töhvə verən müvafiq xidmətinə görə həmin təşkilatın Təşəkkürnaməsi ilə təltif edilib.
Bu Şərəfli-dəyərli ömür yollarını uğurla addımlamış Mahmudlu kənd İcmasının sədri Səlvər Azadalı oğlu Azadəliyevi doğum günü münasibəti ilə təbrik edir, ona həyatının bundan sonrakı dövründə də Xalqımıza,Vətənimizə Bütöv Azərbaycanımıza xidmət edən Şərəfli 💯 il ömür arzulayırıq.

5-01-2025, 17:46
Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident


Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident

Nümunəvi multikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.
Vu barədə Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirib.
“Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
5-01-2025, 17:44
Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif


Talibanın Pakistan qanadına son qoymağın zamanı çatıb - Şahbaz Şərif

Pakistan Baş naziri Şahbaz Şərif Taliban Hərəkatının Pakistan qanadının (Təhrik-e-Taliban) fəaliyyətinə son qoymağın zamanı çatdığını bəyan edib.
Şahbaz Şərif Milli Fəaliyyət Planı üzrə Mərkəzi Ali Komitənin iclasında belə bir bəyanatla çıxış edib.
Baş nazir bu təşkilatın təhlükəsiz orqanlarına və din sakinlərə çoxsaylı hücumlara görə məsuliyyət daşıdığını bildirib. Şahbaz Şərif terrorizmlə mübarizə və Pakistanın bütün ərazisində sülhün təmini üçün hərtərəfli planın hazırlanmasını vacib sayıb: “Dost kimi maskalanan, ölkəmizdən kənarda olan agentlər Pakistan əleyhinə təbliğat aparırlar. Bu, ciddi təhlükədir. Biz Bəlucistandan Pakistana qarşı istifadə etməyə çalışan xarici qüvvələr barədə də məlumatlıyıq”.
Qeyd edək ki, Pakistanın Əfqanıstanla sərhəd bölgələrində terror aktlarında artım müşahidə olunmaqdadır. Hayber-Pradeş və Bəlucistanda da terror aktları artmaqdadır. İslamabad Kabildən terror qruplaşmalarının Əfqanıstan ərazisindən istifadə edərək Pakistan ərazisinə hücumlarının qarşısını almağı tələb edir. Keçən həftə isə Əfqanıstan Talibanının üzvləri də daxil olmaqla, 15 silahlı sərhəddə zərərsizləşdirilib. 2024-cü ildə toqquşmalar zamanı 383 əsgər və 925 silahlı ölüb. Ölümlərin 97 faizi Hayber-Pradeş və Bəlucistanın payında düşür.
5-01-2025, 17:00
Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır


Putinlə Şolts və Tramp arasında görüş planlaşdırılmır

Hazırda Rusiya Prezidenti Vladimir Putinlə Almaniya federal kansleri Olaf Şolts və ya ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmır.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Almaniya Bundestaqının deputatı Roderix Kizevetterin bəyanatına münasibət bildirərkən deyib.
Qeyd edək ki, Kizevetter Şoltsun fevralın 23-dən əvvəl Moskvaya səfər edə biləcəyini və Trampla Putinin görüşünün “mart ayına planlaşdırıldığını” iddia edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!