2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
17-09-2024, 18:35
İsraildən inanılmaz əməliyyat - 1000-dən çox yaralı var


İsraildən inanılmaz əməliyyat - 1000-dən çox yaralı var

Livanda Hizbullah silahlı qruplaşmasının üzvlərinin rabitə üçün istifadə etdiyi peycerlər (simsiz rabitə vasitələri) partladılıb.
Partlayışlar nəticəsində 1000-dən çox insan yaralanıb.
Hizbullah nümayəndələri əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini bildirib. Əməliyyatın icrasına ötən ildən başlandığı qeyd olunur.
Yaralılar arasında yüzlərlə Hizbullah üzvləri var. İsrail ordusu partlayışlarla bağlı sorğuları şərh etməkdən imtina edib.
İranın Mehr xəbər agentliyi ölkənin Livandakı səfiri Müctəba Əmaninin partlayış nəticəsində yaralandığını bildirib.
Partlayışların ölkənin dörd bir yanında baş verirdiyi bildirilir. Partlayış dalğası yerli vaxtla saat 15:45-də başlayıb və təxminən bir saat davam edib.
Livanın daxili təhlükəsizlik qüvvələri ölkənin bir çox yerində, xüsusilə Beyrutun cənub ətraflarında bir sıra simsiz rabitə qurğularının partladıldığını və yaralananların olduğunu bildirib.
17-09-2024, 18:20
Ali Məhkəmədən hüquqşünaslara müraciət


Ali Məhkəmədən hüquqşünaslara müraciət

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 25 oktyabr tarixində keçirilməsi planlaşdırılır.
Ali Məhkəmədən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub. Mövzu ilə əlaqədar aşağıdakı məsələlərin təhlili nəzərdə tutulub:

1. Cinayət tərkibinin obyektiv və subyektiv əlamətləri;

2. Cinayət əməlinin oxşar cinayət tərkibləri ilə, xüsusilə rüşvət alma, rüşvət vermə və dələduzluq cinayətləri ilə müqayisəli təhlili;

3.Cinayət əməlinin hüquqi tənzimləmə mexanizminin inkişaf etdirilməsi yolları.

Mövzunun hazırlanması və müzakirəsi zamanı məsələyə aidiyyəti olan Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, sahəvi qanunvericiliyin müddəaları, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin Plenumunun müvafiq qərarları, oxşar cinayət-hüquqi normaları olan ölkələrin qanunvericiliyi və məhkəmə təcrübəsinin vahidliyini təmin edən mənbələri nəzərdən keçirilməli, eləcə də Ali Məhkəmənin, respublikanın digər məhkəmələrinin təcrübəsində olmuş konkret işlərdən, hüquq elminin nailiyyətlərindən istifadə olunmalıdır. Müzakirə ediləcək mövzunun əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edilir.
Yuxarıda qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekpertlərin 14 oktyabr 2024-cü il tarixinədək advisoryboard@supremecourt.gov.az elektron ünvanına CV-lərini təqdim etmələri təklif olunur. Eyni zamanda mövzu üzrə müzakirəyə çıxarılan suallara dair yazılı mülahizələrin təqdim edilməsi tövsiyə olunur.
Elmi-məsləhət şurası tərəfindən seçiləcək ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
17-09-2024, 17:49
Bakıda qalmaqallı məktəbə direktor təyin edildi


Bakıda qalmaqallı məktəbə direktor təyin edildi

Bakı şəhəri 112 saylı məktəbə yeni direktor təyin edilib.
Bu vəzifə Ruhiyyə İbrahimovaya həvalə edilib.
O, bundan əvvəl Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbə rəhbərlik edib. Ruhiyyə İbrahimova Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, riyaziyyat fənnini tədris edir.
Xatırladaq ki, 2022-ci ildə 112 saylı orta məktədə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb. Həmin görüntülər ciddi etirazlara səbəb olmuşdu.
Hadisədən sonra orta məktəbin direktoru səlahiyyətlərini icra edən təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva vəzifəsindən azad edilmişdi. Məktəbdə direktorun səlahiyyətlərini müvəqqəti olaraq Rövşən Qasımov icra edirdi.
17-09-2024, 17:36
7 rayonun baş həkimləri niyə işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA


7 rayonun baş həkimləri niyə işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində Naxçıvan Muxtar Respublikasının yeddi rayonundakı baş həkimlərin və Mərkəzi Xəstəxananın direktorunun işdən azad olunması ilə bağlı məlumatlar dərc olunub.
Yayılan məlumatda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Sədərək Regional Tibb mərkəzlərinin direktorları və baş həkimlərinin, eləcə də "Naxçıvan Muxtar Respublika Xəstəxanası" publik hüquqi şəxsin direktorunun işdən azad edilməsi iddia olunur.
Məlumatı dəqiqləşdirmək üçün Muxtar Respublikanın Səhiyyə Nazirliyinə sorğu ünvanlanıb.
Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır.
"Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır.
Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb Muxtar Respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır.
Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-nin tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar.
Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - deyə açıqlamada vurğulanır.
17-09-2024, 16:58
Pensiyalar bu tarixdə veriləcək - RƏSMİ


Pensiyalar bu tarixdə veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
17-09-2024, 16:40
Zülfiyyə Xanbabayevaya ağır itki


Zülfiyyə Xanbabayevaya ağır itki

Xalq artisti Zülfiyyə Xanbabayevanın qardaşı vəfat edib. Rəcəb Sadıqov 75 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
17-09-2024, 16:19
Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat


Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat

Prezident İlham Əliyev Hacıqabul Rayon İcra
Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Digər sərəncamla Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bu vəzifədən azad edilərək, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
17-09-2024, 16:05
Anar Eyvazova yeni vəzifə verildi


Anar Eyvazova yeni vəzifə verildi

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.
Bildirilib ki, Mətbuat xidmətinin əvəzinə Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinatadək nazirliyin Mətbuat xidmətinin rəisi idi.
Xatırladaq ki, 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2023-cü il iyunun 26-da isə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub.
17-09-2024, 15:28
Fransa istehsal etdiyi PUA-ların bir hissəsini Ermənistana ayırır


Fransa istehsal etdiyi PUA-ların bir hissəsini Ermənistana ayırır

Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır.
Bu barədə APA-ya Qərbdəki diplomatik mənbə məlumat verib.
Bildirilir ki, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub.
Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib.
Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.
Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb.
Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir.
Qeyd edək ki, Fransa artıq Ermənistana “CAESAR” özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilər, “Bastion” zirehli maşınları və digər hərbi təyinatlı məhsullar tədarük edir.
17-09-2024, 14:50
Paytaxtın məşhur qapıları bərpa olunur - FOTO


Paytaxtın məşhur qapıları bərpa olunur - FOTO

Bakıda yerləşən tarixi malikanələrin taxta qapıları təmir olunur.
Bu barədə Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Paytaxtda baş tutacaq COP29 tədbiri ilə bağlı "Baku Doors" (Bakı qapıları) layihəsi davam etdirilir.
Layihə rəhbəri, bərpaçı memar Rüfət Quliyev bildirib ki, ötən əsrin əvvəllərində şəhər mərkəzində tikilən malikanələrin taxta qapıları orijinal sənət nümunələri sayıldığına görə əsaslı təmiri qərara alınıb.
“Bu məqsədlə xüsusi emalatxana yaradılıb. Təmir olunacaq qapılar sökülüb, sakinlərə narahatlıq yaranmasın deyə yerlərinə müvəqqəti başqa bir qapı qoyulub. Tarixi qapılar emalatxanaya gətirilib və yüz il əvvəl çəkilən boya qatları təmizlənib. Son olaraq bərpa olunmuş qapıların üzərinə yağışa, küləyə, isti-soyuğa davamlı olması üçün bir neçə qat xüsusi qoruyucu lak örtüyü çəkilib”, - deyə memar qeyd edib.
Layihə rəhbəri COP29-dan sonra da bərpa işlərinin davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, əlaqədar qurumlarla birgə həyata keçirilən bu layihəyə 2021-ci ilin mart ayında start verilib. Bakıda aparılan monitorinq zamanı tarixi binalardakı köhnə orijinal qapıların əksəriyyətinin təmirinə ehtiyac olduğu aşkarlanıb.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!