2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
16-09-2024, 17:05
Trampa qarşı növbəti SUİ-QƏSD: Səbəb nədir?


Trampa qarşı növbəti SUİ-QƏSD: Səbəb nədir?

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp dünən Florida ştatında qolf meydançasında olarkən sui-qəsd cəhdinə məruz qalıb, güllələnib. Federal Təhqiqat Bürosu (FTB) 1 nəfərin saxlanıldığını bildirib.
Hadisənin detallarına gəlincə, Trampın təşviqat komandası Trampın qolf meydançasında olduğu vaxt silah səslərinin eşidildiyini və Trampın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Bu hadisə Pensilvaniyada keçirilən mitinqdə Trampa qarşı sui-qəsddən 2 ay sonra baş verib.
Hadisənin ardından bölgədəki təhlükəsizlik orqanları, FTB və Gizli Xidmət mətbuat konfransı təşkil edib. Məlumata görə, Tramp qolf meydançasında olarkən qurumun əməkdaşlarından biri ucu kolların arasından çıxan silah görüb və sürətlə atəş açıb.



Şübhəli şəxs haqqında nələr məlumdur?

Şübhəli qara rəngli “Nissan” markalı avtomobillə hadisə yerindən qaçıb. Daha sonra hadisə şahidlərinin köməyi ilə tapılaraq nəzarətə götürülüb. Hücum Trampın Floridadakı malikanəsi, Mar-a-Laqodan təxminən 15 dəqiqəlik məsafədə, "West Palm Beach"dəki "Trump International Golf Club"da baş verib.
Amerika mətbuatında çıxan xəbərlərə görə, hücum edən 1966-cı il təvəllüdlü Rayan Uesli Routdur. Şübhəlinin göründüyü kolluqlardan AK-47 tipli avtomat, iki bel çantası və bir "GoPro" kamerası aşkar edilib. Məlum olub ki, Rout 2023-cü ildə "New York Times" qəzetinə danışıb və Ukraynaya dəstək haqqında açıqlamalar verib.
Rout deyib ki, o, Talibandan qaçan əfqanıstanlı əsgərləri işə götürməyə çalışır. Routun oğlu Oran atasını "sevgi dolu və qayğıkeş" kimi təsvir edib. Oran CNN-ə verdiyi açıqlamada “Floridada nə baş verdiyini bilmirəm. “Məncə, mənim tanıdığım adam dəlilik etməyib", - deyə bildirib.



Routun sosial media hesablarındakı paylaşımlarında Fələstin, Tayvan və Çin əleyhinə mesajlar var. Məlumata görə, Rout xarici döyüşçülərin Rusiya qüvvələrinə qarşı döyüşmək üçün Ukraynaya getməsini istəyənlər sırasındadır.

Hadisəyə reaksiyalar

Donald Tramp hücumdan sonra açıqlama verib: "Mən yanımda silah səsləri eşitdim, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunu eşitmənizi istədim, mən təhlükəsizlikdəyəm və yaxşıyam. Mən heç vaxt təslim olmayacağam".
Hücumdan sonra ABŞ prezidenti Co Bayden və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris də açıqlama verib. Co Bayden keçmiş prezident Donald Trampın sağ-salamat olmasından məmnun olduğunu bildirib.



Kamala Harris isə X hesabında paylaşdığı mesajında yazıb: “Keçmiş prezident Trampın Floridadakı mülkünün yaxınlığında silah səslərinin eşidildiyi xəbərini aldım, onun təhlükəsizlikdə olmasına şadam. Amerikada zorakılığa yer yoxdur".
16-09-2024, 16:41
Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var- Paşinyan


Münaqişə səhifəsini bağlamaq üçün tarixi imkan var - Paşinyan

Ermənistan və Azərbaycan sülh müqaviləsi mətninin təqribən 80 faizini razılaşdıra biliblər.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan səfərində bildirib.
“Biz Azərbaycanı yaxın vaxtlarda sənəd layihəsinin razılaşdırılmış müddəalarını imzalamağa, diplomatik əlaqələr qurmağa və müzakirələri davam etdirməyə dəvət etdik”.
Baş nazirin sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var.
“Mən əminəm ki, sülhdən təkcə Ermənistan və Azərbaycan deyil, həm də Gürcüstan, Türkiyə və İran da bərabər faydalanacaq”, - Nikol Paşinyan deyib.
16-09-2024, 16:29
Bakıda "Formula-1"ə görə bağlanan yollar açıldı


Bakıda "Formula-1"ə görə bağlanan yollar açıldı

Sentyabrın 13-dən 15-dək keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb.
Bakı Şəhər Halqasından (BŞH) verilən məlumata görə, yollar nəzərdə tutulan vaxtdan daha tez - bu gündən sürücülərin istifadəsinə verilib.
BŞH Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.
Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində BŞH ərtafında təhlükəsizlik məqsədilə quraşdırılan 3306 ədəd beton bloklar aradan götürülür.
16-09-2024, 16:00
Mehriban Əliyeva şagirdlərə uğur arzuladı


Mehriban Əliyeva şagirdlərə uğur arzuladı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində inşa və təmir olunan təhsil müəssisələri ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
Paylaşımda bildirilib:
“Heydər Əliyev Fondunun ölkənin təhsil sisteminə növbəti töhfəsi. Fondun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində inşa və təmir edilən təhsil müəssisələrinin açılışları davam edir. Bütün məktəblilərə möhkəm cansağlığı, gümrahlıq, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram! 16.09.2024”.
16-09-2024, 15:56
Pezeşkian bu gün ilk mətbuat konfransını keçirir


Pezeşkian bu gün ilk mətbuat konfransını keçirir

İranın yeni prezidenti Məsud Pezeşkian bu gün Tehranda ilk mətbuat konfransını keçirir.
Hazırda tədbir davam edir.
Mətbuat konfransının açılış nitqində prezident bir daha milli birliyin və siyasi qruplar arasında fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
16-09-2024, 15:41
Heydər Əliyev Fondu Şamaxıda məktəb tikdirib


Heydər Əliyev Fondu Şamaxıda məktəb tikdirib

Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonu Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.
Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Elm və Təhsil Nazirliyi Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi və bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıblar.
Məlumat verilib ki, 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəb ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də yeni təhsil ocağının inşasına qərar verilmişdi.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 2024-2025-ci tədris ilində təhsil müəssisəsində 433 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır.
Heydər Əliyev Fondu tərəfindən inşa edilən 3 korpusdan ibarət 2 mərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
16-09-2024, 15:02
Şagird yoldaşını bıçaqlayan məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA


Şagird yoldaşını bıçaqlayan məktəbli ilə bağlı RƏSMİ AÇIQLAMA

Goranboy rayonu Səfikürd kənd tam orta məktəbində 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu şagird yoldaşı Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Sentyabrın 16-da Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb:
“Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
16-09-2024, 14:33
Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər - VİDEO


Qarabağ və Şərqi Zəngəzurda ilk dəfə fəaliyyətə başlayan məktəblər - VİDEO

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 15 sentyabr Bilik günü ilə əlaqədar olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəblər haqqında video çarx hazırlayıb.
Çarxda Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli, Şuşa şəhər 1 nömrəli, Laçın şəhər 2 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Zabux və Sus kəndləri, Ağdərə rayonunun Talış kəndi və Zəngilan rayonunun Ağalı kənd tam orta məktəblərinin görüntüləri, uşaqların ilk dərs gününə hazırlıq prosesi, məktəblərə yola düşmələri, tənəffüs və dərs prosesi öz əksini tapıb.
Qeyd edək ki, 2024-2025-ci il tədris ilində Xocalı şəhəri 1 nömrəli, Laçın rayonunun Sus kənd tam orta məktəbi və Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dəfə tədrisə başlanılıb.

16-09-2024, 14:21
Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı


Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salındı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysinin ilk sərnişinlərinin yolasalma mərasimi keçirilib.
Bu barədə AYNA xəbər verir.
Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 07:30-da yola düşən avtobusa bilet əldə edən şəxs Aqşin Nəhmətə tarixi reysin ilk sərnişini kimi sertifikat təqdim olunub. Qarabağ Universitetində təhsil almaq üçün Xankəndiyə yola düşən tələbəyə uğurlar arzulanıb.
“Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Hər gün Bakıdan Şuşaya saat 07:30-da yola düşən avtobuslar əks istiqamətə saat 15:30-da, aralıq məntəqələri Xankəndidən saat 16:00-da, Xocalıdan isə 16:30-da hərəkət edir.
Xatırladaq ki, biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.



16-09-2024, 14:00
Ermənistanda məhkəmə spikerin iddiasını rədd edib


Ermənistanda məhkəmə spikerin iddiasını rədd edib

Ermənistan parlamentinin sədri Alen Simonyanın Mediahab xəbər agentliyinə
qarşı məhkəmə iddiası rədd edilib.
Bu barədə vəkil Sos Akopyan Facebook səhifəsində yazıb:
“Alen Simonyan Mediahab xəbər agentliyinə qarşı iddia qaldıraraq (onun fikrincə) böhtan xarakterli məlumatları təkzib etməyi və təzminat kimi 1 000 000 dram ödəməyi tələb edib.
İrəvan şəhərinin Ümumi yurisdiksiyasının Mülki Məhkəməsi Alen Simonyanın iddiasını əsassızlığını ətraflı təhlil edərək rədd edib.
Bu işdə Mediahab-ın maraqlarını məhkəmədə təmsil etmişəm”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!