Menendezin həyat yoldaşına da cəza verildi .....                        Zelenski Trampın nümayəndəsi ilə görüşdü .....                        Aleksey də “Qarabağ”dan ayrıldı .....                        ABŞ Zəngəzur dəhlizi layihəsi çərçivəsində 145 milyon ayıracaq .....                        Kirkin öldürən şəxsin başına pul qoyuldu .....                        Qurban Qurbanovun oğlunun toyudur .....                        ABŞ Rusiyanın sərhədinə bomba atdı .....                        Bu universitetdə yataqxana bağlandı .....                        Azərbaycanla işləyirik - Mirzoyan .....                       
24-05-2024, 17:17
Bu bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq


Bu bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Mayın 25-də Azərbaycanda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Bərdə, Gədəbəy, Daşkəsən, Salyan və Neftçalada, eləcə də Naxçıvan Muxtar Respublikasının Şahbuz və Babək rayonlarında sarı xəbərdarlıq edilib. Yəni küləyin sürəti 13.9-20.7 m/san-dək olacaq. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Goranboy və Culfa rayonlarında narıncı xəbərdarlıq edilib. Bu rayonlarda küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. İctimai təhülkəsizliyə, yaşayış sahələri və əmlak üçün yüksək risk gözlənilir.
24-05-2024, 17:10
Laçına gedən Fransa səfirindən ilk açıqlama


Laçına gedən Fransa səfirindən ilk açıqlama

Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin səfəri çərçivəsində Laçına gedən Fransanın səfiri Ann Buayon burada bərpa işləri başladıqdan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək istədiyini bildirib.
Diplomat qeyd edib ki, bu, onun Laçına ilk səfəridir:
“Bu mənim Laçına ilk gəlişimdir. Bu gün COP29-a həsr olunmuş tədbir keçirilir və hesab edirəm ki, bu, Azərbaycanın COP29 sədrliyinin prioritetləri haqqında daha çox öyrənmək üçün yaxşı fürsətdir. Bu bizə regionun bərpa olunan enerji, turizm və kənd təsərrüfatı istiqamətində bərpası haqqında daha çox məlumat əldə etməyə imkan verdi".
Laçında aparılan bərpa-quruculuq işlərinin oyatdığı təəssürata gəldikdə isə diplomat buranın çox gözəl olduğunu vurğulayıb:
"Buranın spesifik yer olduğunu anlayıram, çünki Laçında Ağdam və digər bölgələrdə olduğu qədər dağıntılar yoxdur. Burada bərpa işləri başlayandan sonra hansı nailiyyətlərin əldə olunduğunu görmək maraqlı idi".
COP29 çərçivəsində əməkdaşlıq məsələsinə toxunan Fransa səfiri qeyd edib ki, belə bir əməkdaşlıq artıq mövcuddur:
"COP29-un Prezidenti bir həftə əvvəl Parisdə idi. COP29 qlobal bir hadisədir, dünyanın və uşaqlarımızın gələcəyi üçün COP29-un uğurlarını dəstəkləməliyik".
24-05-2024, 17:06
Qarabağa getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır


Qarabağa getmək istəyənlərin nəzərinə! - Biletlər satışa çıxarılır

Mayın 27-də, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayı üçün biletlər satışa çıxarılacaq.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 729 reys həyata keçirilib, 29 718 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
24-05-2024, 16:55
İtkin düşən daha bir şəhidimiz dəfn edildi


İtkin düşən daha bir şəhidimiz dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hacıyev Firuddin Nadir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Şəhidin nəşi bu gün rayonun İnçə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub.
Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, Hacıyev Firuddin Nadir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.
24-05-2024, 16:48
Ermənistanda 30 nəfərə cinayət işi açılıb


Ermənistanda 30 nəfərə cinayət işi açılıb

Ermənistanın İstintaq Komitəsi son günlər paytaxt İrəvan, Tavuş vilayəti də digər yerlərdə keçirilmiş etiraz aksiyaları ilə bağlı aşkar cinayət təzahürləri əsasında başlanmış cinayət işinin ümumi gedişi barədə məlumat yayıb.
İstintaq Komitəsinin məlumatına görə, sözügedən icraat çərçivəsində ümumilikdə 30 nəfər barəsində cinayət işi başlanıb.
Onlar Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirləndirilirlər.
Belə ki, yolları bağlayarkən xuliqanlıq, qəsdən əmlaka ziyan vurma, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, avtomobillərlə yolları kəsmə və digər hallarla bağlı iş başlanıb.
Ümumilikdə 25 nəfərə qarşı cinayət işi icrata verilib. Cinayət təqibinə məruz qalmış şəxslərdən 10-u həbs edilib, 4-ü barəsində ev dustaqlığı seçilib, daha 7-si isə heç yerə getməmək, 1 nəfər barəsində isə tərbiyəvi nəzarət tətbiq edilib.
24-05-2024, 16:41
Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO


Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO

Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.


24-05-2024, 16:33
Putinin Şimali Koreyaya səfəri ilə bağlı hazırlıq gedir - Peskov


Putinin Şimali Koreyaya səfəri ilə bağlı hazırlıq gedir - Peskov

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Putinin KXDR-ə səfəri ilə bağlı hazırlıq işləri görülür.
Səfərin tarixinə gəlincə, sözü bildirib ki, tarix öz vaxtında ictimaiyyətə açıqlanacaq.
24-05-2024, 16:30
Xalq artisti vəfat etdi


Xalq artisti vəfat etdi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Tofiq Mövləvi vəfat edib.
O, 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mövləvi Tofiq Səməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olub.

24-05-2024, 15:43
Prezident İsmət Abasovla bağlı sərəncam


Prezident İsmət Abasovla bağlı sərəncam

İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İsmət Abasov 2004-2013-cü illərdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə Baş nazirin müavini olub.
24-05-2024, 15:29
TARİXİ AN: Qazaxın azad edilən kəndlərində bayrağımız ucaldıldı


TARİXİ AN: Qazaxın azad edilən kəndlərində bayrağımız ucaldıldı

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.
Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!