2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
3-09-2024, 15:53
Ukraynada faciə: Rusiya zərbə endirdi - 41 ölü, yüzlərlə yaralı var


Ukraynada faciə: Rusiya zərbə endirdi - 41 ölü, yüzlərlə yaralı var

Rusiya Silahlı Qüvvələri Poltavaya ballistik raketlə zərbə endirib.
Hücum bu gün səhər saatlarında baş verib.
Ukrayna Prezidenti Volodimir Zelenski zərbə nəticəsində 41 nəfərin öldüyünü, 180-dən çox insanın yaralandığını bildirib. Onun sözlərinə görə, şəhər ballistik raketlərlə atəşə tutulub və bu raketlər təhsil müəssisəsinə və yaxınlıqdakı xəstəxanaya düşüb.
“Rabitə İnstitutunun binalarından biri qismən dağılıb. İnsanlar dağıntılar altında qalıb. Çoxları xilas edilib. 180-dən çox insan yaralanıb. Təəssüf ki, çoxları həyatını itirib. İndiyədək 41 ölüm məlumdur", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, xilasetmə əməliyyatına bütün xidmətlər cəlb olunub.
Yerli mətbuat yazır ki, hücumdan əvvəl hava xəbərdarlığı edilib, lakin həyəcan siqnalı ilə zərbə arasındakı interval o qədər qısa olub ki, insanları bomba sığınacağına qaça bilməyib. Zərbə dalğası nəticəsində hündürmərtəbəli binaların şüşələri sıradan çıxıb, fasadları zədələnib.
3-09-2024, 15:25
Azərbaycan mühüm müqaviləyə imza atdı


Azərbaycan mühüm müqaviləyə imza atdı

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşıb.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
“Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq. Layihənin TİƏ-nin həyata keçirilməsinə məsul qurum kimi BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq. Həmçinin Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirə dəstək ifadə olundu”, - paylaşımda qeyd olunur.
3-09-2024, 14:51
Azərbaycan nümayəndələri Ərdoğanın qəbulunda - FOTO


Azərbaycan nümayəndələri Ərdoğanın qəbulunda - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorluğun nümayəndə heyətinin rəhbəri Heydər Məmmədovu və eyni zamanda Ali Məhkəmənin nümayəndə heyətinin rəhbəri, həmin məhkəmənin sədr müavini Çingiz Əsgərovu qəbul edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş prokurorunun müavini Heydər Məmmədov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Anar Nəsibovdan ibarət nümayəndə heyəti qardaş Türkiyənin Ankara şəhərində “2024-2025 Yeni Ədliyyə İli Açılış Tədbiri”ndə iştirak ediblər. Mərasimdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Ömer Kerkez, Baş prokuroru Muhsin Şentürk, digər hakim və prokurorlar iştirak ediblər.
Daha sonra prokurorluğun nümayəndə heyəti Türkiyə Baş prokuroru Muhsin Şentürk və Ali Məhkəmənin sədri Ömer Kerkezlə rəsmi görüşlər keçirib, ölkələrimiz arasında hüquqi əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə mübadiləsinin intensivləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılıb.
Görüşlər zamanı 29 sentyabr – 2 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağı barədə həmkarlara məlumat verilib, tədbirə qatılacaq Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürklə konfrans barədə müzakirələr aparılıb. Həmçinin noyabr ayında Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin müstəsna tarixi əhəmiyyəti və həmin mötəbər tədbir çərçivəsində Baş Prokurorluq tərəfindən İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər edilməsi mövzusunda yüksək səviyyəli plenar sessiyanın keçiriləcəyi barədə həmkarlara ətraflı məlumat verilib.



3-09-2024, 13:38
Kəlbəcərdən möhtəşəm görüntülər - Prezidentdən paylaşım


Kəlbəcərdən möhtəşəm görüntülər - Prezidentdən paylaşım

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım Kəlbəcər şəhərində inzibati binanın, ikinci yaşayış kompleksinin təməlini qoyub, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolundakı 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə, Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanış olub, Tərtər çayı üzərindəki “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev Kəlbəcər səfərindən möhtəşəm görüntülər paylaşıb.
3-09-2024, 13:09
Milli Məclisin ilk iclasına o sədrlik edəcək


Milli Məclisin ilk iclasına o sədrlik edəcək

Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.
Bundan sonra əsas məsələ Milli Məclisin formalaşması və iclasların keçirilməsidir.
Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Milli Məclisin ilk iclası həmin gündən etibarən bir həftədən gec olmayaraq çağırılır.
Milli Məclisə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Milli Məclisin ilk iclasının keçirilmə vaxtını müəyyən edir.
Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Qeyd edək ki, hazırda 84 yaşlı Ziyad Səmədzadə isə VII çağırışın ən qocaman deputatıdır. 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadə Ali Sovetin də deputatı olub.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Milli Məclisin Sədri vəzifəsinə isə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər.
Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər.
Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin Sədrinin birinci müavininin seçkiləri keçirilir.
Milli Məclisin Sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.
3-09-2024, 12:27
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
3-09-2024, 12:14
"Naxçıvan" Universiteti ləğv edildi


”Naxçıvan” Universiteti ləğv edildi

"Naxçıvan" Universiteti məhdud məsuliyyətli cəmiyyət (MMC) ləğv edildiyini elan edib. MMC kreditorlara müraciət edib.
Qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirə bilərlər.
MMC 1999-cu ildə qeydiyyata alınıb, rəsmi təmsilçisi Anar Kazımov, nizamnamə kapitalı 500 manatdır.
Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağı idi.
Bu ilin fevral ayında Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub. Universitetin bağlanması təsisçinin qərarıdır. Universitetdə təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.
2-09-2024, 21:43
Putindən şok açıqlama: "Hər gün kilometrlərlə ərazi..."


Putindən şok açıqlama: "Hər gün kilometrlərlə ərazi..."

Rusiya qüvvələri Ukraynanın şərqində daha sürətlə irəliləyir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiya qüvvələrinin gündə bir neçə kvadrat kilometr ərazini tutduğunu iddia edib.
“Bizim Donbasda uzun müddətdir ki, hücumda belə tempimiz olmayıb. İndi biz 200 və ya 300 metr irəli getməkdən danışmırıq... Rusiya silahlı qüvvələri artıq əraziləri 200-300 metrlərlə yox, kvadrat kilometrlə nəzarət altına alır”, - Putin Tuvanın Qızıl şəhərindəki 20 nömrəli orta məktəbdə deyib.
Ukraynanın 18%-nə nəzarət edən Rusiya qüvvələri Kursk vilayətindəki vəziyyətə baxmayaraq, Ukraynanın şərqində sürətlə irəliləyir.
Rus hərbi blogerlər Rusiya qüvvələrinin Ukraynanın strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşdığını bildirib.
Məsələn Ukrayna əsilli, rusiyayönlü nüfuzlu hərbi bloger Yuri Podolyaka qeyd edib ki, Pokrovskdan təxminən 20 km cənubda yerləşən Selidovda və Selidovdan təxminən 14 km cənubda yerləşən Ukrainskda gərgin döyüşlər gedir. Tammiqyaslı müharibə başlamazdan əvvəl müvafiq olaraq 20,000 və 10,000-dən çox əhalisi olan şəhərlər uğrunda döyüşlərə böyük qüvvə cəlb edilib. Rusiyayönlü bloger Rybar da hər iki şəhərdə döyüşlərin getdiyini bildirib. Rusiyanın TASS dövlət xəbər agentliyi Ukrayna qüvvələrinin Selidovanın bir hissəsindən çıxarıldığını iddia edib.
Rusiyalı blogerlər bildirirlər ki, cənubdan Kuraxivka şəhərinə doğru irəliləməklə Rusiya qüvvələri Ukraynanın müdafiə xətlərini yarmağa çalışır, eyni zamanda Pokrovsk-Donetsk yolu üzərində sürətini artırır və ərazinin bir hissəsini mühasirəyə alır. Məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin şərqindəki Skuçne kəndini nəzarətə götürüb.
2-09-2024, 21:38
Əli Əsədov Curiçlə görüşdü


Əli Əsədov Curiçlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
Görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olundu.
İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulandı.
Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.
İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
2-09-2024, 21:22
Paralimpiya çempionu: "Çox şükür ki, bacardım"


Paralimpiya çempionu: "Çox şükür ki, bacardım"

"Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim".
Bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini qabaqlayan idmançı Paralimpiya Oyunlarında ikinci dəfə iştirak etdiyini xatırladıb: "Üç il əvvəl "Tokio-2020"də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlı idim".
O, sosial şəbəkələrdə verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!