Putinin helikopterini vurmağa çalışdılar .....                        Yollarda görünüş məsafəsi məhdudlaşacaq .....                        Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir - Sibiqa .....                        Kiyev Azərbaycanın bu qərarını alqışlayır .....                        Təhlükəli yük daşıyan konteyner gəmisi batdı .....                        Qəbul imtahanının cavabı nə vaxt açıqlanacaq? - RƏSMİ .....                        II və III qruplar imtahan verdi .....                        Ukraynanın Bərpası Konfransında iştirak edəcəyik - Nazir .....                        Nazirlərin geniş tərkibdə görüşü başladı .....                       
28-12-2023, 18:16
Laçında “Can Laçın” adlı yarmarka təşkil olundu


Laçında “Can Laçın” adlı yarmarka təşkil olundu

Laçın şəhərində “Can Laçın” adlı yarmarka təşkil olunub.
Yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri və s. məhsullar nümayiş olunur. Yarmarkanın açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin əməkdaşları və Laçın sakinləri iştirak edib. Açlış mərasimində çıxış edənlər bildirib ki, yarmarkanın adı təsadüfi deyil. Belə ki, Laçın torpağında bitən, cücərən hər bir məhsula "can dərmanı" deyilir. İndi həmin "can dərmanları" Laçın yarmarkasında olacaq. "Can Laçın" yarmarkası isə gələcəkdə Laçının brendinə çevriləcək. Yarmarka konsert proqramı ilə davam edir.
28-12-2023, 18:04
“Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir


“Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 0, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 8 yük maşını var.
28-12-2023, 17:38
Bu marşrut xətlərində də ödəniş “BakıKart”la olacaq


Bu marşrut xətlərində də ödəniş “BakıKart”la olacaq

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
AYNA-da bildirilib ki, dekabrın 30-dan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən 173A və 173B nömərli şəhərətrafı, eləcə də Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
28-12-2023, 17:31
Yeni ildə iki ölkədə səfirlik təsis ediləcək - Ceyhun Bayramov


Yeni ildə iki ölkədə səfirlik təsis ediləcək - Ceyhun Bayramov

Azərbaycan gələn il iki ölkədə səfirlik təsis edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
O, Tailandda səfirliyin təsis olunması və fəaliyyətə başlamasının gözlənildiyini deyib.
“Eyni zamanda, Oman sultanlığında diplomatik missiyalarımız fəaliyyət başlayacaq”, - nazir əlavə edib.
28-12-2023, 17:31
Laçına növbəti köç karvanı çatdı - Daha 25 ailəyə açarlar təhvil verildi


Laçına növbəti köç karvanı çatdı - Daha 25 ailəyə açarlar təhvil verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçın şəhərinə köçən daha 25 ailə mənzillərinin açarlarını təhvil alıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, “Bakı Abadlıq Xidməti” MMC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskublaşıblar.
ANAMA-nın əməkdaşları Laçına köçən yeni ailələrə mina və partlamamış sursatlar barədə məlumat verib, təhlükəli, yoxlanılmamış ərazilərə daxil olmamağı tövsiyə ediblər.







28-12-2023, 17:05
Sülhməramlıların Azərbaycandakı fəaliyyəti bu vaxta qədər olacaq


Sülhməramlıların Azərbaycandakı fəaliyyəti bu vaxta qədər olacaq

Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
O qeyd edib ki, tərəflər arasında üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb.
"Bu sənəd əsas götürüləcək”, - nazir deyib.
10 noyabr sənədinə əsasən Azərbaycan ərazisinə Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.
Antiterror tədbirlərindən sonra Qarabağda sülhməramlılara məxsus bir çox müşahidə məntəqəsi fəaliyyətini dayandırıb.
28-12-2023, 16:55
Motosikletlər aksizli mallar sırasına daxil edildi


Motosikletlər aksizli mallar sırasına daxil edildi

Dövlət qeydiyyatına alınmalı olan motosikletlər aksizli mallar sırasına daxil edilib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Gələn il yanvarın 1-dən aksiz dərəcəsi Azərbaycana idxal olunan motosikletlər üçün mühərrikin həcmi 125 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 0,20 manat, mühərrikin həcmi 500 kubsantimetrədək olduqda 25 manat+mühərrikin həcminin 126-500 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,40 manat, mühərrikin həcmi 500 kubsantimetrdən çox olduqda 175 manat+mühərrikin həcminin 500 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 0,50 manat olacaq.
Eyni zamanda sosial aspektlər nəzərə alınmaqla mühərrikinin iş həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərinin idxalı 2024-cüil yanvarın 1-dən 3 il müddətinə aksizdən azad olunub.
Azərbaycanda istehsal olunan motosikletlər üçün aksiz dərəcəsi isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdiriləcək. Ölkə daxilində istehsalın 0 dərəcə ilə aksizə cəlb ediləcək.
28-12-2023, 16:33
Xankəndi şəhərində bir neçə bina yenidən qurulur


Xankəndi şəhərində bir neçə bina yenidən qurulur

Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına başlanılacaq.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib.
Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.
28-12-2023, 16:26
XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”


XİN Başçısı: “Hazırda müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”

Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi paketində müsbət məqamlar çoxdur.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
“Demək olar ki, mənfi məqamlar çox azdır. Hazırda tərəflər arasında müzakirə olunan paket əvvəlkinin təkrarı deyil”, - o qeyd edib.
28-12-2023, 16:19
Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı


Fransayla münasibətlərin mövcud durumu ən aşağı nöqtədədir - XİN Başçısı

Azərbaycan-Fransa münasibətlərinin mövcud durumu ən aşağı nöqtədədir.
Bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir vurğulayıb ki, bundan sonra iki ölkə arasında münasibətlərin davamı Fransadan asılı olacaq.
"Münasibətlərin belə olmasının səbəkarı Azərbaycan deyil. Amma bildirim ki, Azərbaycan Fransaya qarşı hər hansısa addımlar atmaq niyyətində deyildi”, - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!