Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
18-06-2024, 20:54
NATO-nun yeni Baş katibi kim olacaq?


NATO-nun yeni Baş katibi kim olacaq?

Niderlandın baş naziri Mark Rutte yaxın gələcəkdə NATO-nun yeni Baş katibi olacaq.
Bu barədə Niderlandın NOS kanalı məlumat yayıb.
Bildirilir ki, onun bu vəzifə uğrunda mübarizədə yeganə rəqibi olan Rumıniya prezidenti də Ruttenu dəstəkləyəcək.
Mənbələrinin bildirdiyinə görə, Rumıniya Prezidenti Klaus İohannis qısa müddətdə alyansda liderlik vəzifəsinə Mark Ruttenin namizədliyini dəstəkləyəcəyini bildirəcək.
18-06-2024, 20:30
Ermənistan daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır


Ermənistan daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır

Ermənistan hakimiyyəti anklavları Azərbaycana verməyi planlaşdırır.
Bu barədə Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyanın Zəngəzur (Sünik) səfərindən sonra digər bölgələrə də səfərlər olacaq, bu səfərlərin məqsədi referenduma hazırlıqdır.
“Fakt budur ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hakimiyyəti daha 4 kəndi Bakıya təslim etməyi planlaşdırır: Ararat bölgəsindəki Tiqranaşen (Kərki - red.), Tavuşda Sofulu, Barxudarlu və Verin Voskepar (Yuxarı Əskipara - red.)”, - deyə Abrahamyan yazıb.
"Nəzərə alsaq ki, Ermənistan qanunvericiliyinə görə, bu kəndlər ölkənin ərazi bütövlüyünün tərkib hissəsidir, onların təslim edilməsi yalnız referendum yolu ilə ola bilər" - erməni deputat yazıb.
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Azərbaycanla sərhədin delimitasiyası prosesində referendumun keçiriləcəyini istisna etməyib.
Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində sərhəddə Azərbaycan və Ermənistanın Baş nazir müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
18-06-2024, 19:42
19 yaşlı gənc Araz çayında batdı


19 yaşlı gənc Araz çayında batdı

Saatlıda 19 yaşlı gənc Araz çayında batıb.
Hadisə Araz çayının Seyidlər kəndi ərazisində baş verib.
Seyidlər kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən boğulub. Onun meyiti yaxınları tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
18-06-2024, 18:51
Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - AÇIQLAMA


Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - AÇIQLAMA

Beynəlxalq əməkdaşlığımızın komponentlərindən biri də ikili diplom proqramlarıdır.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "oxu.az"a müsahibəsində bildirib.
"Həm ölkəmizin öndə gedən universitetləri, həm də dünyanın qabaqcıl universitetlərində ikili diplom proqramını həyata keçirməyə çalışırıq. Bu barədə düşüncələrimiz var. Mahiyyət ondan ibarətdir ki, tələbələrimiz Qarabağ Universitetində təhsil aldıqları müddətdə həmin tərəfdaş universitetlərdə də qısamüddətli təhsil almaq imkanına malik olsunlar, həmin o universitetlərin müəllimlərindən dərs ala, həmin universitetlərin tədris və tədqiqat imkanlarından faydalana bilsinlər və nəticədə Qarabağ Universitetinin diplomu ilə barabər, həmin ikili diplom üzrə tərəfdaşımız olan yerli və xarici universitetlərin də diplomunu əldə edə etsinlər", - o qeyd edib.
18-06-2024, 18:37
Məşhur müğənni həbs edildi


Məşhur müğənni həbs edildi

Amerikalı müğənni Castin Timberleyk həbs edilib.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Onun Nyu-Yorkda sərxoş halda avtomobil idarə etdiyi üçün həbs edildiyi bildirilir
Agentlik qeyd edir ki, hadisə Lonq-Aylendim şərqindəki Saq Harborda baş verib.
Ona qarşı bu gün ittiham irəli sürüləcək.
Castin Timberleyk "N Sync" qrupunun solisti kimi məşhurlaşdı. O, solo işinə görə doqquz "Grammy" mükafatı və dörd "Emmy" mükafatı alıb.
18-06-2024, 18:22
Kürdəmirdə faciə: 3 nəfər öldü


Kürdəmirdə faciə: 3 nəfər öldü

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə hərəkətdə olan avtomobilin sürücüsu idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb və bir neçə dəfə yuvarlanıb.
Hadisə zamanı avtomobildə olan üç nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
18-06-2024, 18:06
Rəsmi Bakıdan Ermənistana və Fransaya sərt mesaj


Rəsmi Bakıdan Ermənistana və Fransaya sərt mesaj

Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alğı-satqısı barədə müqavilənin imzalandığı barədə yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd edilir:
"Media vasitələrində Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında məlumat verilir.
Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür.
Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.
Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.
Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır.
Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır".
18-06-2024, 17:52
İrəvanda Rusiya bayrağı söküldü - Gerbi sındırıldı


İrəvanda Rusiya bayrağı söküldü - Gerbi sındırıldı

Ermənistanın paytaxtı İrəvanda yerləşən Qələbə parkındakı Şöhrət Xiyabanında respublikanın sərhədlərində xidmət edən erməni və rus sərhədçilərinin xatirəsinə ucaldılmış abidədə Rusiyanın bayrağını cırıb, gerbini sındırıblar.
Paytaxt meriyasından bildirilib ki, onlar baş verənlərə görə məsuliyyət daşımır və məlumatı ərazi sahibləri ilə dəqiqləşdirmək lazımdır.
Şəhər rəhbərliyi hadisəni aydınlaşdıracağını bildirib.
“İravunk” qəzetinin yazdığına görə, Rusiya Federasiyasının dövlət bayrağını bir qrup rusofob cırıb. Lakin hələ bunu törədənlərin kimliyi bilinmir və baş verənlərə görə heç kim məsuliyyət daşımır. Qəzet onu da qeyd edib ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hal deyil.
18-06-2024, 17:40
Şəkiyə dolu düşüb


Şəkiyə dolu düşüb

İyunun 18-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Qax, Xınalıq, Şəki, Qusar, Qrız, Şahdağ, Yardımlı, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Şəki rayonu ərazisinə saat 16:30 radələrində diametri 6-8 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadası, Naxçıvan MR-da, Aran rayonlarında 37, dağlıq rayonlarda 25 dərəcəyədək isti olub.
18-06-2024, 17:13
Tanınmış aktrisa vəfat etdi


Tanınmış aktrisa vəfat etdi

Məşhur fransız aktrisa Anuk Eme 92 yaşında vəfat edib.
Bu barədə onun qızı sosial şəbəkədə məlumat verib. O bildirib ki, anası bu səhər Parisdəki evində vəfat edib.
Qeyd edək ki, 92 yaşlı aktrisa 70 illik karyerası ərzində 74 film və serialda rol alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!