Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                       
15-06-2024, 14:12
İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma


İran sərhədçiləri ilə silahlı qruplaşma arasında toqquşma

İranın şimal-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonu sərhəd bölgəsində İran Sərhəd Mühafizə Xidmətinin əməkdaşları terror qruplaşmasının üzvləri arasında silahlı insident baş verib.
Bunu İranın Sərhəd Mühafizə Xidmətinin komandanı, general Əhməd Əli Qudərzi deyib.
Onun sözlərinə görə, terror qruplaşmasının üzvləri ölkəyə daxil olaraq təxribat törətmək niyyətində olublar.
Qudərzi deyib ki, silahlı insident nəticəsində terror qruplaşmasının bir neçə üzvü yaralanıb və onlar geri çəkiliblər.
İranlı rəsmi qeyd edib ki, terrorçular geri çəkilərkən çoxlu miqdarda partlayıcı maddə, elektron vasitələr və sairə götürülüb.
15-06-2024, 13:19
Baş nazir və spiker Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO


Baş nazir və spiker Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər.
Baş nazir və Milli Məclisin sədri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.


15-06-2024, 12:52
Pulsuz oxumaq istəyənlər üçün şad xəbər! - Dövlət sifarişli yerlər artırılıb


Pulsuz oxumaq istəyənlər üçün şad xəbər! - Dövlət sifarişli yerlər artırılıb

"Bu ilki buraxılış imtahanlarının nəticələri daha yaxşıdır, amma hələ istədiyimiz səviyyədə deyil".
Bu barədə ASAN TV-yə müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində 60 minə yaxın tələbə qəbulu gözlənilir:
"Cari ilin qəbul planı keçən illə müqayisədə təxminən 5% artıb. Eyni zamanda dövlət sifarişli yerlərin də sayı artıb. Keçən illə müqayisədə təxminən 1300 yer dövlət sifarişli təhsil üçün artırılıb. Ümumi dövlət sifarişli yerlərin sayı təxminən 28 mindir", - sədr əlavə edib.
M.Abbaszadə qeyd edib ki, dövlət hesabına təhsil alan sosial həssas şəxslərin əhatə dairəsi genişlənib:
"Bu da o deməkdir ki, təkcə 28 min yox, daha çox insan dövlət hesabına təhsil alacaq. Əvvəllər valideynlərini itirmiş şəxslərin ödənişsiz təhsil alması üçün olan yaş həddi götürülüb. Əvvəllər bu, dövlət və bələdiyyə məktəblərinə aid idisə, artıq özəl məktəblərə də aid edilir. İndiyə qədər hansısa özəl məktəblər qeyd edilən kateqoriyada olan uşaqları ödənişdən azad edirdi, hansısa etmirdi. Artıq onların təhsil haqqını dövlət öz üzərinə götürür".
15-06-2024, 12:36
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 16-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
15-06-2024, 00:00
Azərbaycanda Milli Qurtuluş Günüdür


Azərbaycanda Milli Qurtuluş Günüdür

15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür.
30 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edib.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrilib. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxarıb. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişib. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrilib. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoyub, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlanıb.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
14-06-2024, 23:32
Dünyamıza xoş gəlmisiniz!

Dünyamıza xoş gəlmisiniz!

“Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə elə gün, elə bir saat olmadı ki, biz yurd həsrətindən söz açmayaq, o yerləri xatırlamayaq. Mikrofonu kimə sarı tuturduqsa əzəli-əbədi torpaqlarımızın azad olunması arzusunu dilə gətirirdi. Elin hər bir nümayəndəsi, fərqi yoxdur qaçqın, köçkün olsun, beynəlxalq yarışlardan vətənə qayıtsın, yaxud hansısa günün aktual mövzusundan danışsın, yaşının fərqinə varmadan, müxtəlif proqramlarda, ictimai-siyasi mövzularda, ədəbi verilişlərdə xalqın istəyini qabardır, Ali Baş Komandandan əmr gözlədiyini söyləyirdi. Hər çıxışın sonunda ümummilli problemi dilə gətirir, "gün o gün olsun azad olunan yerlərimizdən canlı yayımlanasınız" deyib ana radioya arzularını bildirir və inamla o yerlərə qayıdacağımızı deyirdilər. Artıq səbirləri tükənənlər də vardı. Az qala bəziləri inamını itirməyə başlamış, sanki ümidsizliyə qapanmış, depressiya halını yaşayırdı. Açığını etiraf edim ki, hərdən özümün də içinə təşviş düşür, Qarabağın taleyindən nigaran köçmək, olacaqlardan xəbərsiz ölmək qorxusu canımı üşüdürdü.”

Bu sətirlər işğaldan azad olunmuş Suqovuşandan Azərbaycan radiosuna reportaj verən jurnalist həmkarım, Azərbaycan radiosunun "Xəbərlər" redaksiyasının redaktoru Şəlalə MƏHYƏDDİNQIZINA məxsusdur. Şükürlər olsun ki, artıq dördüncü ildir, Şəlalə Məhyəddinqızının Qarabağın taleyindən nigaran köçmək qorxusu keçib. Azərbaycanımızın məğrur qızı indi azad Qarabağımızda aparılan quruculuq işlərindən ürəkdolusu danışır, yazır, yaradır. Elə bu gün iş yerində Şəlalə xanımın yubileyinə yığışanlar da onun adı kimi çağlayan yaradıcılığından, işinə məsuliyyətindən, vətən sevgisindən söhbət açıblar.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC sədrinin müavini Rafiq Həşimov rəhbərlik adından, “Xəbərlər” redaksiyasının baş redaktoru Zaur Rzayev isə redaksiya kollektivi adından yubilyarı təbrik ediblər. Ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar. Mən, Tamxil Ziyəddinoğlu isə bu Azərbaycan xanımını qardaş sevgisi, sayğısı ilə təbrik edirəm. Yaşadığı beşlərin biri ləyaqətinin, digəri yaradıcılıq qabiliyyətinin qiymətidir. Halal olsun, 100 yaşasın!




14-06-2024, 23:15
Zelenski İsveçrəyə getdi


Zelenski İsveçrəyə getdi

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrəyə səfər edib.
Bu barədə o, özünün teleqram kanalında yazıb.
Ukrayna lideri iyunun 15-dən 16-dək keçiriləcək sülh sammitində iştirak edəcək.
Sammit çərçivəsində Ukrayna prezidentinin təklif etdiyi sülh formulası müzakirə olunacaq.
“Sülh sammiti qlobal əksəriyyətə dünyada hər kəs üçün vacib olan sahələrdə konkret addımlar atmağa imkan verəcək”, - dey Zelenski kanalında yazıb.
O əlavə edib ki, sammitdə təxminən 100 ölkə iştirak edəcək. İsveçrənin Bürgenstok şəhərində keçirilən sülh sammitinə 160 ölkədən nümayəndə heyəti dəvət olunub.
14-06-2024, 23:05
AVRO-2024: Almaniya Şotlandiyaya qarşı


AVRO-2024: Almaniya Şotlandiyaya qarşı

Avropa çempionatında Almaniya və Şotlandiya yığmaları arasında keçirilən matç başlayıb.
Münhen şəhərində yerləşən "Alyants Arena"da oynanılan görüş Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Matçı fransalı Kleman Trüpen idarə edir. Matça komandalar aşağıdakı "11-liklər"lə çıxıblar:

Almaniya: Manuel Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştadt, Andriç, Toni Kroos, Camal Musiala, İlkay Gündoğan, Florian Virts, Haverts

Şotlandiya: Qun, Porteous, Hendri, Tierney, Ralston, MkTominay, MkQreqor, Robertson, McQinn, Adams, Kristie
14-06-2024, 22:50
Tərtərdə 32 yaşlı kişi öldürüldü


Tərtərdə 32 yaşlı kişi öldürüldü

İyunun 14-də Tərtər rayonu ərazisində 1992-ci il təvəllüdlü Əliyev Abil Mətləb oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri görülür.
14-06-2024, 22:31
İlham Əliyevdən 15 İyun paylaşımı


İlham Əliyevdən 15 İyun paylaşımı

Azərbaycan Prezidenti İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə sosial şəbəkədə paylaşım edib.
Dövlət başçısının paylaşımında qeyd olunub: "15 İyun – Milli Qurtuluş Günü".

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!