"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
4-02-2024, 17:36
İsrail HAMAS-ın 17 taborunu məhv edib - Netanyahu


İsrail HAMAS-ın 17 taborunu məhv edib - Netanyahu

İsrail Ordusu HAMAS-ın Qəzza sektorundakı 24 taborundan 17-ni məhv edib.
Bunu bu gün İsrail Baş naziri Binyamin Netanyahu hökumətin iclasında bildirib.
Baş nazir deyib ki, əsas məqsəd HAMAS-ı məhv etməkdir: “Bu məqsədə çatmaq üçün ilk öncə HAMAS-ın taborlarını məhv etmək lazımdır. HAMAS-ın taborlarının əksəriyyəti hazırda Qəzza sektorunun cənubunda və Rafahdadır”.
4-02-2024, 16:43
Bakıda tozlu hava şəraiti müşahidə olunur


Bakıda tozlu hava şəraiti müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləklərin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır.
Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir.
4-02-2024, 15:27
Türkiyədə zəlzələ baş verdi


Türkiyədə zəlzələ baş
verdi


Türkiyənin qərbində 3 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Antalyadan 80 km, Beykoynak kəndindən 7 km cənub-qərbdə, 11 km dərinlikdə yerləşib.
4-02-2024, 14:18
PKK-nın beş terrorçusu zərərsizləşdirildi


PKK-nın beş terrorçusu zərərsizləşdirildi

İraqın şimalında “Hakurk” və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və Pəncə-Kilid bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda qeyd edilib.

4-02-2024, 13:54
Biləsuvarda elektrik xətləri yenilənir


Biləsuvarda elektrik xətləri yenilənir

Biləsuvar şəhəri ərazisində və iki kənddə elektrik xətləri yenilənir.
Artıq şəhər ərazisində yerləşən 11 nömrəli xətdə SİP kabelləşmə işləri başa çatmaq üzrədir.
Həmçinin 6 nömrəli xəttin əhatə etdiyi Biləsuvar şəhərinin Təyyarə meydanı, Promxor adlanan ərazilərində, eyni zamanda Aşağı Cürəli və Əsgərabad kəndlərində də işləri aparılır.
İşlər yekunlaşdıqdan sözügedən ərazilər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərində elektrik xətləri yararsız vəziyyətdə olduğu üçün, tez-tez enerjinin verilişində problemlər yaranırdı.
4-02-2024, 13:11
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
4-02-2024, 10:40
Seçicilərə səsvermə vəsiqəsinin verilmə müddəti başa çatdı


Seçicilərə səsvermə vəsiqəsinin verilmə müddəti başa çatdı

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.
Prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.
Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.
4-02-2024, 10:40
Seçicilərə səsvermə vəsiqəsinin verilmə müddəti başa çatdı


Seçicilərə səsvermə vəsiqəsinin verilmə müddəti başa çatdı

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.
Prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.
Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.
3-02-2024, 23:40
Qobustanda ana və oğlu dəm qazından öldü


Qobustanda ana və oğlu dəm qazından öldü

Qobustan rayonunun Sündü kəndində ana və oğlu dəm qazından boğulub ölüblər.
Bədbəxt hadisə ana hamamda uşağını çimizdirərkən baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Alcanova Mahirə və 2014-cü il təvəllüdlü Alcanov Əkbər Xanəkbər oğlu hamamda dəm qazından boğulub ölüblər.
3-02-2024, 23:27
Yəmənə zərbələr endirildi


Yəmənə zərbələr endirildi

ABŞ və Böyük Britaniya silahlı qüvvələri husilərin Hudeydə əyalətindəki mövqelərinə hücum edib.
Bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, əyalətin inzibati mərkəzinin cənub ətrafı və Əl-Luheya rayonunun dağlıq ərazisində yerləşən husilərin hədəfləri vurulub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!