"Sədərək”də yanan mağazanın 1,5 milyona yaxın borcu varmış? .....                        Dağlıq ərazidə yanğın başladı .....                        Xocavənddə yanğına səbəb olan şəxs tutuldu .....                        ABŞ İraqda iki bazanı tərk edir .....                        Zelenskidən Azərbaycanla bağlı paylaşım .....                        Dəhşətli yanğında 12 nəfər tüstüdən zəhərlənib - RƏSMİ .....                        Çayda batan 3 nəfərin meyiti tapıldı .....                        Rusiyaya güzəştə getməyəcəyik - Zelenski .....                        Qəzzada 16 fələstinli öldürüldü .....                       
2-02-2024, 18:48
BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır


BMT-nin faktaraşdırıcı missiyası Azərbaycandadır

BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır.
Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.
BMT rəsmisi Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərini yüksək qiymətləndirib.
Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb.
O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib: "Artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələri bölüşməyə hazırıq".
2-02-2024, 18:40
Prezident BMT-nin icraçı katibini qəbul etdi


Prezident BMT-nin icraçı katibini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib.
Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən Saymon Stil COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.
Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğuladı. O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib. Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.
Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür.
Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır.
Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan İlham Əliyev qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib.
Dövlət başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.
Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.
Qonaq COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya – iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxunub.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğulayıb.
Görüşdə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq ev sahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.
2-02-2024, 18:04
Prezident qiymət dəyişikliyiylə bağlı fərman imzaladı


Prezident qiymət dəyişikliyiylə bağlı fərman imzaladı

Strateji əhəmiyyətli mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin “Dövlət ehtiyatları haqqında” qanunun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.
Nazirlər Kabineti 6 ay müddətində strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiqləyib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
2-02-2024, 17:56
3 minə yaxın gənc müəllim müddətsiz müqavilə üzrə işə qəbul olub


3 minə yaxın gənc müəllim müddətsiz müqavilə üzrə işə qəbul olub

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olunub.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 3114 gənc müəllim isə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə götürülüb.
2-02-2024, 17:33
Bakı Mühəndislik Universitetinin iki məzunu Prezident mükafatına layiq görüldü


Bakı Mühəndislik Universitetinin iki məzunu Prezident mükafatına layiq görüldü

Bakı Mühəndislik Universitetinin (BMU) məzunları - Taryel Ağazadə və Kimyəxanım Baxışova Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında yer alıblar.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək mükafata layiq görülən 10 gəncdən biri olan Taryel Ağazadə BMU-nun bakalavriat pilləsini 2021-ci ildə bitirib.
Universitetin Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi (ingilis) ixtisası üzrə məzunu olan Taryel tələbə ikən fəallığı ilə seçilib, hətta həmin dövrdən bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi kimi çıxış edib. Məzun olduqdan sonra fəaliyyətinin əhatə dairəsini daha da genişləndirən Taryel Böyük Britaniya, Amerika, Portuqaliya, Almaniya, İspaniya, Hollandiya, Macarıstan, Ukrayna, Makedoniya, Qazaxıstan, Gürcüstan, Türkiyədə təşkil olunan çoxsaylı beynəlxalq tədbir və konfranslarda iştirak edib. Eyni zamanda “Mobile World Congress”, “Web Summit”, “TechCrunch Disrupt”, “Surge Summit”, “Digital Bridge 2023”, “Money20/20” kimi innovasiya yönümlü tədbirlərdə ölkəmiz üçün kontent hazırlayıb.
O, 2020-ci ildə “İnnovativ Azərbaycan” devizi altında lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan Azərbaycan İnnovasiya Mükafatının “İlin influenseri” nominasiyası üzrə, 2022-ci ildə isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards” innovasiya müsabiqəsinin “Ekosistem lokomotivi” nominasiyası üzrə qalibi olub.
Hazırda “Kapital Bank”ın İnnovasiya proqramına rəhbərlik edən Taryel Ağazadə texnologiya, elm və startap sahəsi üzrə media platforması olan “Tedroid”in təsisçisidir.
Prezident mükafatına layiq görülən BMU-nun digər məzunu Kimyəxanım Baxışova universitetin Pedaqoji fakültəsinin Fizika (ingilis bölməsi) ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Radiasiya materialşünaslığı ixtisasına qəbul olan BMU məzunu magistratura pilləsini də 2021-ci ildə fərqlənmə diplomu ilə başa vurub.
Kimyəxanım Baxışova hələ tələbəlik illərində bir sıra beynəlxalq elimi tədbirlərdə uğurla təmsil olunub.
Hazırda Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı olan Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. O, 19 sentyabr 2023-cü il tarixindən “Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiya davamlı selvari silisium detektorların işlənməsi” adlı dissertasiya işinin tədqiqatına başlayıb.
2-02-2024, 17:28
Mişustin erməni həmkarının təklifini dəstəklədi


Mişustin erməni həmkarının təklifini dəstəklədi

Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Avrasiya İqtisadi İttifaqının inteqrasiyasının gələcək inkişafının prioritetləri əsasən Rusiyanın yanaşmalarına uyğundur və Moskva onların həyata keçirilməsini dəstəkləməyə hazırdır.
Bu barədə Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında çıxışı zamanı bildirib.
“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyaları Ermənistana verilib. Hörmətli Nikol Vovaeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə nəzərdən keçirdik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Təbii ki, biz onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.
Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir. Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının ümumi enerji bazarının formalaşdırılmasının vacibliyini vurğulayaraq, tərəfdaşları bu məsələdə kompromis razılaşmalar əldə etməyə çağırıb.
2-02-2024, 17:08
Zelenski və Tokayev telefon danışığı apardı


Zelenski və Tokayev telefon danışığı apardı

Ukrayna Prezidenti Volodimir Zelenski qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Bu barədə Zelenski “X”də yazıb.
Zelenski həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.
“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - Zelenski yazıb.
O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayevə təşəkkür edib.
2-02-2024, 16:57
Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirildi


Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu keçirildi

Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib.
2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib.
Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar. Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb.
Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib. Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib. “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar.
2-02-2024, 13:27
Qurban Qurbanov AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirdi


Qurban Qurbanov AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirdi

“Belə bir informasiyanın çıxacağına inanmıram, çünki olmayıb. Müqavilə bağlanarkən də, pozularkən də orada hamı mənim tanıdıqlarım idi”.
Bu sözləri futbolinfo.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan milli komandasında işlədikdən sonra müqaviləsinin erkən pozulmasına görə AFFA-dan təzminat aldığına dair xəbərlərə münasibət bildirib:
“İlk növbədə prezident Rövnəq Abdullayev. Rövnəq müəllim və mən olan yerdə belə söhbət, ümumiyyətlə, ola bilməzdi. Abdullayevlə tanışlığımız hələ “Neftçi”dən başlayıb, bir yerdə işləmişik. İTV-dəki müsahibəmdə də demişəm, bəli, 6 illik danışılmışdı, rəsmi olaraq isə 3 illik müqavilə bağlanıldı. Bütün rəsmi müqavilələrdə bənd olur ki, əgər klub və ya federasiya tərəfindən əməkdaşlığa son qoyularsa, qalan dövrün təzminatı verilməlidir. Belə söhbətlərin yayılması xoş deyil, amma məndə də bu bənd var idi, işdən çıxarılacağım halda təzminatı almalıydım. Detallara girmək istəmirəm, amma işbirliyi başa çatanda mənə deyildi ki, təzminat da ödəniləcək. Mən həmən cavab verdim ki, narahat olmayın, mən təzminat məbləğini götürməyəcəm. AFFA-nın ovaxtkı baş katibi Elxan Məmmədovla təkbətək söhbətimiz oldu, o mənə bu barədə dedi. Daha sonra İcraiyyə Komitəsinin ümumi iclasında Rövnəq müəllim də bildirdi ki, təzminatı alacaqsan. Hər iki söhbətdə bildirdim ki, təzminat üçün yox, Azərbaycan futboluna müəyyən fayda vermək üçün gəlmişdim. İşləmədiyim dövr üçün haqq etmədiyim pulu istəmərəm və götürmədim də. O, federasiyanın, Azərbaycan futbolunun puludur, onu uşaq futboluna, stadionlara və s. xərcləmək daha məqsədəuyğundur. Bir il işləyib üç ilin pulunu almaq… Alsaydım, hansısa qanunu pozmazdım, müqavilədə göstərilmişdi, amma mən həmin məbləğdən imtina etdim”.
2-02-2024, 12:14
Sabahın havası


Sabahın havası

Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!