Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
23-01-2024, 16:21
Xankəndi, Xocalı və Xocavəndə avtobus xətti açılacaq? - Qurumdan AÇIQLAMA


Xankəndi, Xocalı və Xocavəndə avtobus xətti açılacaq? - Qurumdan AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir.
Bəs Xankəndi, Xocalı və Xocavəndə avtobuslar bu il açıla bilərmi?
Qurumun mətbuat xidmətinin başçısı Tural Orucov saytımza açıqlamasında bildirib ki, müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:
"İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir".
T.Orucov yaxın vaxtlarda Laçın şəhəri-Zabux kəndi müntəzəm avtobus marşrutu üzrə sərnişindaşıma xidmətinin təşkil ediləcəyini bildirib:
"Eyni zamanda Laçın şəhəri-Zabux kəndi müntəzəm avtobus marşrutu üzrə müsabiqə keçirilib. Yaxın vaxtlarda marşrut üzrə sərnişindaşıma xidməti təşkil ediləcək. Laçın şəhərini Qarıkaha və Zerti kəndləri ilə birləşdirəcək rayondaxili müntəzəm avtobus marşrutları isə müsabiqəyə təqdim olunub.
İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır".
23-01-2024, 16:12
Şirvanda zavodda partlayış: İki nəfər xəsarət aldı


Şirvanda zavodda partlayış: İki nəfər xəsarət aldı

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış olub, iki nəfər xəsarət alıb.
Hadisə zamanı Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Cahangir oğlu Babayev və Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
23-01-2024, 16:07
Mirzoyan: "Ermənistan üçün sülh prosesində bir neçə prinsip əsas olaraq qalır"


Mirzoyan: "Ermənistan üçün sülh prosesində bir neçə prinsip əsas olaraq qalır"

"Ermənistan üçün sülh prosesində bir neçə prinsip əsas olaraq qalır".
Bunu ölkənin XİN başçısı Ararat Mirzoyan deyib:
"Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü heç bir qeyri-müəyyənlik və fikir ayrılıqlarına yer buraxan dil olmadan tanımalıdır. Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Suverenlik, suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında iqtisadi və nəqliyyat kommunikasiyaları açılmalıdır".
22-01-2024, 20:21
Həzi Aslanovun 114 illiyinə həsr edilmiş tədbir keçirildi


Həzi Aslanovun 114 illiyinə həsr edilmiş tədbir keçirildi

Yanvarın 22-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun anadan olmasının 114 illiyinə həsr edilmiş tədbir keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun, Bakı Qarnizonundakı hərbi hissələrin, ictimaiyyət nümayəndələrinin, generalın ailə üzvlərinin iştirak etdikləri mərasimində əvvəlcə fəxri qarovulun müşayiəti ilə məzarüstü abidə önünə Müdafiə Nazirliyi və Aslanovlar ailəsi adından əklillər qoyulub, güllər düzülüb. Ulu Öndər Heydər Əliyevin və xalqımızın igid oğlunun timsalında Vətənimizin şəhid övladlarının xatirəsi ehtiramla anılıb.
Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib. Polkovnik A.Qurbani Həzi Aslanovun mənalı həyatı, qəhrəmanlığı və İkinci Dünya müharibəsindəki xidmətlərindən danışarıq vurğulayıb ki, onun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsində böyük əhəmiyyət daşıyır.
Birinci Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli polis general-mayoru Həzi Aslanov istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ müharibəsi veteranlarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, mərasimin təşkilinə görə isə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
22-01-2024, 19:52
Bu hərbiçilərin aylıq vəzifə maaşlarının məbləğləri təsdiqləndi


Bu hərbiçilərin aylıq vəzifə maaşlarının məbləğləri təsdiqləndi

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Bu Qərar 2024-cü il yanvarın birindən tətbiq edilir.
22-01-2024, 19:30
Rəisi bu tarixdə Türkiyəyə səfər edəcək


Rəisi bu tarixdə Türkiyəyə səfər edəcək

İran prezidenti İbrahim Rəisi çərşənbə günü Türkiyəyə səfər edəcək
Bu barədə İran mətbuatı məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar planlaşdırılır.
Qeyd edək ki, bundan əvvəl səfər Kirmanda 100-ə yaxın şəxsin ölümünə səbəb olan terror aktı səbəbindən təxirə salınmışdı.
22-01-2024, 19:22
AŞPA-nın iclasında Azərbaycanın səsvermə hüququ məhdudlaşdırıldı


AŞPA-nın iclasında Azərbaycanın səsvermə hüququ məhdudlaşdırıldıı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclaslarında Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb.
Bu təklif almaniyalı deputat Frank Şvabenin olub.
Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir.
Qış sessiyasının ilk iclasında ingilis deputat Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib.
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger qurumda çıxışı zamanı həmkarlarını bu mövzuda ehtiyatlı olmağa çağırıb.
"Bu, səhv bir qərardır. Heç bir müsbət vəziyyətə aparmayacaq. Belə qərarlar vermək üçün çox ehtiyatlı olmalıyıq", - o, bildirib.
22-01-2024, 18:58
Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi


Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqləndi

Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Qərara əsasən, Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

elm və təhsil naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm

və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə

Təhsili üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru”.
22-01-2024, 18:20
COP29 Təşkilat Komitəsunin ilk iclası keçirildi - FOTO


COP29 Təşkilat Komitəsunin ilk iclası keçirildi - FOTO

2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının "Yaşıl enerji" zonası elan edildiyini bildirib.
Samir Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.
Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisi kimi dəyərləndirildiyini bildirib.
Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.
S.Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.
Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevin COP29-la bağlı verdiyi tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, yerli və beynəlxalq media və digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayıb.
Daha sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.



22-01-2024, 18:04
Şamaxıda 9 tüfəng müsadirə edilərək polisə təhvil verildi


Şamaxıda 9 tüfəng müsadirə edilərək polisə təhvil verildi

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cari ay ərzində Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri 1-i yivli “Karabin” markalı odlu silah olmaqla ümumilikdə 9 tüfəngi və patronları könüllü olaraq təhvil veriblər.
Bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdikləri üçün vətəndaşlara təşəkkür edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!