İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
2-11-2024, 15:13
ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev


ABŞ Rusiya ilə o sazişi imzalasaydı, Ukraynada müharibə başlamayacaqdı - Medvedev

“Əgər ABŞ Rusiya ilə təhlükəsizlik sazişi imzalasaydı, Ukraynada xüsusi hərbi əməliyyat başlamazdı”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RT-yə müsahibəsində bildirib.
“Əgər Qərb ölkələri və ilk növbədə ABŞ çeviklik nümayiş etdirsəydi və Rusiya ilə təhlükəsizlik sazişi bağlasaydı, xüsusi hərbi əməliyyat olmazdı”, - Medvedev bildirib.
Onun sözlərinə görə, Qərb hakimiyyətləri öz siyasətində ABŞ maraqlarının müstəsnalığı prinsipinə əsaslanır.
Medvedevin dediyinə görə, bu, ABŞ-ı bir gün məhv edəcək böyük səhvdir.
Medvedev bildirib ki, Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq.
“Amerika dərin dövləti çətin ki, üçüncü Dünya müharibəsini istəsinr, lakin nədənsə rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə də inanırlar.
Onlar səhv edirlər. Prezidentimizin də dəfələrlə dediyi kimi, dövlətimizin varlığından danışırıqsa, təbii ki, bizim sadəcə olaraq seçimimiz qalmayacaq. Nüvə ölkəsinin prezidenti vəzifəsinə başlayan hər bir şəxs mahiyyətcə ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, Rusiya Federasiyasına da aiddir”, - Medvedev bildirib.

2-11-2024, 13:48
Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI


Bakıda 31 avtobus marşrutunun istiqaməti dəyişir - SİYAHI

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabr 2024-cü il tarixindən 10 noyabr 2024-cü il tarixinədək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Bununla əlaqədar olaraq "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə ("Koroğlu" NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək. Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.
Marşrutlar üzrə edilən dəyişikliklər:
197 və 198 nömrəli marşrutlar son dayanacaq məntəqəsi Zabrat dairəsi olmaqla fəaliyyət göstərəcək;
14 sayda (7B, 38, 71, 107, 118A, 118B, 131, 139, 173A, 173B, 189, 204, 216, 217, M8) marşrutun son dayanacaq məntəqəsi “Ulduz” metrostansiyası təyin edilmişdir;
15, 148 və 162 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Qara Qarayev" metrostansiyası təyin edilmişdir;
166 və 38 nömrəli marşrutlar "Koroğlu" NMM-ə(Atletlər kəndi tərəf) daxil olmadan fəaliyyət göstərəcək;
62, 70, 184 və 214 nömrəli marşrutlar "Koroğlu" NMM-ə (Atletlər kəndi və "Piramida" tərəf) daxil olmadan fəaliyyət göstərəcək.
H1 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik nəzərdə tutulmayıb;
1 nömrəli marşrut "28 May" metrostansiyası istiqamətində "Koroğlu" NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda ("Koroğlu" metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;
24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;
93 nömrəli marşrut "Koroğlu" NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;
163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi "Koroğlu" NMM (“Piramida”tərəf) təyin edilmişdir;
184 nömrəli marşrut "Ulduz" metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində "Koroğlu" metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək.
Sərnişinlərdən müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaq və təyin edilmiş hərəkət sxemlərinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərindən istifadə etmələri xahiş olunur.

2-11-2024, 13:43
Sabahın hava proqnozu açıqlandı


Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.
Qurumdan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 %olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq
2-11-2024, 13:20
Braziliya lideri ABŞ-da yeni prezident kimi onu görmək istəyir


Braziliya lideri ABŞ-da yeni prezident kimi onu görmək istəyir

Braziliya lideri Luis İnasio Lula da Silva ABŞ prezidenti postunda hazırkı vitse-prezident Kamala Harrisi görməyə üstünlük verdiyini bildirib.
Braziliya prezidenti bu haqda fikrini LCI telekanalına müsahibəsində bildirib.
Luis İnasio Lula da Silva “Hakimiyyətdə demokrat namizəd görmək əla olardı” deyib.
Onun fikrincə, Harrisin ABŞ prezidenti postuna gəlməsi ölkədə demokratiyanın möhkəmlənməsinə töhfə verəcək. Bununla bağlı o, Donald Trampın tərəfdarlarının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumunu xatırladıb.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.
2-11-2024, 12:55
Bakıda mərkəzi yollardan biri bağlandı


Bakıda mərkəzi yollardan biri bağlandı

Xətai rayonu, 8 Noyabr prospekti ilə Mərkəzi Bulvar küçəsinin kəsişməsində təmir işləri aparılır.
Bbu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən mərkəz istiqamətində qısamüddətli məhdudiyyət tətbiq edilib.
2-11-2024, 12:16
COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb


COP29-la bağlı 11 saxta informasiya resursu bloklanıb

Hazırda COP29 tədbirləri ilə bağlı müxtəlif saxta resursların yaradılması müşahidə olunur. Onlardan bir qismi informasiya manipulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.
Məlumata görə, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək məşğulluq platformalarında saxta məlumatlar yerləşdirməkdədirlər.
“Oktyabr ayı ərzində idarəetmə mərkəzi ilə birgə 11 belə saxta informasiya resursu aşkarlanaraq ölkə üzrə bloklanması təmin edilib. Hal-hazırda digər dövlət qurumları ilə yanaşı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29-la bağlı imzalanmış “Ev sahibi ölkə” sazişinin icrasının təmin edilməsinə cəlb olunub. Qeyd olunan sazişdə tədbirlərin keçiriləcəyi dövr ərzində hökumətin kifayət qədər ciddi öhdəlikləri qeyd olunub. Xidmət üzərinə düşən öhdəlikləri Əməliyyat Şirkəti ilə birlikdə uğurla həyata keçirmək və belə mötəbər tədbirin yüksək səviyyədə başa çatması üçün bütün lazımi tədbirləri görəcək”, - deyə XRİTDX-nin məlumatında vurğulanıb.
2-11-2024, 12:08
“Hizbullah” İsrail kəşfiyyat bazasına zərbə endirib


“Hizbullah” İsrail kəşfiyyat bazasına zərbə endirib

Livanın “Hizbullah” hərəkatı Tel-Əviv yaxınlığındakı İsrail kəşfiyyat bazasına raket zərbələri endirib.
Bu barədə hərəkatın Telegram-dakı bəyanatında deyilir.
Qeyd edilib ki, yerli vaxtla saat 02:30-da “Hizbullah” döyüşçüləri “Təl-Əviv ətrafında yerləşən 8200 saylı Hərbi Kəşfiyyat Bölməsinin Qlilot bazasına yaylım atəşi açıblar.
2-11-2024, 11:57
Prezidentin köməkçisi yeni icra başçısını təqdim etdi


Prezidentin köməkçisi yeni icra başçısını təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün kollektivə təqdim olunub.
Təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə edib.
Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
O.Hüseynzadə ona göstərilən etimada görə minnətdarlıq edib.
2-11-2024, 11:03
Bakıda məşhur prokurorun qardaşına cinayət işi açıldı


Bakıda məşhur prokurorun qardaşına cinayət işi açıldı

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.
İttihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da "Əmrahbank"ın təsisçisi Yunus İldırımzadədir.
2-11-2024, 10:22
Heydər Əliyev Mərkəzində məşhur heykəltəraşın sərgisi açılıb


Heydər Əliyev Mərkəzində məşhur heykəltəraşın sərgisi açılıb

Noyabrın 1-dən Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental heykəltəraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.
Sərginin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunması təsadüfi deyil.
Belə ki, “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyası ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəldir.
Bakı sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı ideyası təşkil edir.
Sərginin açılışında çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qısa müddət ərzində öz sərgisinin Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə Lorenso Kuinnə təşəkkürünü bildirib. O, Heydər Əliyev Mərkəzində cari il ərzində bir neçə italyan heykəltəraş və rəssamın təqdimatlarının keçirildiyini bildirib, hazırkı sərgidə çox gözəl heykəltəraşlıq nümunələrinin nümayiş olunduğunu deyib.
Anar Ələkbərov L.Kuinnin əsərlərinin COP29 tədbiri çərçivəsində Azərbaycana gətirildiyini, yaxın günlərdə ölkəmizdə keçiriləcək COP29 konfransına gələn qonaqların da bu incəsənət nümunələrini bəyənəcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Heydər Əliyev Mərkəzində də çoxsaylı tədbirlərin təşkilinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
"365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele tədbirin yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.O qeyd edib ki, Lorenso Kuinn öz əsərlərində eşqə, məhəbbətə, planetimizə olan vurğunluq hisslərini əsas tutur. Bu baxımdan, müəllifin qeyri-adi bacarıqlarını özündə əks etdirən fikirləri məhz onun incəsənət əsərlərində hiss olunur.
Sərginin müəllifi Lorenso Kuinn Bakının çox gözəl şəhər olduğunu deyib, paytaxtımızda keçiriləcək COP29-a çox az vaxt qaldığını bildirib. Möhtəşəm bir məkanda sərgisinin keçirilməsindən şad olduğunu söyləyən L.Kuinn əsərlərinin təbiətin gücünü təcəssüm etdirdiyini bildirib.
“Biz Yer kürəsini sevməliyik. Necə ki, ana övladına o cür yanaşır, biz də elə yanaşmalıyıq. Yer kürəsinə hörmət etməliyik, necə ki, öz anamıza hörmət edirik. Bizim yaşamaq üçün başqa məkanımız yoxdur. Bunu mütləq nəzərə almalıyıq. Çünki başqa yolumuz yoxdur”, - deyə Lorenso Kuinn diqqətə çatdırıb.
Sərginin açılışı ilk olaraq “Sevgi birliyi” əsərinə baxışla baş tutub. Həmin kompozisiya dünyaya qarşılıqlı sevgi və dəstək çağırışıdır. Çünki bəşəriyyətdə mükəmməl harmoniya içində əbədi bir əlaqə qurmaq imkanı məhz bu hisslər sayəsində mümkündür.
Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək Heydər Əliyev Mərkəzinin parkında və foyesində təqdim ediləcək.
Bakı sərgisində ziyarətçilər italiyalı heykəltəraşın “Balanslaşdırılmış dünya” (Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə Mərkəzin park ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə Mərkəzin foyesində tanış ola biləcək. Ümumilikdə Bakı sərgisində müəllifin 15 incəsənət nümunəsi təqdim edilir.
Heykəltaraşın “Özünü sev” (Love Yourself) əsəri özünə sevgi vasitəsilə sevgini əks etdirmək, bu hissi dünya ilə paylaşmaq, düzgünlük yoluna işıq saçmağa çağırır.
“Perspektivdə” (İn Perspective) adlı heykəltəraşlıq nümunəsi isə dünyamızın nə qədər zərif və kainatla müqayisədə çox kiçik olduğunu əks etdirir. Bununla Lorenso Kuinn insanları yaşadığımız dünyanı perspektivdə qiymətləndirməyə çağırır.
Eksponatlar arasındakı “Tanrının əli” (Hand of God) heykəltəraşlıq nümunəsi müəllifin şedevrlərindən hesab olunur. Əsərdə bükülmüş halda olan adam yorğun şəkildə qollarını aşağı salaraq, onu dəstəkləyən nəhəng bir əlin ovucunun içərisində oturur. Lorenso bu əsərini oğluna həsr edib. “Tanrının əli” ziyarətçilərin diqqətini uşaqların real həyatda üzləşdiyi təhlükələrə cəlb edir. Bu əl sonradan Kuinnin digər monumental işlərində mərkəzi elementə çevrilib. Həmin əl sevgi, nifrət, yaratmaq hissi və məhv etmək gücünü təsvir edir.
Lorensonun Bakıya gətirilən digər işi isə “Birlikdə” (Together) adlanır. Məhz bu kompozisiyanın Gizada nümayişi ilə ilk dəfə müasir incəsənətin piramidaya yaxın olmasına icazə verilmişdi. Sözügedən monumental kompozisiya 2021-ci ildə Kann şəhərində, 2023-cü ildə isə Dubayda sənətsevərlərə təqdim olunub. İndi isə bu əsər 6 ay ərzində Bakı sərgisində Heydər Əliyev Mərkəzinin parkında yer alacaq. Əsərdə insana həm yaratmağa, həm də məhv etməyə imkan verən əllər təsvir edilib. Bununla rəssam hər şeyin öz əlimizdə olduğuna inanır.
Müəllifin Bakıda sərgilənən digər əsəri isə “Təbiətin gücü”dür (Force of Nature). Əsər kövrək, lakin çox güclü qadın obrazını təcəssüm etdirir. Burada ana təbiətin özü canlandırılır. Ümumiyyətlə, rəssamın yaradıcılığında “Təbiətin gücü” heykəllər silsiləsi mühüm yer tutur. Bu seriyadan bir çox kompozisiya dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək böyük şəhərlərin görməli yerlərini bəzəyib.
“Balanslaşdırılmış dünya” (A Balanced World) əsəri də müəllifin həssas bir ideyasının daşıyıcısıdır. Eksponat “bəzən dünyalarımız bir-birinə əks qütblərdə görünsə də, mən həyatımda yalnız səninlə mükəmməl tarazlıqdayam” söyləyir.
Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən “Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə heykəltəraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Oskar mükafatına layiq görülmüş aktyor Entoni Kuinn və geyim dizayneri, aktrisa İolanda Addolorinin ailəsində doğulan Lorenso Nyu-Yorkda İncəsənət Akademiyasında təhsil alıb, rəssam olmağı planlaşdırsa da, enerjisini və orijinal ideyalarını daha yaxşı ifadə etmək üçün taleyini heykəltəraşlıqla bağlamaq qərarına gəlir. Lorenso Kuinn aktyor kimi də tanınaraq filmlərdə rol alıb.
“Hisslərin yaradıcısı”, “emosiyaların rəssamı” kimi tanınan Lorenso son dövrlərdə ən çox tələb olunan heykəltəraşlardan biridir. Lorenso Kuinnin əsərləri dünyaya sülh, harmoniya, “yaratmaq və ya məhv etmək yalnız öz seçimimizdən asılıdır” kimi ismarıcları çatdırır. Əsərləri insan təbiətinin müsbət və mənfi cəhətlərinin tarazlığını nümayiş etdirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!