Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                        Zelenski Trampın nümayəndəsi ilə görüşdü .....                        Şəhidlərə hörmətsizlik edən əcnəbilər HƏBS OLUNDU .....                        Bakının bu hissəsində nəqliyyatın hərəkəti 10 gün dayandırılır .....                       
6-01-2024, 12:06
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
6-01-2024, 11:26
Xankəndidə xeyli sayda silah-sursat tapıldı


Xankəndidə xeyli sayda silah-sursat tapıldı

Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə DİN məlumat yayıb.
Xəbərə görə, şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkarlanıb.
6-01-2024, 10:57
Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi


Daha bir azyaşlı qızılcadan dünyasını dəyişdi

Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb.
Yanvarın 5-dən 6-a keçən gecə rayonun Sarıca kənd sakini, 2017-ci il təvəllüdlü Y. M. müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyşib.
Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.
6-01-2024, 10:28
Borel Livanda səfərdədir


Borel Livanda səfərdədir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel Livandadır.
O, səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Əsas müzakirə mövzusunun Yaxın Şərqdəki mövcud vəziyyət olacağı gözlənilir.
Görüşlərdə münaqişənin genişlənmə ehtimalı da nəzərdən keçiriləcək.
6-01-2024, 09:30
Rusiyada Ebeko vulkanı püskürdü


Rusiyada Ebeko vulkanı püskürdü

Rusiyadakı Ebeko vulkanı püskürüb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Vulkan 2 km hündürlüyə kül atıb. Şleyf vulkandan 5 km cənub-şərqə qədər uzanıb. Nəticədə Severo-Kurilsk küllə örtülüb. Vulkanologiya və Seysmologiya İnstitutu narıncı aviasiya rəng kodunu açıqlayıb. Vulkanik fəaliyyət yerli hava nəqliyyatı üçün təhlükə yaradır.
Ebeko vulkanı Vernadski silsiləsinin şimal hissəsində, Severo-Kurilskdən 7 km məsafədə yerləşir. Onun hündürlüyü 1156 m-dir. 2016-cı ildən müntəzəm emissiyalar davam edir. Rekord göstərici 2018-ci ildə tüstü sütununun 6 km hündürlüyə qalxması ilə qeydə alınıb.
5-01-2024, 18:41
Paşinyan qubernatoru istefaya göndərdi


Paşinyan qubernatoru istefaya göndərdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinin rəhbərini vəzifəsindən azad edib.
Bu barədə o sərəncam imzalayıb.
Qərara əsasən, Armavir mərzinin qubernatoru Eduard Ovannisyan istefaya göndərilib.
5-01-2024, 18:31
Şəhid Həsən bu gün Gəncədə dəfn olundu


Şəhid Həsən bu gün Gəncədə dəfn olundu

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.
Dəfn mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.
Dəfn mərasimində ürəkdağlayan anlar yaşanıb.
Qeyd edək ki, qəzada həlak olan hərbçiyə şəhid statusu veriləcək.

5-01-2024, 18:12
“Qarabağ”dan son 25 ilin rekordu


“Qarabağ”dan son 25 ilin rekordu

Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox – 88 qol vurub.
Bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.
Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.
1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.
Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.
“Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.
Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.
Bir təqvim ilində 75 və daha çox qol vuranlar:

1. “Neftçi” – 104 (1992)

2. “Xəzər” (Sumqayıt) – 100 (1992)

3. “Kəpəz” – 91 (1998)

4. “Kəpəz” – 88 (1995)

5. “Qarabağ” – 88 (2023)

6. “Qarabağ” – 87 (2022)

7. “Neftçi” – 78 (1996)

8. “Kəpəz” – 76 (1992)
5-01-2024, 17:49
Rəqəmsal bacarıqlar hələlik layihə formasında tətbiq olunur - Nazir


Rəqəmsal bacarıqlar hələlik layihə formasında tətbiq olunur - Nazir

Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlaşmaq mümkün deyil.
Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:
"Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur".
Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.
Emin Əmrullayev bildirib ki, hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O vurğulayıb ki, həm rəqəmsal bacarıqlar, həm də STEM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.
5-01-2024, 17:45
Kadırovdan ABŞ-a yeni təklif


Kadırovdan ABŞ-a yeni təklif

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a 20 ukraynalı məhbusun təhvil verilməsi müqabilində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib.
O, məhbusların siyahısını bir gün əvvəl Qroznıya gələn amerikalı keçmiş kəşfiyyatçı Skott Ritterə verib.
“Qonağımıza maraqlı təklifimiz var. Donetskdə, Luqanskda aparılan əsirlərimiz var. Siyahını qonağımıza verirəm... Anamdan, qızlarımdan və günahsız insanlardan sanksiyanı götürsələr, o zaman bu insanları təhvil verəcəyik”, - deyə Kadırov bildirib.
Ramzan Kadırov əlavə edib ki, saxlanılanlarla yaxşı rəftar edilib və əslində onların günahı yoxdur, onun ailə üzvləri isə heç vaxt siyasətdə iştirak etməyiblər.
Bundan əvvəl Ramzan Kadırov amerikalı keçmiş kəşfiyyatçı Skot Ritterin başçılıq etdiyi nümayəndə heyətinin Qroznıya gəldiyini yazıb. Çeçenistan rəhbərinin sözlərinə görə, o, xüsusi təyinatlılar universitetinə baş çəkib və respublika parlamentinin sədri ilə görüşüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!