Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb .....                        Cəlilabadda dağlıq ərazidə yanğın məhdudlaşdırıldı - YENİLƏNİB .....                        Polisdən sürücülərə daha bir müraciət .....                        Ukrayna bu sazişdən çıxdı .....                        İranla Rusiya arasında əlaqələr pisləşib .....                        Nüşabə səni təbrik edirik! .....                        Zelenski Trampla danışıqlar apardı .....                        Makron Bakı və İrəvana dəstək ifadə etdi .....                        ABŞ-nin Zəngəzur dəhlizi təklifinə Ermənistandan reaksiya .....                       
20-09-2022, 18:45
Dövlət agentliyinə 9.5 milyon manat ayrıldı


Dövlət agentliyinə 9.5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,5 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:42
İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladı


İlham Əliyev Zabux və Sus kəndləri ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad edilmiş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800 min manat ayrılıb. Xatırladaq ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi Laçın şəhərinə 2022-ci il avqustun 26-da daxil olub, Zabux və Sus kəndləri nəzarətə götürülüb.
20-09-2022, 18:41
Prezident Şükürbəyli kəndinin tikintisinə pul ayırdı


Prezident Şükürbəyli kəndinin tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
20-09-2022, 18:38
Ermənistana verilən meyitlər Paşinyanın siyahısına daxildir?


Ermənistana verilən meyitlər Paşinyanın siyahısına daxildir?

Sentyabrın 20-də Azərbaycan tərəfi daha 95 erməni hərbçinin meyitini İrəvana təhvil verib. Xatırladaq ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyası sentyabrın 17-də daha 32 hərbçinin meyitini qarşı tərəfə qaytarmışdı. Beləliklə, 12-13 sentyabrda baş vermiş sərhəd döyüşlərindən sonra Azərbaycan Ermənistana 127 meyit təhvil verib. Bəs geri qaytarılan meyitlər Ermənistan baş naziri Nikol Paşinyanın dünən açıqladığı ölən və itkin düşənlərlə bağlı ümumi saya daxildirmi? Butov.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Nyus.am”ın bununla bağlı sualına “bəli” deyə cavab verib. Ermənistan Təhlükəsizlik Şurasının dünənki məlumatına görə, işğalçı ölkədən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb, 293 hərbçi və 3 mülki şəxs yaralanıb, 20 nəfərin əsir düşdüyü bildirilib. Qeyd edək ki, sonuncu döyüşlərdə Azərbaycan tərəfdən 80 hərbçi şəhid olub, 281 nəfər yaralanıb.
20-09-2022, 18:36
Hacıqabul gölü bərpa ediləcək


Hacıqabul gölü bərpa ediləcək

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək. Bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib. Bu gün komitənin iclası keçirilib və payız sessiyası üzrə iş planına bir sıra dinləmə və müzakirələrin təşkili daxil edilib. Bunlar aşağıdakılardır:
- Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin təşkili;
- Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi;
- Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi;
- İçməli və suvarma su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələrin təşkili;
- “Yaşıl enerji zonasının yaradılması və yaşıl enerji məkanı prinsiplərinə əsalnan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə bağı müzakirələr və s. məsələlər daxildir.
20-09-2022, 18:33
Putin Azərbaycan və Ermənistana çağırış etdi


Putin Azərbaycan və Ermənistana çağırış etdi

Rusiya üçün yaxın dövlətlər arasında hər hansı münaqişənin olması ciddi narahatlıq doğurur. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşmasına dəstək vermək istəyir. "Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq. Rusiyanın vasitəsi ilə ikitərəfli komissiya çərçivəsində birgə işlər görülür", - deyə Rusiya Prezidenti vurğulayıb.
20-09-2022, 18:31
Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdi


Azərbaycan daha 95 erməni hərbçinin meyitini İrəvana verdi

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqadar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib. Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Dövlət Komissiyası bildirib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək. Qeyd edək ki, Azərbaycan tərəfi ötən həftə 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil vermişdi.
20-09-2022, 18:29
Sabaha 35 dərəcə isti, yağış gözlənilir


Sabaha 35 dərəcə isti, yağış gözlənilir

Azərbaycanda sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti, Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.


20-09-2022, 18:27
Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır - Lavrov


Rusiya Xəzər regionunda sülh olmasında maraqlıdır - Lavrov

Rusiya Xəzər regionunda sülhün və sabitliyin qorunmasında maraqlıdır, beş sahilyanı dövlət çərçivəsində mehriban qonşuluq əsasında əməkdaşlığın inkişafının tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Rusiya üçün həyati maraqlar Xəzər regionunda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması, onun mehriban qonşuluq, sahilyanı dövlətlərin etimadı və əməkdaşlığı əsasında davamlı inkişafı, Xəzər dənizinin iqtisadi, o cümlədən tranzit potensialının reallaşdırılmasıdır”, - deyə Lavrovun “International Affairs” jurnalının saytında Xəzər regionunda əməkdaşlığa dair məqaləsində bildirilib. "Bu məqsədlə Rusiya "Beşlik" çərçivəsində çoxşaxəli sistemli əməkdaşlığın hərtərəfli inkişafının, bu prosesin tədricən institusionallaşdırılmasının tərəfdarıdır. Biz regiondakı qonşularımızla bütün sahələrdə əlaqələri genişləndirmək üçün fəal işləyirik", - Lavrov vurğulayıb. Nazir əlavə edib ki, bütün Xəzər məsələləri regiondankənar qüvvələrin mənfi təsirindən qaçaraq, yalnız beş sahilyanı dövlət tərəfindən konsensus əsasında həll edilməlidir. Eyni zamanda o qeyd edib ki, Rusiyadan əlavə İran, Qazaxıstan, Azərbaycan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” xarici aləmdən, ilk növbədə, iqtisadi sahədə hasar almaq fikrində deyil.
20-09-2022, 18:24
Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək


Milli Məclis beynəlxalq sazişi təsdiqləyəcək

Milli Məclis Azərbaycanla İCESCO arasında sazişi təsdiqləyəcək. Bununla bağlı sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Toplantıda deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İCESCO arasında İCESCO-nun Regional Ofisinin yerləşməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə edəcəklər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!