İsrailin silah zavodu yandırıldı .....                        Ermənistan bu halda Azərbaycanla yeni müharibəyə başlaya bilər - Nazir .....                        İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri. .....                        Küçədə namaz qadağan edildi .....                        “Bəsic”in kəşfiyyat rəisi öldürüldü .....                        ABŞ-İsrail kolasiyası İranda müharibə başlatdı - Qalib Rusiya oldu .....                        Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                       
24-12-2025, 17:29
Dövlət başçısı: Sülh müqaviləsinin müəllifi bizik


Dövlət başçısı: Sülh müqaviləsinin müəllifi bizik

Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik.
Bu fikirləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə səsləndirib.
Dövlətimizin başçısı vurğulayıb: “Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.
24-12-2025, 17:07
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB


Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinə köçən sakinlərlə görüşüblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat veribi.
Bildirilib ki, ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Burada 60 bina inşa edilib. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla ümumilikdə 1268 mənzil var. Dekabrda buraya 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək.
Binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb.
Qeyd edək ki, dövlətimizin başçısı bu kompleksin təməlini 2023-cü ildə qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin fevralında kompleksdə görülən tikinti işlərinin gedişi ilə tanış olublar.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında əsas prinsip müasir standartlara uyğun məntəqələrin qurulması ilə keçmiş məcburi köçkünlərin rahat yaşayışını təmin etməkdən ibarətdir. Bununla yanaşı, sosial infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzində saxlanılır. İşğaldan azad edilmiş ərazilərimizdə müasir məktəblər, uşaq bağçaları, tibb müəssisələri tikilir, məşğulluğun təmin olunması üçün sənaye parkları, müxtəlif istehsal müəssisələri, xidmət sahələri yaradılır. Bütün bu tədbirlər Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və bölgənin sürətli inkişafına xidmət edir.





24-12-2025, 16:27
Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi


Ərdoğan Türkiyənin düşmənlərinə xəbərdarlıq etdi

Hər kəsə bildirin ki, keçmişdə olduğu kimi, bu gün də sülh və əmin-amanlığın tərəfindəyik. Amma bu, ədalətsizliyə göz yumacağımız və ya zülm qarşısında susacağımız mənasına gəlmir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən deyib.
"İstər Şərqi Aralıq dənizində, istər Egey dənizində, istərsə də başqa bir yerdə olsun, nə heç kimin haqqını tapdalamarıq, nə də haqqımızın tapdalanmasına icazə verəcəyik".
O qeyd edib ki, ölkəsi terror bəlasından qurtulmaq üzrədir.
"Biz siyasi mənfəət güdmürük. Türkiyənin qarşısında açılan fürsət pəncərəsini tam şəkildə istifadə etməyə və ölkəmizi terror bəlasından əbədi olaraq qurtarmağa çalışırıq".
24-12-2025, 16:22
Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub


Şəhidlər xiyabanında nalayiq videolar çəkən ərəblərə hökm oxunub

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşlarının - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad - cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Səbail Rayon Məhkəməsində təqsirləndirlən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Alzaman Mahdi Ali 2 il, Alghabr Mohammad Hussain 2 il, Alghabr Mahdi Mohammad 2 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il avqustun 17-də Azərbaycana 5 günlük turist kimi gələn 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
24-12-2025, 16:18
Yaponiyada 126 ilin doğum antirekordu


Yaponiyada 126 ilin doğum antirekordu

Bu ilin yekunlarına əsasən, Yaponiyada doğum nisbətinin 1899-cu ildən bəri ən aşağı həddə olacağı gözlənilir.
Bu barədə "Asahi" qəzeti statistik məlumatlara əsaslanaraq yazıb.
Qəzetin proqnozuna görə, 2025-ci ildə doğum sayı 667.500 olacaq, 2024-cü ildə isə bu rəqəm 686.100 idi. Bu proqnoza yalnız Yaponiya vətəndaşlarından doğulan uşaqlar daxildir.
Demoqrafik vəziyyət Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun əvvəllər proqnozlaşdırdığından xeyli pisləşib. Məsələn, 2023-cü ildə 2025-ci il üçün verilən orta proqnoz 749.000 doğum olub. "Asahi" qəzetinin istinad etdiyi qiymətləndirmə, hətta 681.000 uşağın doğulacağını proqnozlaşdıran ən pis ssenaridən də xeyli aşağıdır. Əhali İnstitutunun orta proqnozuna görə, ildə 666.000 doğum nisbəti yalnız 2041-ci ilə qədər gözlənilirdi.
Son illərdə ölkədə rekord dərəcədə aşağı doğum nisbətləri yaşanıb və cəmiyyətin qocalması müşahidə olunub. Bu, əmək qabiliyyətli əhalinin azalmasına və işçi qüvvəsinin çatışmazlığına səbəb olur.
24-12-2025, 16:05
Ərdoğan İlham Əliyevə zəng etdi


Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
24-12-2025, 15:50
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ


Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
24-12-2025, 15:37
İsrail Prezidenti İlham Əliyevə zəng etdi


İsrail Prezidenti İlham Əliyevə zəng etdi

Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
24-12-2025, 15:31
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun[b][/b]

Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.
24-12-2025, 15:25
Müsəddiq müəllimin medalı


Müsəddiq müəllimin medalı

Medianın İnkişafı Agentliyindən zəng vurub bildirdilər ki, “Bütöv Azərbaycan” qəzetinin 1 medal limiti var, kimə verirsinizsə sənədlərini agentliyə göndərin. Təşəkkür edərək redaktorumuz İlham Məmmədlinin sənədlərini agentliyə göndərdim. Sürpriz olsun deyə özünə bildirmədim. Aradan xeyli müddət keçəndən sonra- dekabrın 22- də agentlikdən yenə zəng gəldi. Bu dəfə dedilər ki, Tamxil müəllim, siz “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunmusunuz, sabah saat 10-12 arası gəlin, medalınızı götürün. Sağolun, deyib söhbəti bitirdim.
Çox pərt olmuşdum. Mən təltif üçün İlhamın adını vermişdim, bunlar təltifə məni dəvət edirlər, deyə 40 ildir əqidədaşım olan İlhamın üzünə necə baxacağımı düşünüb xəcalət çəkir, getmək istəmirdim.
Dekabrın 23-ü saat 11: 04-də yenə zəng gəldi:
“Müəllim, siz gəlmirsiniz?!”
-Gəlirəm,- deyib yola çıxdım. Yolda mətbuata bağlandığım 50 il kino lenti kimi gözlərimin qabağından keçdi.
İlk yazım “Azərbaycan gəncləri” qəzetində çap olunanda mənim 17, mətbuatımızın 100 yaşı vardı. Mən Jurnalistika fakültəsinə qəbul olununca Milli mətbuatımız 10 il qocalmış, yesir balası isə 10 illik əzablı yoldan keçmişdi. Bu məqamda bütün müəllimlərimi ehtiram, sevgi və sayğıyla xatırlayaraq dördünün adını çəkəcəm:
*Mərhum professorumuz Famil Mehdi yeganə müəllimim idi ki, qəbul imtahanlarında məruz qaldığım haqsızlığın şahidi olduğunu etiraf etmişdi.
*Professor Qulu Xəlilli yeganə müəllimim idi ki, partiya iclasında məsələm müzakirə olunanda, əsl simasını məndən başqa tanıyan olmadığını güman etdiyim, mələkdonlunun ironiyasına cavab verdi. Dedi:- müəllim, bu tələbə sizin kimi vicdanını itirməyib, partbiletini itirib. Onu da ya tapacaq, ya da təzəsini alacaq...
*Nəriman Zeynallı yeganə müəllimim idi ki, səhər-səhər dərsinə gəldiyim vaxt universitetin girəcəyində qara çərçivəyə salınmış portretini görüb hönkürmüşəm və o gün tələbə yaddaşımda bir yara açılıb.
*Müsəddiq müəllimim haqqında ayrıca söhbət açmaq istəyirəm. Fədailərdən idi. Bizə Əski əlifba öyrədirdi. Hərdən üstü örtülü Pişəvəri hökümətindən söz salırdı. Hiss olunurdu ki, milli düşüncəmizi oyatmaq istəyir. Bu o vaxtlarlar idi ki, uşaqlarımız hələ sovetin qardaşlıq laylaları ilə uyudulurdu, həm də qrup yoldaşlarımızın əksəriyyəti 16-17 yaşını təzəcə tamamlamışdı. Ona görə də belə hisslər çox uzaqdaydı. Müsəddiq müəllim dərsdə o vaxtlar Güney Azərbaycanda gözünün qabağında cərəyan edən faciələrin birindən söz açanda duyğulandı. Gözləri yaşaranda uşaqlar müəllim ağlayır,- deyib gülüşdülər. Müsəddiq müəllim heç nə demədi, göz yaşı içində auditoriyanı tərk elədi. Bir daha qayıtmadı...
...Medianın İnkişafı Agentliyinə çatanda o günlərin xəyalından ayıldım. Mənə iki medal verdilər. Vəsiqələrə baxdım ki, biri mənim digəri İlhamındır. Düzü sevindim. Medala görə yox, İlhamla bizi ayırmadıqlarına görə sevindim. Sevincimi bölüşmək üçün İlhamın dərs dediyi Bakı Qızlar Universitetinə üz tutdum. Onun medalını tələbələrinin qarşısında özünə verdim. Mətbuatdakı 50 illik fəaliyyətimə verilən medalı isə parçalanmış Azərbaycanımızın yaralarının ağrısını bizə hiss etdirən Müsəddiq müəllimin göz yaşlarına ithaf etdim.

Müəllimlərimizə ehtiramla:
Tamxil ZİYƏDDİNOĞLU
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!