Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
5-09-2025, 14:47
Balayan Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulduğunu etiraf etdi


Balayan Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulduğunu etiraf etdi

Sentyabrın 5-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər səsləndirilib.
Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib, bu müddətdə ona “AKS-74” avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxsdir - red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.
2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı” tərəfindən məcburi şəkildə "silahlı qüvvələr"in tərkibində "xidmət"ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Xidmət etdiyi batalyonun adı “Alaşa” olub.
L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. Həmin vaxtdan “Artsakhbank” (Ermənistan bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
5-09-2025, 14:32
Putin Trampı Moskvada gözləyir


Putin Trampı Moskvada gözləyir

Rusiya keçən ay Amerikanın Alyaska ştatında Tramp-Putin görüşündən sonra baş tutan görüşdə razılaşdırıldığı kimi, ABŞ prezidentinin Moskvaya cavab səfərini gözləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Zaxarova onu da qeyd edib ki, o, məsələn, Trampın Rusiyaya nə vaxt səfər edəcəyini deyə bilməz, çünki bu, artıq Prezident administrasiyasına məlumdur.
Rusiyalı politoloq Vladimir Vasilyev “Vestnik Kavkaza”ya müsahibəsində qeyd edib ki, ABŞ hazırda Rusiya ilə münasibətlərə yenidən baxır və bu, prezident Trampın Rusiyaya səfər edib-etməməsinə birbaşa təsir edəcək.
"Hazırda belə bir fikir güclənir ki, Vladimir Putin Ankoricdə Donald Trampdan daha hiyləgər ola bilib. Vaşinqton indi bu vəziyyətə görə, Moskva ilə bağlı vəziyyətin kontekstinə yeni tərəfdən baxmağa başlayıb. Amerika tərəfi ümid edirdi ki, iki liderin görüşünü ən yüksək səviyyədə təşkil etməklə, Rusiya prezidentinə "təsir göstərə" bilər”, - Vasilyev qeyd edib.
Ekspert Putinin Çin prezidenti və ya Hindistanın baş naziri ilə Şanxaydakı görüşlərini nəzərdən keçirməyə çağırır.
Əslində, Moskva ABŞ-ın təzyiq göstərməyə çalışdığı ölkələrlə əməkdaşlığı gücləndirdiyini açıq şəkildə bildirir. Bu, ABŞ-ın “Rusiya siyasəti” baxımından uğursuzluq sayıla bilər. Xüsusilə Tramp administrasiyası hələ də “Ukrayna məsələsini” mümkün qədər tez bağlaya bilmədiyi üçün.
Ekspertin fikrincə, ABŞ çox istərdi ki, Ukrayna məsələsi tez bağlansın ki, onlar Vaşinqtonda Donald Tramp və Çin prezidenti Si Cinpin arasında Amerikanın maraqları üçün həqiqətən də strateji hesab edilən görüşə hazırlığa başlaya bilsinlər. Lakin Putin Çin lideri ilə daha əvvəl görüşüb və deyəsən, ABŞ prezidentini qabaqlayıb. Politoloqun fikrincə, Rusiya özünü istənilən ssenarinin inkişafı, o cümlədən ABŞ-ın ona qarşı tətbiq edə biləcəyi yeni sanksiyalardan sığortalamağa çalışır.
Ekspert deyir ki, istənilən halda Tramp Rusiyaya səfər edib başlayan dialoqu davam etdirməlidir, başqa viraiant yoxdur.
5-09-2025, 13:59
Xocalı Soyqırımı Memorial Kompleksi qurulur


Xocalı Soyqırımı Memorial Kompleksi qurulur

Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması üzrə işlər davam edir. Memorial kompleksin təməli 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub.
Dövlətimizin başçısının sərəncamına uyğun olaraq, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması Mədəniyyət Nazirliyinə tapşırılıb. Hazırda ərazidə kompleksin tikinti işləri aparılır. Layihə üzrə dəmir-beton və dam örtüyü işləri artıq başa çatıb. Yaxın müddətdə daxili tərtibat prosesinə start veriləcək.
Xocalı Soyqırımı Memorial Kompleksinin kontenti Heydər Əliyev Fondunun hazırladığı dizayn konsepsiya əsasında qurulacaq. Heydər Əliyev Fondu tərəfindən yaradılacaq ekspozisiyada Xocalının tarixinə, 1992-ci ildəki qətliamdan əvvəl Xocalıdakı həyata, Xocalı soyqırımına dair faktlar yer alacaq. Burada, həmçinin faciə qurbanları ilə bağlı məlumatlar, fondun "Xocalıya ədalət!" kampaniyası çərçivəsində faciənin dünyaya tanıdılması üzrə görülmüş işlər və s. əks olunacaq.
4-09-2025, 19:43
Aytacın atasının narazılığına Baş Prokurorluqdan cavab


Aytacın atasının narazılığına Baş Prokurorluqdan cavab

Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.
Qeyd olunan fakt həmin vaxt orada olmuş zərər çəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.
Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.
Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin.
4-09-2025, 19:18
Görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib - ZELENSKİ


Görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib - ZELENSKİ

Putin görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edir.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
“Amerikalı tərəfdaşlarımız deyiblər ki, Putin məni Moskvaya dəvət edib. Məncə görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib. Hazırda Rusiya tərəfdən müharibəni dayandırmaq üçün hər hansı bir istək görmürük”, - Zelenski bildirib.
4-09-2025, 18:26
26 ölkə Ukrayna üçün hazırdır


26 ölkə Ukrayna üçün hazırdır

Atəşkəsdən sonra 26 ölkə havada, quruda və ya dənizdə Ukrayna üçün təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə razılaşıb.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Yaxın günlərdə təhlükəsizlik zəmanətləri çərçivəsində Amerikanın dəstəyi məsələsini yekunlaşdıracağıq”, - Emmanuel Makron bildirib. ““İstəklilər koalisiyasının” həm Avropada, həm də Asiyada, Sakit Okean regionundan bütün üzvləri, xüsusilə kanadalılar məsuliyyəti öz üzərinə götürəcək”.
4-09-2025, 17:42
Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşdü


Zakir Həsənov Vyetnamın Baş naziri ilə görüşdü

Vyetnamda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov həmin ölkənin baş naziri Pham Minh Chinh ilə görüşüb.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycanla Vyetnam arasında müdafiə sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Z.Həsənov, həmçinin vyetnamlı həmkarı general Phan Van Giang ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycan müdafiə naziri “Xatirə dəftəri”nə ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanaraq bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Sonda hər iki ölkənin müdafiə nazirləri tərəfindən hərbi təlim sahəsində əməkdaşlıq üzrə “Niyyət məktubu” imzalanıb.





4-09-2025, 17:30
Azərbaycanda Çin maşınlarının sayı kəskin artıb - ən çox yayılan MODELLƏR


Azərbaycanda Çin maşınlarının sayı kəskin artıb - ən çox yayılan MODELLƏR

Son illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı sürətlə artmaqdadır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2022–2024-cü illər ərzində bu markaların ölkə bazarındakı payı nəzərəçarpacaq dərəcədə genişlənib.
2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda ümumilikdə 26 min 400-dən çox Çin istehsalı minik avtomobili qeydiyyata alınıb.
Ən çox yayılmış modellər sırasında "Changan" (8 950 ədəd), BYD (4 083) və "Chery" (3 095) öndə gedir. Bundan başqa, "Geely" (2 482), "Haval" (2 655), "Baic" (1 842) və FAW (1 114) kimi markaların da sayı minlərlə ölçülür. Nisbətən az paya malik modellər isə "Dong Feng" (557), "Great Wall" (885), GAC (549) və JAC (258) olub.
"Changan" sayı son illərin ən sürətlə artan markadır. 2022-ci ildə bir neçə min olan bu avtomobillərin sayı 2024-cü ildə 8 950-yə çatıb.
Elektrik və hibrid seqmentində tanınan BYD 2022-ci ildə 929 ədəd olduğu halda, 2024-də 4 083-ə yüksəlib.
Azərbaycanda Çin avtomobillərinin ümumi avtomobil parkındakı payı 2022-ci ildə 1,1%, 2023-cü ildə 1,37%, 2024-cü ildə isə 1,67% olub.
Ümumilikdə, 2022–2024-cü illərdə Azərbaycanda Çin istehsalı avtomobillərin sayı dəfələrlə artıb. Ənənəvi olaraq Koreya, Yaponiya və Avropa istehsalı avtomobillərin üstünlük təşkil etdiyi yerli bazarda artıq Çin markalarının da mövqeyi möhkəmlənməkdədir.
Qlobal tendensiyalar da bu artımı dəstəkləyir. Çin şirkətləri son illərdə xüsusilə elektrik və hibrid avtomobillərin istehsalında dünya liderinə çevrilib və ixrac bazarlarında mövqelərini gücləndiriblər. Ekspertlərin fikrincə, yaxın illərdə Azərbaycanın avtomobil parkında Çin markalarının payı daha da artacaq.
Mütəxəssislərin fikrincə, Azərbaycanda Çin avtomobillərinə artan marağın bir neçə əsas səbəbi var. İlk növbədə, bu markaların qiymət baxımından daha əlçatan olması alıcıları cəlb edir. Bundan başqa, elektrik və hibrid modellərin çeşidinin genişliyi müasir tendensiyalara uyğun seçim imkanı yaradır. Çin şirkətləri həm də avadanlıq və texnologiya baxımından zəngin komplektasiya təklif edir ki, bu da alıcıların marağını artırır.
4-09-2025, 17:22
Məşhur geyim dizayneri Armani öldü


Məşhur geyim dizayneri Armani öldü

Məşhur “Armani” şirkətini yaradan italyan modelyer və sahibkar Corco Armani 91 yaşında vəfat edib.
Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Corco Armani 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlayıb. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilib. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə edib.
Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olub. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşib.
4-09-2025, 16:48
Peşə məktəblərinə qəbulun nəticələri AÇIQLANDI


Peşə məktəblərinə qəbulun nəticələri AÇIQLANDI

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!