Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
4-02-2023, 18:49
Niderlanddakı diasporumuz Beynəlxalq Ədalət məhkəməsində


Niderlanddakı diasporumuz Beynəlxalq Ədalət məhkəməsində

Niderlandın Haaqa şəhərində yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı hüquqi təqib təşəbbüsləri üzrə ictimai dinləmələr keçirilib. Coan Donoqyunun hakimliyi ilə iki gün davam edən dinləmələr zamanı Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ölkəmizin haqlı mövqeyini dəstəkləmək üçün Haaqa Ədalət Sarayının qarşısına toplaşıblar. Diaspor fəalları “Harada yaşamağımızdan asılı olmayaraq, biz həmişə Azərbaycan dövlətinin yanındayıq!”, Biz çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan Ermənistan silahlı qüvvələrinin qanun qarşısında məsuliyyətə cəlb olunmasını tələb edirik!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətini dayandırın!”, “Azərbaycan ərazilərində törədilən ekoloji terroru dayandırın!”, “Ermənistanın ekoterroruna son qoyulsun!”, “Azərbaycanlı ekoloqlara yol verin!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin talanmasına son qoyulsun!”, “Azərbaycanın təbii sərvətləri Azərbaycana məxsusdur!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər. Diqqəti erməni təcavüzünə yönəldən diaspor fəalları hakimləri ədalətli olmağa dəvət edib, eyni zamanda Laçın-Xankəndi yolunda Azərbaycanın təbii sərvətlərinin erməni separatçıları və Ermənistan tərəfindən qeyri-qanuni istismar olunmasına etiraz məqsədilə fasiləsiz dinc aksiya keçirən azərbaycanlı ekofəallarla həmrəy olduqlarını göstəriblər. Dinlmələrdən sonra məhkəmədə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri diaspor fəallarımızla görüşüb və onlara təşəkkürünü bildirib.
4-02-2023, 18:23
Azərbaycan icmasından Avstraliya ictimaiyyətinə çağırış


Azərbaycan icmasından Avstraliya ictimaiyyətinə çağırış

Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb. Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə bildirilib ki, təcavüzkar imicə malik olan Ermənistan və erməni separatçıları bütün dünyanı aldatmaq məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışır, hətta idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmir. “Australian Open–2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”, - deyə müraciətdə vurğulanıb. Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi, Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib. Beynəlxalq hüquq normalarına məhəl qoymayan və havadarlarına arxalanan Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından azad etdiyi nəzərə çatdırılıb. “Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək, Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Beləki, müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”. Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian Open–2023”nın rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya sərt etirazlarını bildiriblər.
4-02-2023, 16:43
İlham Əliyev türk hökumətləriylə bağlanmış sazişi təsdiqlədi


İlham Əliyev türk hökumətləriylə bağlanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasındakı sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2022-ci il avqustun 14-də Türkmənbaşı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bu Fərmanla Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Türkmənistan Hökumətinə bildiriş göndərəcək.
4-02-2023, 16:38
Gürcüstandan Ukraynaya kəskin cavab


Gürcüstandan Ukraynaya kəskin cavab

Gürcüstanın hakim partiyasının (“Gürcü arzusu”) sədri İrakli Kobaxidze Ukrayna tərəfinin eks-prezident Mixail Saakaşvilini tələb edən son bəyanatlarına kəskin cavab verib. “Gürcü arzusu”nun lideri deyib: “Ukrayna hakimiyyətinin nümayəndələri nə isə danışmazdan əvvəl keçmiş günahlarından tövbə etməli, indiki cinayətlərini islah etməli və yalnız bundan sonra başqa işlərə keçməlidirlər”. İrakli Kobaxidze izah edib ki, Ukraynada vaxtilə “cinayətkar Saakaşvili və digərləri” üçün yaşamaq və işləmək imkanı yaradılıb. “Ukrayna və gürcü xalqları arasında tarixi dostluq münasibətlərimizə baxmayaraq, təəssüf ki, Ukrayna hakimiyyəti cinayətkar Saakaşvilini illərdir öz ölkəsində saxlayıb və hələ də orada onlarla tanınmış cinayətkar var. Onların arasında işgəncə və bu kimi cinayətlərdə iştirak edən şəxslər də var. Bu cinayətkarlar Gürcüstanda mühakimə olunmalarına baxmayaraq, hələ də Ukraynadadırlar. Üstəlik, bu cinayətkarların bəziləri Ukrayna hökumətində çox yüksək vəzifələr tutur və onlar Mixail Saakaşvilini bizə göndəriblər”, - deyə İrakli Kobaxidze bildirib. Ukrayna Xarici İşlər Nazirliyi bir müddət əvvəl Gürcüstan hakimiyyətini qeyri-insani rəftar iddiası ilə həbsdə olan keçmiş prezident Mixail Saakaşvilini dərhal Kiyevə təhvil verməyə çağırmışdı.
4-02-2023, 15:45
Sabahın havası - Dəyişkən buludlu, yağmursuz olacaq


Sabahın havası - Dəyişkən buludlu, yağmursuz olacaq

Fevralın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
4-02-2023, 15:42
Ukraynada hərbi vəziyyətin müddəti uzadılır


Ukraynada hərbi vəziyyətin müddəti uzadılır

Ukrayna Ali Radası tezliklə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən uzadacaq. Bu barədə deputat Yaroslav Jeleznyak Telegram-da bildirib. Onun sözlərinə görə, bu uzadılmalar 2023-cü il fevralın 19-dan sonra başlayacaq və çox güman ki, yenidən 90 gün davam edəcək. "Fərmanın təsdiqi ilə bağlı müvafiq iki qanunu yaxın vaxtlarda prezident təqdim edəcək. Bu, müharibə başlayandan bəri hərbi vəziyyətə dair 6-cı səsvermə olacaq”, - deyə deputat bildirib. Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra ölkədə hərbi vəziyyət tətbiq olunub. Eyni zamanda ümumi səfərbərlik elan edilib. Ölkədə hərbi vəziyyət sonuncu dəfə 19 fevral 2023-cü ilə qədər uzadılmışdı. Ukraynada hərbi vəziyyət dövründə 18-60 yaş arası hərbi xidmətə cəlb olunan kişilərin bəzi istisnalar olmaqla, ölkədən çıxışı qadağandır. Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hərəkət azadlığı da məhdudlaşdırılır. Komendant saatı tətbiq olunub.
4-02-2023, 15:38
Ermənistan-Rusiya münasibətləri gərginləşir


Ermənistan-Rusiya münasibətləri gərginləşir

Ermənistan-Rusiya münasibətləri yenidən gərginləşmə mərhələsinə qədəm qoyub. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Avropa İttifaqı (Aİ) müşahidəçilərinin Ermənistanda yerləşdirilməsi ilə bağlı narahatlığını bildirib. Rəsmi Moskva son iki həftədə ikinci dəfə bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) da Ermənistanda sülhməramlı missiya yerləşdirməyə hazırdır. Xarici işlər naziri Lavrov bu barədə əvvəlcə yanvarda keçirilən mətbuat konfransında, sonra isə dünən yerli mətbuata müsahibəsində danışıb. O bəyan edib ki, Rusiyanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi təklifi hələ də aktualdır, əgər rəsmi İrəvan hələ də maraqlıdırsa, o zaman missiya bir-iki gün ərzində yerləşdirilə bilər. "Bu plan çoxdan hazır idi, lakin erməni tərəfi bizi tələsdirmədi", - Lavrov deyib. Rəsmi İrəvan isə KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə ittiham edir. Paşinyan iqtidarı Azərbaycanla sərhəddə baş verən sentyabr döyüşləri zamanı Ermənistana hərbi dəstək tələb etmişdi. Son müsahibəsində Lavrov Ermənistan hakimiyyətinin arqumentinə cavab verib ki, KTMT-də vahid mövqe yoxdur. Yəni qurumun bütün üzvləri Ermənistana hərbi dəstək verilməsində maraqlı olmayıb. Nikol Paşinyan bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında bildirmişdi ki, İrəvan KTMT-nin 2023-cü ildəki hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Paşinyan əsas kimi Bakının Qərblə danışıqlarına istinad edib ki, “Azərbaycan həmin təlimləri təhdid kimi qəbul edir və qabaqlayıcı tədbirlər görür”. Moskva Ermənistan hökumətinin Qərbə meyillənməsindən narazıdır, Kreml bildirir ki, nə üçün İrəvan strateji tərəfdaşının qəzəbinə səbəb ola biləcək addım atıb Aİ müşahidəçilərini ölkəyə dəvət etmək yolunu seçdi... Qeyd edək ki, Lavrovun son açıqlamalarında gələcəkdə eskalasiyanın mümkünlüyü ilə bağlı eyhamlar da var idi. Keçmiş deputat, politoloq Arman Abovyan “Hraparak”a açıqlamasında Paşinyan hökumətini Rusiya ilə münasibətləri pisləşdirməkdə qınayıb: “Bəli, strateji tərəfdaşla - KTMT ilə bağlı həll olunmamış məsələlər var. Lakin onlar müzakirələr yolu ilə həll olunmalıdır. Tərəfdaşla danışmalısınız, amma kameralar qarşısında yox, bağlı qapılar arxasında”. Arman Abovyan bildirib ki, Paşinyan hakimiyyəti Qərblə Rusiya arasında qarşıdurmanı Ermənistan ərazisinə gətirib və bu fakt ölkə üçün ontoloji risklər ehtiva edir: “Bəs Aİ-nin müşahidəsi bizə nə verir? Aİ-nin baş diplomatı Jozef Borrel şəxsən Azərbaycana qarşı sanksiyaların tətbiq olunmayacağını elan edib. Azərbaycan Avropa ilə qaz müqavilələrini ayda bir dəfə yeniləyir. Belə çıxır ki, müşahidəçilər yalnız izləməyə gəlir”.
3-02-2023, 23:42
Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi


Rəisi zəlzələdən zərər çəkmiş azərbaycanlılarla bağlı tapşırıq verdi

İran prezidenti İbrahim Rəisi fevralın 3-də zəlzələdən zərər çəkmiş Xoy şəhərində əhalinin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan vilayətinin qubernatoru ilə telefon danışığı aparıb və yenidənqurma işlərinin sürətləndirilməsini istəyib. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Bildirilib ki, İran prezidenti telefon danışığı zamanı soyuq hava ilə əlaqədar müvəqqəti yerləşdirmə düşərgələrinin və sığınacaqların sayının artırılması və insanların ehtiyaclarının ödənilməsi barədə göstəriş verib. Qərbi Azərbaycan vilayətinin qubernatoru da öz növbəsində Rəisiyə son yardım vəziyyəti haqqında ətraflı hesabat təqdim edib. Onun sözlərinə görə, indiyədək Xoy şəhərində 60 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb və bu düşərgələrin sayı 100-ə çatdırılacaq. Son zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb. Xatırladaq ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələdən zərər çəkənlərin əsasən azərbaycanlılar olduğu bildirilir.
3-02-2023, 22:59
ABŞ-dan Gürcüstana 140 tonluq hərbi yardım


ABŞ-dan Gürcüstana 140 tonluq hərbi yardım

ABŞ Gürcüstana 140 ton hərbi yardım yollayıb. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi feysbuk səhifəsində məlumat verib. "Bu gün biz Gürcüstanın Müdafiə Nazirliyinə 140 ton təhlükəsizlik yardımı çatdırdıq. Birləşmiş Ştatlar Gürcüstanla strateji tərəfdaşlığa sadiq qalır və Gürcüstanı gücləndirməyə davam edəcək", - deyə səfirliyin paylaşımında qeyd olunub.
3-02-2023, 19:40
Əhməd müəllimin xeyir-duası


Əhməd müəllimin xeyir-duası

Kənd toya hazırlaşırdı. 10 gündən sonra Əhməd müəllimin oğlu Pənahın toyu olacaqdı. Əhməd müəllim kənddə elə adam idi ki, dilindən heç kəs bir acı söz eşitməmişdi. Onun oğlunun toyunda iştirak etməyi hər kəs səbrsizliklə gözləyirdi.
Əhməd müəllim səhər evdən çıxıb məktəbə gedəndə poçtalyonun verdiyi kağız onu məyus etdi. Oğlu Pənah hərbi təlimə çağrılmışdı.
Evə qayıtdı. Yoldaşı Sayalı xala Əhməd müəllimin belə tez qayıtmasının səbəbini soruşanda istədi ki, çağırışı gizlətsin, ancaq mümkün deyildi.
-Ay Sayalı Pənahı hərbi təlimə çağırıblar. Allah axırını xeyir eləsin. Ancaq necə edək, biz bu toy ərəfəsində bunu Pənaha necə deyək.
Sayalı xala kədərlənsə də çalışdı ki, büruzə verməsin. Pənah eşitməsin. Ancaq artıq gec idi. Pənah içəri otaqdan hər şeyi eşidirdi.
Otağa keçib anasının üzünə baxdı, dönüb atasına dedi: - Ata, çağırilmışam, gedib iştirak edəcəyəm. Burda nə var ki. Toy təxirə salına bilər, ancaq Vətən üçün çağırış təxirə salına bilməz. Kənddə belə bir ailədən bundan başqa hərəkət gözləmək olmazdı. Əhməd müəllim ailəsi ilə şagirdlərinə bir nümunə idi.
Pənah yaxınları və kənd camaatı ilə görüşüb hərbi təlimə yola düşdü. "N" saylı hərbi hissədə kəşfiyyatçı kimi döyüşlərə başladı. Onun döyüş yolu Füzulidən başlayaraq Zəngilana kimi davam etdi. Zəngilan uğrunda gedən döyüşlər zamanı düşmən gülləsi onun döyüş yoldaşı Tahiri ağır yaraladı. Güllə dolu kimi yaşır, Tahir isə yaralı halda açıq mövqedə qalıb. Pənah bir anda səngərdən çıxıb Tahiri qucağına alıb geri qayıtdı. Ancaq arxadan yağan güllələr onun da kürəyinə dəydi. Tahiri səngərə ata bilsə də özü səngərə çata bilmədi.
Pənahın Şəhidlik zirvəsinə yüksəldiyi vaxtdan iki il keçib. Kənddə bu iki il ərzində heç kəs toy etməyib. Heç kəsin Pənahdan sonra Əhməd müəllimin üzünə çıxıb toy edirəm deməyə üzü gəlmir. Qonşu kənddən Vaqifin oğlu Həzi kənddən Mustafa kişinin qızı Vəsiləni oğluna istəyib. Aralarında aparılan söhbət belə olub ki, toy olmadan qızı evdən sakitcə çıxarıb aparsınlar. Toy mərasimini oğlan evi öz kəndlərində etsin.
Mustafa kişi toy axşamı Əhməd müəllimin evinə gəlir. Əhməd müəllim evdə yoldaşı Sayalı xanım ilə oturub söhbət edirdilər. Mustafa kişinin gəlişini çox xoş qarşıladılar. Mustafa kişi astaca, utancaq səslə, Əhməd müəllim, qadan alım, səndən xeyir-dua alıb qızı sabah yola salmaq istəyirəm. Əhməd müəllim Mustafa kişini yola saldıqdan sonra üzünü Sayalı xanıma tutub deyir:
_Ay Sayalı, kənd camaatı bizim hörmətimizi ki, belə saxlayırlar gəl sabah biz də öz adımıza layiq hərəkət edək. Səhər açılan kimi Əhməd müəllimin gözü yolda idi ki, qonşu kənddən gələnlərdən xəbəri olsun. Və nəhayət toy adamlarının Mustafa kişi gilə getdiyini gördü. Toy maşınlarının belə sakit gəlib keçməsi müəllimi daha da sıxdı.
Sayalı xanımı da götürüb Mustafa kişinin qapısına getdi. Əhməd müəllim o vaxt çatdı ki, gəlin qapıdan çıxmaq üzrədi. Camaatla salamlaşıb keçdi Mustafa kişinin yanına. Dedi Ay Mustafa kişi indi sən icazə ver gəlini mən bir qədər gecikdirim. Hər kəs həyəcanla Əhməd müəllimə baxır ki, indi nə olacaq. Əhməd müəllim Vaqif kişidən xahiş etdi ki, bir maşın getsin və tez toyçuları gətirsin. Maşın getdi və yarım saat keçməmiş toyçular gəldilər. Əhməd müəllim üzünü xalqa tutub dedi:
- Mənim əziz xalqım, bilirsiniz ki, iki il öncə mən oğlum üçün toy etmək istəyirdim. Pənah getdi döyüşə və Şəhidlik zirvəsinə yüksəldi. Pənah bu zirvəyə yüksəldikdən sonra tək mənim yox hamınızın oğlunuz oldu. Bu kəndin hər bir gənci də Pənahın qardaş və bacılarıdır. O Vətən deyib yola düşdü ki, bu bacılarının namusunu qorusun, qardaşları sabahlarını xoş günlərə açsin. O, Şəhid oldu ki elindən, obasından toy səsi əskik olmasın. Çox sağ olun ki, mənim yolumu saxladınız. İndi isə mən sizdən xahiş edirəm ki, Pənahın yurdundan toy səsini əskik etməyin. Və üzünü zurnaçıya tutub uca səslə: çal Qəzənfər, bir el havası çal!
İki ildən sonra ilk dəfə zurna səsinə həsrət qalmış kənd yenidən toy libası geyindi. Əhməd müəllim yoldaşı Sayalı xanımla göz yaşı və kədərini xalqdan gizlədərək onlar üçün nə qədər ağır olsa da birlikdə qol qaldırıb oynadılar ki, Pənahın yurdundan sevinc əskik olmasın.

Polad POLADOV
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!