Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
2-02-2023, 20:07
İlham Əliyev Rumıniya Prezidentini qarşıladı


İlham Əliyev Rumıniya Prezidentini qarşıladı

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rumıniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Rumıniya Prezidentinə raport verdi. Prezident Klaus Yohannis Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Rumıniyanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Rumıniya Prezidentinə, Rumıniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.





2-02-2023, 20:01
Millimizin 2025-ci il Avropa çempionatındakı oyunlar təqvimi açıqlandı


Millimizin 2025-ci il Avropa çempionatındakı oyunlar təqvimi açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2025-ci il Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb. F qrupunda yer alan Samir Əliyevin baş məşqçi olduğu kollektiv ilk matçını bu il sentyabrın 23-də səfərdə Serbiyaya qarşı keçirəcək. Qrupdakı son görüş isə 2024-cü il oktyabrın 25-də səfərdə İngiltərə yığması ilə olacaq.

2023-cü il

12 sentyabr
Serbiya – Azərbaycan

12 oktyabr
Azərbaycan – Şimali İrlandiya

17 oktyabr
Azərbaycan – Lüksemburq

21 noyabr
Ukrayna – Azərbaycan



2024-cü il

22 mart
Azərbaycan – İngiltərə

26 mart
Azərbaycan – Ukrayna

6 sentyabr
Lüksemburq – Azərbaycan

12 sentyabr
Azərbaycan – Serbiya

10 oktyabr
Şimali İrlandiya – Azərbaycan

15 oktyabr
İngiltərə – Azərbaycan
2-02-2023, 19:55
Daha bir həmyerlimiz Ukraynada gedən müharibədə həlak oldu


Daha bir həmyerlimiz Ukraynada gedən müharibədə həlak oldu

Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub. 44 yaşlı Ağayev Vüqar Nizami oğlu Rusiya ordusunun tərkibində Luqanskda gedən döyüşlərdə həyatını itirib. Onun müharibəyə könüllü olaraq qoşulduğu bildirilib. V.Ağayev 1979-cu il yanvarın 1-də Voronej vilayətinin Nijniy İkorets kəndində anadan olub. O, Rusiyada “İgidliyə görə”, “Luqansk Xalq Respublikası”nın medalı və qeyri-dövlət “Qara Xaç” mükafatı ilə təltif edilib. Rusiya Prezidenti Vladimir Putin Ağayevi ölümündən sonra “Şücaət” ordeni ilə təltif edib.

2-02-2023, 19:49
Zelenski Avropa Komissiyasının prezidentiylə olan görüşündən yazdı


Zelenski Avropa Komissiyasının prezidentiylə olan görüşündən yazdı

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə görüşüb. Zelenski bu barədə facebook səhifəsində məlumat verib. "Ukraynada çox önəmli iki Avrointeqrasiya gününə başlayırıq. Kiyevdəki ortaq razılaşmalarımızın və qərarlarımızın bütün Avropanın güclənməsi mənasına gələcəyi vaxtlardan söhbət gedir", - deyə Zelenski yazıb.
2-02-2023, 19:26
Fransa konsulluğu İstanbuldakı fəaliyyətini dayandırdı


Fransa konsulluğu İstanbuldakı fəaliyyətini dayandırdı

Fransanın İstanbuldakı Baş Konsulluğu işləri dayandırıb. Bu, oxşar addım atan beşinci ölkədir. Türkiyənin daxili işlər naziri Süleyman Soylu cümə axşamı ABŞ-ın terror aktları təhlükəsi ilə bağlı bəyanatları fonunda bir sıra Avropa ölkələrinin İstanbuldakı konsulluqlarını bağlamasını ölkəyə qarşı “psixoloji müharibə” adlandırıb. "Fransanın İstanbuldakı Baş Konsulluğu 2 fevral və 3 fevral tarixlərində ictimaiyyət üçün bağlıdır. İnzibati məsələlərlə bağlı bizimlə elektron poçtla əlaqə saxlaya bilərsiniz", - konsulluq bəyan edib. Bundan əvvəl İsveç, Niderland, Böyük Britaniya və Almaniyanın İstanbuldakı baş konsulluqları şəhərin mərkəzində terror aktları təhlükəsi səbəbindən ziyarətçilərin qəbulunu dayandırdıqlarını bildirib. ABŞ səfirliyi bazar ertəsi öz vətəndaşlarına İstanbulun mərkəzində terror aktları təhlükəsi barədə xəbərdarlıq edib. Hədəflərin İstanbuldakı kilsələr, sinaqoqlar, diplomatik nümayəndəliklər və ya əcnəbilər arasında məşhur olan digər yerlər, xüsusən də İstanbulun Beyoğlu, Qalata, Taksim, İstiqlal küçəsi olduğu bildirilib.
2-02-2023, 19:23
Rumıniya prezidenti Azərbaycanda


Rumıniya prezidenti Azərbaycanda

Rumıniya Prezidenti Klaus Yohannis fevralın 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Rumıniyanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti Klaus Yohannisi hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
2-02-2023, 19:21
Hulusi Akar Zəngəzur dəhlizindən danışdı


Hulusi Akar Zəngəzur dəhlizindən danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizi haqqında danışıb. O, Qarsda keçirilən "Qış-2023" təlimlərinin son günündə çıxış edərkən bu mövzuya toxunub. "Zəngəzur dəhlizinin açılması hamıya faydalı olacaq. Dəhlizin açılması bölgədə stabilliyin və sülhün təmin olunmasına kömək edər", - deyə Akar söyləyib. Nazir, həmçinin Ukraynadakı müharibədən danışıb və Türkiyənin savaşın başa çatması üçün əlindən gələni etdiyini, böhranın qarşısını almağa çalışdığını qeyd edib: "Bu günə qədər taxıl dəhlizi vasitəsilə 19 milyon tondan artıq taxıl nəql olunub".
2-02-2023, 19:13
Kadırova “Xalqın atası” titulunun verilməsi təklif edildi


Kadırova “Xalqın atası” titulunun verilməsi təklif edildi

Çeçenistan parlamenti respublikanın konstitusiyasına dəyişiklik edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Qanun layihəsində Çeçenistanın başçısı Ramzan Kadırova “Xalqın atası” titulunun verilməsi təklif edilib. Qanun layihəsinin təşəbbüskarları 20 deputat, o cümlədən respublika parlamentinin sədri Maqomed Daudovdur. Ramzan Kadırov 2010-cu ildə “prezident” titulundan imtina etmiş və Rusiya subyektlərindəki həmkarlarını ondan nümunə götürməyə çağırmışdı.
2-02-2023, 17:02
İqtisadçı: “Nəqliyyatdakı bahalaşmanın maaşlarının artırılması ilə əlaqəsi yoxdur”


İqtisadçı: “Nəqliyyatdakı bahalaşmanın maaşlarının artırılması ilə əlaqəsi yoxdur”

Tarif (qiymət) Şurasının keçirdiyi iclasda daşıyıcı(kuryer) şirkətlərin müraciətinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib. İclasda olan müzakirədən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, şəhərdaxili marşrutlarda 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 km üçün 3 qəpik səviyyəsində müəyyən olunub. Əvvəl 1 manatla 3 dəfə gediş-gəliş mümkin idisə fevralın 3-dən artıq bu qeyri-mümkin olacaq. Qiymətlərin artımına əmək haqqlarının artımı səbəb ola bilərmi?
Başqa sahələrdə qiymət artımı nə ilə əlaqədərdir?
Bu barədə iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrəndik. O, nəqliyyat sektorunda qiymət artımının əmək haqlarının artımıyla birbaşa əlaqəsi olmadığını bildirib: “Hələ əmək və təqaüdlərin artımıyla bağlı heç bir məlumat olmadığı halda keçən ildən başlayaraq “Metropoliten” və “BakuBus” rəhbərliyi maya dəyərinin yüksək olması və xərclərin ödənilməməsi ilə bağlı mətbuata açıqlamalar veriblər. Amma təəssüf ki, bu günə qədər nə “Metropoliten”, nə də “BakuBus” rəhbərliyi maya dəyərinin necə hesablandığına dair ictimaiyyətə informasiya veriblər. Yəni ağıllarına gələn bir rəqəmi deyirlər və bunu əsaslandıra bilmirlər. Ya da ki, əsaslandırmaq istəmirlər. Buna əsaslanaraq da qiymətlərin artımını tələb edirlər. Tarif Şurası tələblərini yerinə yetirərkən belə, onlardan maya dəyərinin nəyə görə yüksək olduğu haqda heç nə soruşmur, yaxud xərclərin azaldılması ilə bağlı təkliflər vermir. Ona görə də idarəetmədəki problemlərin və qeyri-şəffaflığın fəsadlarını vətəndaşın çiyinlərinə yükləməklə 10 qəpik (33,3 faiz) qiymət artımı etdilər. Bu, ildə təqribən 200 milyon manatın vətəndaşlarıın cibindən çıxacaq əlavə pul deməkdir. Yəni ictimai nəqliyyatdakı 10 qəpik artıma görə vətəndaşların cibindən ildə əlavə 200 milyon manat pul çıxacaq. Bu, kifayət qədər ciddi bir rəqəmdir”.
Natiq Cəfərli digər sahələrdəki qiymət artımının səbəblərinin müxtəlif amillərlə əlaqəli olduğunu açıqlayıb: “Ərzaq qiymətlərinin yüksəlməsinin əsas səbəbi Azərbaycanda yerli istehsalın zəif olmasıdır. Xaricdən çox asılıyıq. Nəticə olaraq xaricdəki qiymət artımının Azərbaycana təsirləri yüksəlir. Bundan başqa hökumət gömrük rüsumları və vergi dərəcələrini aşağı salmır ki, qiymətlər ucuzlaşsın. Bütün bu faktorlar inflyasiya dərəcəsinin artmasına səbəb olur və vətəndaşların üzərinə əlavə yük düşür”.
Ekspert bunu da bildirib ki, Azərbaycanda son yanacaq tariflərinin artımı zamanı dünya bazarındakı qiymətləri əsas gətirdilər: “O zaman neftin qiyməti 100 dollardan yuxarı idi. İndi “qara qızıl”ın qiyməti 85 dollardır. Həmin məntiqlə biz əks prosesi müşahidə etməliyik. Yəni neftin qiymətinin uzun müddətdir ki, 85 dollar olması fonunda yanacağın tarifi ucuzlaşmalıdır. İndiki zamanda hökumətin dizel yanacağının qiymətini artıracağını düşünmürəm. Çünki bu, kənd təsərrüfatından daşımaçılığa qədər bütün sahələrdə qiymət artımına gətirib çıxara bilər. Bu isə inflyasiyanı daha da sürətləndirər. Ona görə də, məntiqlə dizel yanacağının qiymətində artım olmamalıdır”. N. Cəfərli qiymət artımından yaranan gəlirin hansı sahələrə istifadə olunacağına da aydınlıq gətirib: “Metrolarda həm yeni vaqonların alınmasına və təmirinə, həm də metro xətlərinin təmirinə istifadə oluna bilər. Abtobuslarda isə bildirildiyi kimi əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək”.

Şahanə Tağızadə,
BDU Jurnalistika fakültəsinin tələbəsi
2-02-2023, 16:58
Ukraynayla yanaşı Moldova da Saakaşvilinin müdafiəsinə qalxdı


Ukraynayla yanaşı Moldova da Saakaşvilinin müdafiəsinə qalxdı

Ukrayna və Moldova Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ilə bağlı tələb irəli sürüb. Ukrayna XİN-in feysbuk səhifəsində, habelə Moldova prezidenti Maya Sandunun tviter səhifəsində tələblə bağlı paylaşım edilib. "Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixail Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etirazını bildirir. Biz Gürcüstan hakimiyyətini Mixail Saakaşviliyə qarşı sui-istifadəni dərhal dayandırmağa və onu Ukraynaya təhvil verməyə çağırırıq. Siyasi qisas üçün insanın həyatı ilə oynamayın. Biz həmçinin xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edirik ki, Gürcüstan hakimiyyətinin siyasi repressiyaları nəticəsində həyatı təhlükədə olan Ukrayna vətəndaşını, Gürcüstanın keçmiş prezidentini açıq şəkildə müdafiə etsinlər", - Ukrayna XİN-in paylaşımında deyilir. "Mixail Saakaşvilinin fiziki vəziyyəti son dərəcə narahatedici və kritikdir. Müxalifət liderinin işgəncə ilə öldürülməsi Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə üçün qəbuledilməzdir. Saakaşvili dərhal buraxılmalı və müalicə üçün xaricə göndərilməlidir", - deyə Maya Sandu tviter səhifəsində yazıb. Qeyd edək ki, 2021-ci ilin oktyabrından bəri həbsdə olan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib. Onun səhhətində ağır problemlər var.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!