25-01-2023, 16:16
Vardanyana qarşı “müxalifət fraksiyası” yaradılıbXankəndidə separatçıların “dövlət naziri” adlandırlan Ruben Vardanyana qarşı bir neçə “müxalifət fraksiyası” yaradılıb. Bu barədə məlumatı Ermənistanın “Hraparak” nəşri yazıb. Qeyd edilib ki, Vardanyanın əleyhdarları Ermənistandakı səlahiyyətlilər tərəfindən idarə olunur və maliyyələşdirilir. Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan önləyici təbirlər görməkdədir. “Hraparak” bildirir ki, Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işdən və qazancdan məhrum olanlardır. Məlumata görə, R.Vardanyan da artıq hamının “işlərinin” araşdırılması barədə tapşırıq verib. Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər. Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir.
25-01-2023, 16:12
Putin son illərdə Zelenski ilə əlaqə saxlamayıb - PeskovRusiya prezidenti Vladimir Putin son bir neçə ildə ukraynalı həmkarı Volodimir Zelenski ilə əlaqə saxlamayıb. Bunu Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti-yə bildirib. Onun sözlərinə görə, 2019-cu ildən bəri Rusiya dövlət başçısının Ukrayna prezidenti ilə nə şəxsi, nə də telefon əlaqəsi olub: “Son bir neçə ildə Putin Zelenski ilə əlaqə saxlamayıb. Onlar sonuncu dəfə 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində görüşüblər. Orada Rusiya prezidenti Zelenskidən başqa, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri vəzifəsində çalışmış Angela Merkel ilə də ikitərəfli görüşlər keçirib”, - deyə Peskov deyib. Həmin sammitdən sonra Kremlin saytında qeyd edildiyi kimi, Putin Ukrayna liderini bir neçə dəfə - 2020-ci ilin fevral və iyul aylarında danışığa çağırıb. O vaxtdan bəri heç bir əlaqə barədə məlumat verilməyib. 2021-ci il oktyabrın sonunda Kreml Kiyevin hərəkətləri və Zelenski ilə ünsiyyətdəki çətinliklər səbəbindən iki ölkə başçılarının görüşünün xüsusi perspektivinin olmadığını bildirib.
25-01-2023, 16:09
Sağlamlıq arayışının qiyməti olduqca bahadır - DeputatAzərbaycanda keçən il 2021-ci ilə nisbətən dializə gedən xəstlərin sayı 13% artıb. Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, dializ xəstələrinin sayının artması araşdırılmalıdır: "Bunu araşdırmaq lazımdır ki, səbəb nədir. Çünki 13% eləcə də kiçik rəqəm deyil". M.İbrahimqızı eyni zamanda sağlamlıq haqqında arayışın qiymətinin yüksək olmasından da şikayətlənib: “Sağlamlıq arayışının qiyməti 41 manatdır. Biz seçicimizi işə düzəldəndə bu arayışın qiymətinin yuxarı olduğunu müşahidə edirik. Məsələn, xadimə işinə qəbul olan şəxs üçün bu məbləğ aylıq ödənişə bərabərdir. Ona görə də bu məsələ üzərində işləməliyik, 41 manat o qədər az məbləğ deyil”.
25-01-2023, 16:05
Müdafiə xərclərinin artırılması lazımdır - NATO katibiNATO-nun baş katibi Yens Stoltenberq alyansın müdafiə büdcəsinin artırılmasından danışıb. Baş katib bunu istisna etmədiyini bildirib. "NATO ölkələri təkcə Ukraynaya dəstək verməməli, həm də öz müdafiə qabiliyyəti səviyyəsinin saxlanmasının qayğısına qalmalıdırlar. Bu, müdafiə xərclərinin artırılmasını tələb edir", - deyə Stoltenberq söyləyib. Baş katib qeyd edib ki, NATO Ukraynada müharibənin tərəfi deyil, bununla belə, Kiyevə dəstək vermək hərbi alyansın hüququdur.
25-01-2023, 15:57
Sabah hava buludlu, yağmursuz olacaqYanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-01-2023, 15:53
Azərbaycan əsgəri odlu silahla həyatına son qoyduAzərbaycan Ordusunun əsgəri özünü öldürüb. Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 2023-cü il yanvarın 24-də odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
25-01-2023, 15:46
Ukrayna prezidentinin 45 yaşı tamam olurBu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur. Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb. 2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib.
25-01-2023, 15:39
Venesuela prezidentindən Ərdoğana tərif dolu sözlərVenesuela prezidenti Nikolas Maduro Türkiyənin ticarət naziri Mehmet Muşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Maduro görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı müsbət fikirlər səsləndirib, onu böyük qardaş kimi qəbul etdiklərini bildirib. "Prezident Ərdoğanı ölkəmizin böyük qardaşı kimi görürük. Türk xalqı bilməlidir ki, Ərdoğanı xeyirxah və böyük ürəyə malik olduğu üçün çox sevirik",- Maduro vurğulayıb.
25-01-2023, 15:35
Ümid edirik ki, Bakı və İrəvan arasında sülh bağlanacaq - ABŞ rəsmisiABŞ Dövlət Departamenti ümid edir ki, İrəvan və Bakı arasında birbaşa dialoq bərpa olunacaq və bu, fikir ayrılıqlarına səbəb olan məsələlərin həllinə gətirib çıxaracaq. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. "Ümid edirik ki, dialoq vasitəsilə davamlı sülhə nail olmaq mümkün olacaq. Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələri davam etdiririk", - Prays əlavə edib. O qeyd edib ki, Amerika tərəfi bölgədəki vəziyyəti yaxşı bilir və müxtəlif narahatlıqları var, o cümlədən Laçın dəhlizi ilə bağlı problemdən xəbərdardır.
24-01-2023, 23:04
Ukraynaya “Leopard 2” tanklarını vermək niyyətimiz yoxdur - Rəsmi ÇexiyaÇexiya Ukraynaya "Leopard 2" tanklarını göndərmək niyyətində deyil. Bunu Çexiyanın Baş naziri Petr Fiala bildirib. O qeyd edib ki, Çexiya tərəfinin öz təhlükəsizliyini təmin etmək üçün tanklara ehtiyacı var. Bundan əvvəl isə Çexiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynaya tank tədarük etməyə hazır olması ilə bağlı xəbərləri təkzib edib. Xatırladaq ki, Almaniyanın Ramşteyn aviabazasında Ukraynanın müttəfiqləri arasında keçirilən danışıqlarda 12 ölkə Ukrayna Silahlı Qüvvələrinə 100-ə yaxın "Leopard 2" tankının tədarükü barədə razılığa gəlib.