Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
24-01-2023, 14:44
Ağır çəkili nəqliyyat vasitələrinə “bir pəncərə” prinsipi tətbiq olunacaq


Ağır çəkili nəqliyyat vasitələrinə “bir pəncərə” prinsipi tətbiq olunacaq

İri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsində "bir pəncərə" prinsipi tətbiq ediləcək. Bu, “Avtomobil nəqliyyatı” və Dövlət rüsumu haqqında qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinə görə, xüsusi icazənin verilməsi üçün daşıyıcı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ediləcək.
24-01-2023, 14:39
Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcək


Ay sonuna qədər sosial yardımlar əlavə ödənişlə veriləcək

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən bu sosial ödəniş növləri artımlarla ödəniləcək.
24-01-2023, 14:34
Türkiyədə keçirilicək toplantının gündəliyində olan mövzular açıqlandı


Türkiyədə keçirilicək toplantının gündəliyində olan mövzular açıqlandı

Türkiyədə sabah Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək. İclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. Toplantıda həm daxili, həm də xarici siyasət mövzuları gündəlikdə olacaq. Bildirilib ki, İsveçdə Quranın yandırılması məsələsi və Ankaranın reaksiyası, Türkiyə-Suriya normallaşma prosesi, Yunanıstanla münasibətlər və bir sıra digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.
24-01-2023, 00:34
Güneylilər film çəkir


Güneylilər film çəkir

Urmu gölünün qurumasından illər sonra baş verəcək ekoloji fəlakətdən bəhs edən bədii filmin hazırlıqlarına başlanılıb. Bu barədə tanınmış güneyli rejissor Babək Şirinsifət məlumat verib. O, filmə Türkiyə, Azərbaycan, İraq və İrandan olan yaradıcı heyətin cəlb olunacağını diqqətə çatdırıb:
“Gölün nağılı” adlı film Azərbaycan dilində çəkiləcək. Xaricdən dəvət etdiyimiz şəxslər isə öz dilində danışacaq. Hadisələr bir yazıçının toy günündə cərəyan edir. Ekran işinin çəkilişlərini gələn ilin payızına nəzərdə tutmuşuq. Artıq ilkin mərhələ başa çatıb. Bəzi detallar üzərində iş gedir. Filmin ssenarisində yazıçı Hafiz Xiyavi və rejissor Bəhram Təvəkküli də yaxından iştirak edir. Operator isə Turac Aslanidir”.
Rejissor bədii filmin hazırlıqları ilə yanaşı, sənədli film üzərində də işlədiyini deyib. Bildirib ki, Muğan-Savalan yaylasında etno-mifoloji janrda çəkdiyi sənədli filmin çəkilişlərinin 40 faizi artıq tamamlanıb.
Yaradıcılıq planlarından danışan B.Şirinsifət filmlərlə yanaşı, kitab və sərgi hazırlıqları ilə də məşğul olduğunu diqqətə çatdırıb.
“İstər şimal, istərsə də cənubdan olan ziyalılarımız türk antologiyası və mifologiyası ilə yaxından tanış deyil. Mütəxəssislər istisna olmaqla, bu barədə az məlumatlıdırlar. Yunan mifindən saatlarla danışa bilərlər, amma çox az adam bilir ki, Ülgən, yaxud Kayra xan kimdir. Qərara gəldim ki, Orta Asiyadan başlamış Anadoluya qədər, mifoloji qəhrəmanlarımız, eləcə də ortaq inanclarımız haqqında bir kitab hazırlayım. Türk dilində nüsxəsi demək olar ki, hazırdır. İllüstrasiyalar üzərində də çalışıram. Çünki təsvir anlayışı bir millət və xalq üçün çox vacibdir. Bizim qədim kitablarda bu tip təsvirlər olub. Qaynaqlarım zəngin deyil, öz təsəvvürümdə olanlar əsasında çəkirəm. Artıq 40 əsər çəkilib. Sərgi, yaxud kitab şəklində təqdim etmək fikrindəyəm”.
24-01-2023, 00:02
Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq - Prezident


Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıyıq - Prezident

Azərbaycan sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiqdir. Bu barədə Prezident İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.
23-01-2023, 23:57
İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir - Ərdoğan


İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir - Ərdoğan

"Səfirliyimiz qarşısında belə biabırçılığa səbəb olanlar NATO-ya üzvlük müraciətləri ilə bağlı bizdən heç bir yaxşılıq gözləməməlidir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. O, İsveçi Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dini inanclarına hörmət etməyə çağırıb: "İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur". Qeyd edək ki, Türkiyənin İsveçdəki səfirliyinin önündə müqəddəs "Qurani-Kərim" kitabı yandırılıb. Bunun ardınca Türkiyə NATO-ya üzv olmaq istəyən İsveçə narazılığını bildirib.
23-01-2023, 23:52
Finlandiya əhalisinin yarıdan çoxu NATO tərəfdarı deyil


Finlandiya əhalisinin
yarıdan çoxu NATO tərəfdarı deyil


Finlandiyada özəl yayım şirkəti olan MTV kanalı
ölkənin NATO üzvlüyünə əhalinin münasibətini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edənlərin təxminən 39 faizi NATO-nun ölkədə daimi bazasının yaradılmasına tərəfdar olduğunu bildirib. Respondentlərin təxminən 61 faizi isə öz ölkələrində NATO-nun daimi bazalarının yaradılmasına qarşı çıxıb. İştirakçıların 49 faizi Finlandiyanın beynəlxalq hərbi əməliyyatlarla yanaşı, Finlandiyanı müdafiə edən fəaliyyətlərdə daha fəal iştirak etməli olduğunu bildirib. Təxminən 42 faizi isə Finlandiyanın NATO-da yalnız ölkənin milli müdafiəsi ilə birbaşa əlaqəli əməliyyatlarda iştirakını dəstəklədiyini söyləyib. Sorğunun nəticələri göstərir ki, Finlandiya əhalisinin təxminən 40 faizi NATO-nun Ukraynaya hansısa formada müdaxiləsini arzulayır.
23-01-2023, 23:49
Ukraynaya növbəti yardım paketi təsdiqləndi


Ukraynaya növbəti yardım paketi təsdiqləndi

Avropa İttifaqı Ukraynaya növbəti yardım paketini qəbul edib. Bu barədə Avropa İttifaqı XİN başçılarının bu gün keçirilən toplantısında razılıq əldə olunub. Yardım paketinin həcmi 0.5 milyard avro təşkil edib. Bu məbləğ Ukraynanın hərbi baxımdan təmin olunmasına sərf olunacaq. Qeyd edək ki, qərardan bir müddət əvvəl Aİ rəsmiləri yardım barədə ehtimallarını açıqlamışdılar.
23-01-2023, 23:43
Avropa İttifaqı İrana 4-cü sanksiya paketini tətbiq etdi


Avropa İttifaqı İrana 4-cü sanksiya paketini tətbiq etdi

Avropa İttifaqı (Aİ) İranda insan haqlarının pozulmasına görə 4-cü sanksiyalar paketini qəbul edib. Avropa İttifaqının rəsmi jurnalında dərc olunan bəyanatda sanksiyaların detalları açıqlanıb. Belə ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun İranın müxtəlif əyalətlərindəki bütün bölmələri, eləcə də 18 fiziki və 19 hüquqi şəxs sanksiya siyahısına daxil edilib. Qeyd edək ki, SEPAH İran ordusunun əsasını təşkil edir, eyni zamanda ölkə iqtisadiyyatında da mühüm paya sahibdir. Bu hərbi qurum öz bankına, əkin sahələrinə, xarici dövlətlərin banklarında aktivlərə malikdir. Yeni sanksiyalara əsasən, SEPAH-la bağlı şəxslərin Avropa dövlətlərinə girişi qadağan ediləcək və onların hesabları dondurulacaq.
23-01-2023, 23:36
Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”


Ramiz Novruz: “Taleyimə Həzi Aslanovu yaşatmaq düşməliymiş”

Həmsöhbətimiz Akademik Milli Dram Teatrının aktyoru, respublikanın Xalq artisti, “Mən sizi dünyalar qədər sevirdim” filminin qəhrəmanı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları komandiri, general-mayor Həzi Aslanov rolunun ifaçısı Ramiz Novruzdur.
- Ramiz müəllim, məlumdur ki, teatr aktyorusunuz. Sizə şöhrət gətirən “Mən sizi dünyalar qədər sevirdim” filminin baş qəhrəmanı Həzi Aslanov rolunu oynayana qədər başqa filmlərə çəkilmişdinizmi?
- “Qorxma, mən səninləyəm”, “Nizami” və başqa bir neçə fılmə çəkilmişdim. Həmin rollarım o qədər də yaddaqalan olmamışdılar.
- Həzi Aslanov roluna çəkilişiniz necə oldu?

- Burda bir təsadüf də var, qanunauyğunluq da. Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında fılm çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O, çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir sterotip yaranmışdı ki, onsuz da baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq.
- Amma deyəsən, iş plan doldurub quş qoymaq xətrinə olmadı. Bu rol sanki sizin boyunuza biçilmişdi.
- Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı.
- Dediyiniz kimi, burda bir qanunauyğunluq da var axı. Məlumdur ki, biz qəhrəmanı yalnız şəkillərindən tanıyırıq. Filmdə sizi görəndə elə bilirik ki, gördüyümüz elə Həzi Aslanovun özüdür. Hərəkətlərinizdə, danışığınızda, səsinizin tonunda da hərbçi xarakteri aydın seçilir. Mən bu dəqiqə elə bilirəm ki, canlı Həzi Aslanovun özü ilə söhbət edirəm.

- Çox sağ olun. Bunu çoxları deyir. Həzi Aslanov rolu bu dərəcədə inandırıcı alınıbsa, mənim üçün bundan böyük sevinc nə ola bilər?! Yolda gedərkən kimsə ayaq saxlayıb: “Həzi Aslanov rolunda oynayan aktyordur” deyəndə sanki dünyanı mənə bağışlayırlar.
- Siz filmə çəkiləndə cəmi 35 il yaşamış Həzi Aslanovdan xeyli gənc idiniz. Bu rolun məsuliyyəti sizi qorxudurmu?
- Generalın roluna təsdiq olunmağım məni nə qədər sevindirirdisə, məsuliyyət hissi bir o qədər qorxudurdu. Axı, mən ümumiləşdirilmiş bir şəxsin rolunu oynamırdım. Az qala, dünyanın yarısının tanıdığı tarixi bir şəxsin rolunu oynayırdım. Bir də ki, fılmin çəkildiyi ötən əsrin səksəninci illərinin ortalarında onu tanıyanların əksəriyyəti - həyat yoldaşı, oğlanları, bacı-qardaşları, döyüş yoldaşları... sağ idilər. Odur ki, hər ştrixdə reallıq, inandırıcılıq əsas amillərdən idi.
Ssenari müəllifı də, rejissor da qərarlaşdırmışdılar ki, elə film çəkək, təkcə Azərbaycan, Rusiya yox, bütün dünya bəyənsin və bütün dünya görsün ki, bir Azəri balası sovet dövlətində öz millətini necə təmsil edib. Film SSRİ üçün alındı. O vaxt fılmə ümumittifaq primyerası elan olundu. Belə primyeralar nadir hallarda olurdu. SSRİ-nin bütün müttəfiq respublikaları və on dörd sosialist ölkəsi baxıb rəy söyləməliydi. Çox qəribədir ki, ən çox məktub Almaniyadan gəlirdi.
- Məlumdur ki, film sovet dönəmində çəkilmişdir. Müstəqillik dövründə çəkilsəydi, yəqin ki, başqa cür olacaqdı.
- Bəli, sovet rejimi çox mətləbləri açmağa imkan vermirdi. İki seriyalıq material var idi. Təəssüf edirəm ki, çoxunu kəsdilər, imkan vermədilər. Dövrə uyğun cəsarətsizlik vardı. Cəsarət çox şeyi həll edə bilərdi. Cəsarətsizliyin ucbatından fılmin nə qədər lazımlı kadrları çəkilmədi və ya qayçılandı. Bu günün prizmasından baxanda düşünürəm ki, onlar adi şeylər idi.
- Şəxsən siz özünüz hər hansı maneələrlə üzləşirdinizmi?
- Maneələr ümumi idi. Filmi çəkəndə bizə erməni millətindən olan Aslanyan soyadlı bir məsləhətçi göndərdilər. O zaman SSRİ məkanında qardaş xalqlar olsaq da, bu, qondarma qardaşlıq idi. Erməni tarix boyu bizə düşmən gözüylə baxıb. Generalın ömür yolu o qədər də hamar olmayıb. Azərbaycanlı, müsəlman övladının iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, general-mayor rütbəsinə qalxması şübhəsiz ki, çoxlarında paxıllıq, qısqanclıq hissləri oyadırdı. Həzi Aslanov sonuncu dəfə Baqramyanın briqadasında olub. Bu faktın üstündən sükutla keçdilər. Baqramyanın adını hətta yaxşılığa çəkməyə belə icazə vermədilər. O ki qaldı Aslanyana, bu barədə Azərbaycanın ədəbiyyat adamlarına xəbər verdim. Onlar da bu adamın dəyişdirilməsi üçün özlərini oda-közə vurdular. Mümkün olmadı. Yalnız ona nail olduq ki, adı titrlərdə ötəri göründü.
- Çəkiliş zamanı yəqin ki, yadda qalan məqamlar da olub...

- Belə məqamlar olurdu. Mənim üçün ən maraqlısı Aslanovun sürücü-mexaniki işləmiş Kurkovun söhbətləri idi. Kurkov fılmin ikinci məsləhətçisi idi. Generalın xarakterik xüsusiyyətlərindən tez-tez söhbət açırdı. Deyirdi ki, Aslanov rus dilində ləhcəylə danışırdı. Çətin söylədiyi sözlərdən biri “general” idi, “gernal” deyirdi. Nə qədər irad tutsaq da, yenə “gernal” deyirdi.
- Filmdə çəkilməyən hissələrdən təəssüflə xatırladığınız varmı?
- Nə qədər! Belə bir yer vardı: əsgərlə şəfqət bacısı söhbət edir. Qar sinədəndir. Yalnız bir cığır var. Həzi onlara baxır, onları utandırmamaq üçün əli ilə yol açır. Bu hissəni kəsdilər. Rusları başa sala bilmədilər ki, bu, azərbaycanlı kişisinə xas xüsusiyyətdir. Birini də xatırlamaq istəyirəm. Final səhnəsində tankın üstündə dayanıb Azərbaycan dilində “Getdik” deyəndə arxadan səs gəlir. Həzi dönüb baxır, amma heç kim yoxdur. Yenə səs, yenə dönüb baxır.
- Bu, xəyali səs idi?
- Əslində xəyali səs idi. Amma arxada kimsə var. Dönüb bir də baxır. Və sonra “Hazırlaşın!” əmrini verir. Bu anda gözləri önündən kimlər keçmir – ata-anası, həyat yoldaşı, oğlanları, uşaqlığı, general Mehmandarovla görüşü, cəbhədə olan əsgərlər, döyüş dostları... hamı ona baxır. Hamı da yay paltarındadır. Özünü itirən kimi olur. Sonra əmr edir: “Getdik e!” Bura kimi çox proseslər vardı, onlar çəkilmədi. Almanların təmas xəttinə xeyli qalmış komanda verə-verə gedəndə birdən sol tərəfdən - öz tərəfimizdən atəş açılır. Həmin döyüşdə ağır yaralanır.
- Nə yaxşı ki, qəhrəmanın ölüm səhnəsi filmdə yoxdur. Həzi Aslanov tamaşaçılar üçün əbədi olaraq sağ qalır.
- Ölümü barədə müxtəlif versiyalar vardı. Sovet dövrüydü. Bu versiyalar sovet hökumətinə sərf etmirdi.
- Sonradan filmə çəkilmisinizmi?
- Çəkilmişəm. “Sarı gəlin”də də rolum var. “Cavad xan” filmində erməni generalını oynayıram. “Həzi Aslanov” fılminin basqısı o qədər böyükdür ki, o biriləri kölgədə qoyur. Bir də ki, çox aktyor var, onlarla fılmə çəkilir, lakin biriylə şöhrətlənib məhşurlaşır. Mənim sənət taleyimə də Həzi Aslanovu yaşatmaq düşməliymiş.

- Ramiz müəllim, aktyor olmaqdan başqa həm də, qələm adamısınız. Ən maraqlısı odur ki, yazdıqlarınız əsasən müharibə mövzusundadır.
- Mövzunu zaman özü verir. Heç zaman yazı xətrinə yazmıram. Mövzu məni ağrıdanda, dincliyimi alanda yazıram. Ürəyimi kağızlara boşaldanda, elə bilirəm, dərdimi kiməsə danışdım. Gəncə Dram Teatrında uzun zaman oynanılan “At ilinin birinci ayı” pyesim yanvar hadisələrindən bəhs edir. Akademik Milli Dram Teatrının bu gün də repertuarında olan “Hələ sevirəm deməmişdilər” pyesimm də Qarabağ hadisələrindən bəhs edir.
- Söhbətimiz Böyük Vətən Müharibəsinin qələbəsinin 75 illiyi vaxtına təsadüf etdi. O gün olsun ki, Qarabağ döyüşlərimizin qələbəsinin bayramını da qeyd edək. İlk müsahibim də siz olasınız.
- İnşallah. Mən inanıram ki, o gün uzaqda deyil.

Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!