Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
23-01-2023, 23:32
Nəqliyyat vasitələrinə örtük vurulmasıyla bağlı qərar qəbul edildi


Nəqliyyat vasitələrinə örtük vurulmasıyla bağlı qərar qəbul edildi

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiqlənib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”na əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:
• minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;
• yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərti ilə plyonka çəkilməsinə yol verilir.
23-01-2023, 23:27
Ermənistana mülki missiyanın göndərilməsi təsdiqləndi


Ermənistana mülki missiyanın göndərilməsi təsdiqləndi

Avropa İttifaqının xarici işlər nazirləri Ermənistana mülki missiyanın göndərilməsini təsdiqləyib. Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunub. Bildirilib ki, missiyanın vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına zəmin yaratmaq olacaq. Qeyd edək ki, bu, Aİ-nin Ermənistanda sayca 2-ci müşahidə missiyası olacaq.
23-01-2023, 23:21
Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalandı


Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalandı

Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkələr müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər. Rəqəmsal infrastrukturun qurulması və təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində birgə mübarizə, innovasiyaların və inklüziv rəqəmsal həllərin inkişafı və s. sahələri əhatə edən memorandumun ölkələr arasındakı münasibətləri yaxınlaşdırdığı vurğulanıb.
23-01-2023, 23:16
Vardanyan Putinlə bağlı suala susmağı seçməklə cavab verdi


Vardanyan Putinlə bağlı suala susmağı seçməklə cavab verdi

Özünü Qarabağdakı erməni separatçıların "dövlət naziri" adlandıran milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" verilişində aparıcı Stephen Sackurun suallarını cavablandırıb. Müsahibə zamanı Vardanyan dəfələrlə sərt suallar qarşısında çıxılmaz vəziyyətə düşərək, onlara cavab verə bilməyib. Məsələn, o, Rusiyanın Ukraynada başlatdığı təcavüzkar müharibəyə münasibət bildirməkdən yayınmağa çalışsa da, aparıcının “Siz Putunin Ukraynanı işğal etməsini pisləyəcəksinizmi” sualı qarşısında “mən xalqımın müdafiəsi naminə bu suala cavab vermək istəmirəm, susuram”, deyib.
23-01-2023, 18:26
Xüsusi qruplar var ki İranla, bağlı fikirlərə əngəl olmağa çalışırlar - Deputat


Xüsusi qruplar var ki, İranla bağlı fikirlərə əngəl olmağa çalışırlar - Deputat

“Xüsusi öyrədilmiş qruplar var ki, sosial şəbəkələrdə İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib. "Bununla bağlı mənim də polemikam olub. Son vaxtlar İranla bağlı məsələlər göz qabağındadır. Dini sahədə proseslər gedir, dövlət tərəfindən addımlar atılır. İndi qarşı tərəfdən sosial şəbəkələrdən də addımlar var. Xüsusi öyrədilmiş qruplar var ki, İranla bağlı fikirlər səsləndirənləri susdurmağa çalışırlar. Bunun qarşısını almaq üçün islahatlar aparmaq lazımdır”, - deyə deputat vurğulayıb. Parlamentari, həmçinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən söz açıb: “Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun qəbul olunarkən gördük ki, partiya sədrləri qanuna qarşı çıxmağa çalışırdılar. Bəzi siyasi partiya sədrləri təxribatlara əl atırdılar. Görürdük ki, partiya sədrləri söz alıb, müzakirəni pozmağa çalışır, ya da iclas davam edərkən çölə çıxırdılar. Amma onların qarşısı peşəkarcasına alındı”.
23-01-2023, 17:56
Ukrayna Krımı müvəqqəti işğal olunmuş hesab edir, Qərb də dəstəkləyir - Lavrov


Ukrayna Krımı müvəqqəti işğal olunmuş hesab edir, Qərb də dəstəkləyir - Lavrov

Qərb nümayəndələri birbaşa Kiyevə deyirlər ki, Rusiya ilə danışıqlar aparmaq hələ tezdir, münaqişə ilə bağlı danışıqlar güc mövqeyindən başlamalıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. “Onlar birbaşa deyirlər ki, Rusiya 1991-ci il sərhədlərinə qaytarılmalıdır", - Lavrov Cənubi Afrikanın xarici işlər naziri Nadeli Pandor ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib. Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Ukrayna Krımı özünün müvəqqəti işğal olunmuş ərazisi hesab edir, Qərb ölkələri bu məsələdə Kiyevi dəstəkləyir. Ötən ilin sentyabrında isə Ukraynanın işğal olunmuş daha 4 bölgəsi – Donetsk, Luqansk, Xerson və Zaporojye Rusiyanın tərkibinə daxil edilib.
23-01-2023, 17:47
Ermənistan ombudsmanı istefa etdi


Ermənistan
ombudsmanı istefa etdi


Ermənistan ombudsmanı Kristine Qriqoryan istefa verib. O, istefası ilə bağlı bəyanatı Ermənistan parlamentinə təqdim edib. Qriqoryan istefasını başqa vəzifəyə keçməsi ilə əlaqələndirib. Belə ki, ombudsman Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat alıb. Qeyd edək ki, K.Qriqoryan ötən ilin yanvarından insan hüquqları üzrə müvəkkil postunu tutur. Onun namizədliyi baş nazir Nikol Paşinyanın partiyası tərəfindən irəli sürülmüşdü.
23-01-2023, 17:40
Azərbaycan Avropa parlamentinin iclasına dəvət olunmadı


Azərbaycan Avropa parlamentinin iclasına dəvət olunmadı

Bu gün Avropa Parlamentinin Xarici əlaqələr
komitəsinin iclası keçiriləcək. İclasda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək. Azərbaycan tərəfi isə iclasa dəvət olunmayıb. Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov APA-nın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ildə keçirilmiş son seçkilərdən sonra Avropa Parlamenti xeyli radikallaşıb, populistlərin sayı xeyli artıb. Azərbaycan diplomatının sözlərinə görə, qatı solçular və sağçılar demək olar Avropa Parlamentinin intellektual və peşəkarlıq səviyyəsini gözəçarpan dərəcədə aşağı salıb. “Avropa Parlamentinin qəbul etdiyi sənədlər tövsiyə xarakteri daşıdığına görə, Avropa İttifaqının icraedici qurumları onları ciddi qəbul etmir, amma müəyyən dərəcədə də parlamentarilərdən ehtiyat edərək çəkinirlər. Din və irqçilik zəminində ermənilərin burada dostların sayı böyükdür. Azərbaycanın, eləcə də Türkiyənin güclənməsi bunları çox narahat edir. Fransaya gəldikdə, onların sayı və imkanları burada çoxdur. Fransanın son zamanlar bizə qarşı nümayiş etdirdiyi açıq düşmənçilik siyasəti burada açıq şəkildə görünür. Xarici əlaqələr komitəsinin rəhbərinə görüşlərimiz zamanı dəfələrlə bildirmişik ki, komitədə çıxış etməyə hazırıq: tək və ya ermənilərlə birgə. Səməd Seyidov da dekabrda burada görüşdə onlara bu barədə müraciət edib. Cavab vermədilər. Adətən komitə istədiyi adamları iclaslara dəvət edir. Ya özləri ermənini dəvət ediblər, ya da o, özü müraciət edib, bilmirəm - hər iki halda komitənin mövqeyi tənqidə layiqdir, çünki Azərbaycan barədə erməni ilə söhbət aparırlar, amma bizi dəvət etməyiblər. Bununla bağlı Səməd Seyidov komitənin sədri David McAllisterə keçən həftə yazılı müraciət edib, amma cavab yoxdur”, - Vaqif Sadıqov qeyd edib.
23-01-2023, 17:33
İranda qadın jurnalistlər həbs olundu


İranda qadın jurnalistlər həbs olundu

İranda üç qadın jurnalist saxlanlıb. Bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb. Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Onlar hazırda Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Məlumata görə, jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də itiham olunurlar. Ümumilikdə isə İranda 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.
23-01-2023, 17:27
Paşinyanın həyat yoldaşı İran rəsmilərinin xanımları ilə görüşüb


Paşinyanın həyat yoldaşı İran rəsmilərinin xanımları ilə görüşüb

Yanvarın 18-də Ermənistan baş nazirinin xanımı Anna Akopyan Ermənistanın İrandakı səfiri Arsen Avaqyanın müşayiəti ilə İran prezidentinin həyat yoldaşı Cəmilə Sədat Alamolhoda və İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiya Xəzəri ilə görüşüb. Ermənistanın İrandakı səfirliyi bu barədə məlumat yayıb. Bildirilib ki, Tehranda Anna Akopyan İranın birinci xanımının təşəbbüsü ilə təşkil olunan qadın konqresində iştirak edib. "Yanvarın 19-da Anna Akopyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti İran prezidenti Seyid İbrahim Rəisinin konqresə həsr etdiyi ziyafətdə iştirak edib. Qəbul zamanı Anna Akopyan çıxış edərək İran prezidentinə və birinci xanımına təşəkkür edib", - deyə məlumatda qeyd olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!