24-01-2023, 23:00
Belarusa heç vaxt hücum etməmişik və niyyətimiz də yoxdur - ZelenskiRusiya hərbçilərinin Belarusdan hücumu mümkündür, lakin bu hücum uğursuz olacaq. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib. O, Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın hücuma hazırlaşmaq barədə bəyanatını təkzib edib. "Biz Belarusa hücum etmək fikrində deyilik və heç vaxt da etməmişik. Belə niyyətimiz yoxdur. Bu, bütün Ukrayna xalqının Belarus xalqına əsas mesajıdır”, - deyə Zelenski bildirib.
24-01-2023, 22:55
Ceyhun Bayramov iranlı həmkarı ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb. Görüş Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclası çərçivəsində baş tutub. Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
24-01-2023, 22:50
Ukrayna prezidenti bu şəhərləri “xilaskar” adlandırdıUkrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüs, Polşanın Rzeszov, Przemysl, Çexiyanın paytaxtı Praqa şəhərinə "xilaskar şəhər" statusu verib. Bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, adları çəkilən şəhərlərə Ukrayna vətəndaşlarına göstərdiyi yardıma və ölkəyə verdiyi dəstəyə görə xüsusi status verilib.
24-01-2023, 22:45
İlham Əliyev Rusiya ilə sazişi təsdiqlədiAzərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş təsdiq edilib. Azərbaycan Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nağd pul vəsaitinin və (və ya) pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində informasiya əməkdaşlığı haqqında Saziş” təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
24-01-2023, 22:39
Rusiya XİN Fransanı terrorda ittiham etdiRusiya xarici işlər naziri Sergey Lavrov Fransanı terrorda ittiham edib. Lavrov Fransa prezidenti Emmanuel Makronun “Burkina Fasonun fransız əsgərlərinin ölkədən çıxması tələbinin arxasında Rusiya dayanır” açıqlamasına münasibət bildirib. "Bu, xarici siyasət məsələsidir, biz başqa ölkələrin daxili işlərinə qarışmırıq. Ancaq Makronun açıqlamaları Fransanın məsələlərə müdaxilə etdiyini göstərir",- rusiyalı nazir deyib. Lavrov bir çox ölkələrdə Fransanın özəl hərbi şirkətlərinin fəaliyyət göstərdiyini xatırladıb: "Bizi Mərkəzi Afrika Respublikasında, Malidə, indi də Burkina Fasoda Fransanın maraqlarına zərbə vurmaqda ittiham edirlər. Bu, Avropa İttifaqının tətbiq etdiyi ümumi fəlsəfə və mentalitetdir. 2000-ci illərdə Ukrayna üçün də bu mentalitetdən istifadə olunub. Ukraynaya ya Rusiya, ya da Qərb deyə şərt qoyulub. Eyni məntiq Afrika qitəsində də tətbiq olunur". Bundan əlavə, Rusiya xarici işlər naziri Fransanı Afrikada terrora dəstək verməkdə ittiham edib: "Fransa Liviyada terrorçulara dəstək verməklə Afrikada hələ də müşahidə edilən terror dövriyyəsini təhrik edib. Avropalı həmkarlarımızın xarici siyasətdə hələ də “parçala, hökm sür” təfəkküründən istifadə etməsi təəssüf doğurur”.
24-01-2023, 22:32
Ceyhun Bayramov Özbəkistan prezidenti ilə görüşübDaşkənddə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb. Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər avtomobil, toxuculuq və ipək sənayesində layihələrin həyata keçirilməsi, eləcə də iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Qeyd edək ki, bu gün C.Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında iştirak edib.
24-01-2023, 22:29
Finlandiya prezidenti Ukraynaya səfər edibFinlandiya prezidenti Sauli Niinsto Ukraynaya səfər edib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat paylaşıb. "Finlandiya prezidenti Sauli Niinistonu Ukraynada qarşılayıram. Ukrayna Finlandiya dövləti və fin xalqının dəstəyini yüksək qiymətləndirir. Bu səfər üçün təşəkkür edirik!", - deyə Zelenski yazıb.
24-01-2023, 22:24
İranın cənubunda nəhəng gəmi aşıbBu gün İranın cənubunda yerləşən Buşehr vilayətinin Pars limanında Tanzaniyaya məxsus gəmi aşıb. Bunu İranın Pars limanı təhlükəsizlik, səhiyyə, ətraf mühit və fövqəladə hallar idarəsinin müdiri İbrahim Qəribi deyib. İ.Qəribinin sözlərinə görə, gəmi hər biri 27 ton olan 91 konteynerin düzgün yüklənmədiyinə görə aşıb. O əlavə edib ki, hadisə baş verdiyi ilk anlarda xilasetmə qüvvələri gəmi ekipajının bütün üzvlərini xilas ediblər.
24-01-2023, 22:21
Conson Ukraynanın NATO-ya üzvlüyünü vacib hesab edirBöyük Britaniyanın sabiq baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlük perspektivlərindən danışıb. Conson bunun vacib olduğunu vurğulayıb. "Ukrayna aydınlıq, sabitlik və uzunmüddətli sülh naminə NATO-ya daxil olmalıdır", - deyə keçmiş baş nazir qeyd edib. Qeyd edək ki, Conson ötən həftə Ukraynaya səfər etmişdi.
24-01-2023, 22:16
Xarici İşlər Nazirliyində dilimizi bilən adam yoxdur - DeputatXarici İşlər Nazirliyində Azərbaycan dilini bilən bir adam yoxdur. Bilənlər də yaddan çıxarıb. Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin iclasında deputat Nizami Cəfərov deyib. Deputat bəzi sözlərin tərcüməsində səhvlərin olduğunu bildirib: “Qeyri-maddi ifadəsini dəyişdirə bilmirik, hərfi tərcümə edirik. Bizim dilimizi məhv edən konvensiyalarıdır. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir?.Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, amma nazirlikdə Azərbaycan dilini bilən bir adam yoxdur”.