Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
23-01-2023, 17:08
Peskov Ukraynayla danışıqlar barədə yayılan məlumatlara rəy bildirdi


Peskov Ukraynayla danışıqlar barədə yayılan məlumatlara rəy bildirdi

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında danışıqlar barədə yayılan məlumatlara münasibət bildirib. O, nə de-fakto, nə də de-yure danışıqlar üçün heç bir imkanın olmadığını deyib. Peskov Putinin növbəti seçkilərdə iştirakının mümkünlüyü barədə də danışıb: "O, bu mövzuda heç bir açıqlama verməyib, iş həmişəki kimi davam edir". Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək.
23-01-2023, 16:51
Yeni Günəş Elektrik stansiyalarının təməli qoyulacaq


Yeni Günəş Elektrik stansiyalarının təməli qoyulacaq

Hazırda ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə özəl, o cümlədən xarici investisiyalar cəlb edilir. Yeni Günəş Elektrik stansiyalarının da, əsasən, özəl investisiyalar hesabına inşa edilməsi nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə formalaşmış cəlbedici investisiya mühiti və zəngin yaşıl enerji potensialımız buna tam imkan verir. Ötən ilin martında 230 meqavat gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlinin qoyulması bunun bariz nümunəsidir. Energetika Nazirliyindən bildirilib ki, bu layihə “Masdar” şirkəti tərəfindən tamamilə özəl investisiya hesabına reallaşdırılır. İlkin hesablamalara əsasən, stansiya tərəfindən illik 500 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Bu isə ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə və 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını almağa, həmçinin 110 min evi elektrik enerjisi ilə təmin etməyə imkan verəcək. Layihənin ümumi dəyəri təqribən 200 milyon ABŞ dolları təşkil edir. Açıqlamada qeyd edilib ki, 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası üzrə də danışıqlar davam edir. Cəbrayılda reallaşdırılması planlaşdırılan layihənin də illik təxminən 500 milyon kilovat-saatdan artıq elektrik enerjisinin istehsalına töhfə verəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, “Masdar” şirkəti ilə ilkin mərhələdə ümumi gücü 4 qiqavat olacaq bərpaolunan enerji layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib ki, onun da 1 qiqavatı günəş enerjisinin payına düşür. Eyni zamanda, “Fortescue Future Industries” şirkəti ilə 12 qiqavatadək “yaşıl enerji” layihələrinin araşdırılması və reallaşdırılması üzrə çərçivə müqaviləsi imzalanıb. Bu isə gələcəkdə də digər bərpaolunan enerji stansiyaları ilə yanaşı, Günəş Elektrik stansiyalarının da inşa ediləcəyini deməyə əsas verir. Həmçinin elektrik enerjisi itkilərinin azaldılması məqsədilə müvafiq qurumlar tərəfindən həm ötürücü, həm də paylayıcı şəbəkədə mütəmadi işlər həyata keçirilir. İstismara yararsız avadanlıqlar yeni və müasirləri ilə dəyişdirilir, istismar müddəti başa çatmış elektrik veriliş yenilənir. Həyata keçirilmiş tədbirlər nəticəsində 2020-ci illə müqayisədə 2021-ci ildə ötürücü şəbəkədə itkilər 2,1 faizdən 1,9 faizə, paylayıcı şəbəkədə isə müvafiq olaraq 8,9 faizdən 8,8 faizə endirilib.
23-01-2023, 16:43
Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanıb


Rusiya və Estoniya arasında diplomatik gərginlik yaşanıb

Rusiya və Estoniya arasında diplomatik münasibətlərin səviyyəsi aşağı salınır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Rusiya Estoniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır. Estoniya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı kəskin etiraz edilib. Səfirə fevralın 7-də Rusiya Federasiyasını tərk etmək tapşırılıb. "İkitərəfli münasibətlərin bu hala gəlməsində bütün məsuliyyət tamamilə Estoniyanın üzərinə düşür və Rusiya Federasiyası Estoniya hakimiyyətinin düşmən addımlarına cavab verməyə davam edəcək", - deyə bildirilib.
23-01-2023, 16:40
İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib


İranda şagirdlər arasında kütləvi zəhərlənmə baş verib

İranın Xorasan vilayətinin Quçan şəhərində 40 şagird dəm qazından zəhərlənib. Onlardan 15-nin vəziyyəti ağırdır. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İran hökumətinin səriştəsiz siyasəti nəticəsində qışın şaxtalı günlərində təhsil ocaqları uşaqların sağlamlığına təhlükə törədəcək vasitələrlə isidilir. Həmçinin vurğulanıb ki, Quçanda baş verən hadisə ölkənin müxtəlif yaşayış bölgələrində hər il davamlı olaraq meydana gəlir.
23-01-2023, 16:35
Əməkdar artist dəfn olundu


Əməkdar artist dəfn olundu

Əməkdar artist Tünzalə Əliyeva dəfn edilib. Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində aktrisanın ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
23-01-2023, 16:33
Ərdoğan tərəfdarlarıyla görüşərkən duyğusal anlar yaşanıb


Ərdoğan tərəfdarlarıyla görüşərkən duyğusal anlar yaşanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada tərəfdarları ilə görüşüb. Gökdere meydanında mitinq keçirən Ərdoğan açılışdan sonra səsləndirilən Cengiz Kurtoğlunun "Duyanlara duymayanlara" mahnısını müşayiət edib. Bu zaman səhnəyə gələrək Ərdoğanın yanında dayanan bir qadın emosional anlar yaşayıb. Qadın bir anda başını Ərdoğanın çiyninə qoyub ağlamağa başlayıb. Hadisə qarşısında sakitliyini qorumağa çalışan Ərdoğan çaşqın baxışla mahnı oxumağa davam edib. Həmin anlar sosial şəbəkədə gündəm olub.
23-01-2023, 16:28
Rusiya spikeri iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Rusiya spikeri iranlı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İrana səfəri çərçivəsində bu ölkənin parlament sədri Məhəmməd Baqir Qalibafla görüşüb. Görüşdə Volodin birgə gündəm çərçivəsində gərgin hadisələrlə zəngin bir il olacağını proqnozlaşdırdığını deyib. "İki ölkənin parlamentariləri ən yüksək səviyyədə qəbul edilmiş qərarların qanunvericilik tərəfinin təmin olunması üçün hər şeyi etməlidirlər", - Volodin əlavə edib. O, iranlı həmkarını terrorizmlə mübarizə üzrə parlament sədrlərinin aprel konfransında iştirak etməyə dəvət edib. Qalibaf dəvəti qəbul edib.
23-01-2023, 16:14
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
23-01-2023, 16:10
Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq - Borrel


Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq - Borrel

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Ukraynaya tank tədarükündən danışıb. O, mətbuata açıqlama verərkən bu məsələyə də toxunub. "Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşündə Kiyevə tankların tədarükü məsələsi müzakirə olunacaq", - deyə o bildirib. Borrel İrana yeni sanksiyalar tətbiq edilməsinin də gündəlikdə olduğunu açıqlayıb. Qeyd edək ki, Almaniyanın Ukraynaya "Leopard" tanklarının tədarükündən imtina etməsi böyük etirazlara səbəb olub.
23-01-2023, 00:03
Latın Amerikası ölkələrinə vahid valyuta təklifi gözlənilir


Latın Amerikası ölkələrinə vahid valyuta təklifi gözlənilir

Braziliya və Argentina tezliklə vahid valyutanın yaradılması üzərində işə başlayacaq. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Bildirilir ki, bu qərar dünyanın ikinci ən böyük valyuta blokunun yaradılmasına gətirib çıxara bilər. Braziliya valyutanın "sur" adlandırılmasını təklif edir. Əsas məqsəd regional ticarəti gücləndirmək və dollardan asılılığı azaltmaqdır. Qəzetin məlumatına görə, layihəyə qoşulmaq üçün digər Latın Amerikası ölkələri də dəvət olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!