12-10-2022, 21:07
Ukrayna müharibənin dinamikasını dəyişib - PentaqonUkrayna ordusu Rusiyanın başlatdığı müharibənin dinamikasını dəyişib. Ukraynaya dəstək artacaq.
Butov.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-6” adlanır) iclasından əvvəl deyib. Ostin bildirib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunmağa kömək etməkdə qərarlıdır. ABŞ müdafiə nazirinin qeyd etdiyi kimi, dünya hökumətləri Ukraynanı və vətəndaşlarını müdafiə etmək üçün lazım olan yardımın göstərilməsini sürətləndiriblər. Onun sözlərinə görə, bu yardım döyüş meydanında nəzərəçarpacaq dəyişikliklərə nail olmağa kömək edib."Sentyabrdakı son görüşümüzdən bəri biz hamımız gördük ki, Ukrayna döyüş meydanında necə böyük uğurlar qazanıb və Putinin yeni hücumlarına baxmayaraq, Ukrayna qüvvələri bu müharibənin dinamikasını dəyişib. Onlar yüzlərlə şəhəri Rusiya işğalından azad ediblər. Bu qələbələr Ukrayna əsgərlərinə məxsusdur”, - Ostin bildirib.
12-10-2022, 21:05
"Xocasən" stansiyasında sınaq işlərinə başlanılır"Oktyabrın 13-dən 16-na qədər Bənövşəyi xəttin stansiyaları 23:30-dan sərnişinlərin girişinə bağlanacaq". Bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılmasıdır:"Bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".
12-10-2022, 21:03
AZAL-a məxsus helikopterlər satışa çıxarıldıNoyabrın 15-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin balansında olan 3 helikopter 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılacaq. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) bildirilib. Məlumata görə, "Airbus Helicopters EC-155B1", "Airbus Helicopters EC-155B1" və "Airbus Helicopters EC-135P2" markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10%-i beh kimi ödənilməlidir. Sifarişlər ƏMDX-nın Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
12-10-2022, 20:59
Universitetlərin akkreditasiyası ilə bağlı meyarlar təsdiqləndi“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib.
Butov.az-ın məlumatına görə, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Qərara əsasən, hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.
12-10-2022, 20:56
Ermənistan Azərbaycandan vaxt istəyibAzərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementləri Ermənistan tərəfinə təqdim etmişik. Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, qarşı tərəf baza prinsiplərinin öyrənilməsi üçün vaxt istəyib:"Hələ ki, Ermənistan tərəfindən reaksiya verilməyib. Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir".
12-10-2022, 20:54
NATO Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcəkNATO ölkələri Ukraynaya hava hücumundan müdafiə təchizatının miqyasını genişləndirmək niyyətindədirlər. Bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirliklərinin rəhbərlərinin görüşündən əvvəl bildirib."Bizə müxtəlif növ uzaq və qısa mənzilli hava hücumundan müdafiə sistemləri, ballistik raketlərlə mübarizə üçün raket əleyhinə müdafiə sistemləri, pilotsuz təyyarələr, müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün müxtəlif sistemlər lazımdır", - deyə Baş katib qeyd edib.
12-10-2022, 20:52
"Nizami" stansiyası təmir olunacaq“Bakı Metropoliteni” QSC-nin “Nizami” stansiyasının yollarında işıqlanma sistemi yenidən qurulub. Bu barədə qurumun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, stansiya yolunun işıqlandırılması texniki cəhətdən köhnəlmiş və daimi xidmət tələb edən qurğulardan ibarət idi və dövrün tələblərinə uyğun gəlmirdi: "Bu, özünəməxsus memarlıq və dizayn abidəsi olan stansiyanın estetik görkəminə də xələl gətirməyə başlamışdı". “Bakı Metropoliteni”ndən bildirilib ki, yenidənqurma işlərinə başlamazdan əvvəl hərəkətin təşkili qaydalarına zidd olmadan müvəqqəti işıqlanma təmin edilib:"Köhnə şəbəkənin sökülməsi ilə yenisinin quraşdırılması paralel aparılıb. Qatarların hərəkət təhlükəsizliyini təmin etmək və sərnişinlərə maneə yaratmamaq məqsədilə əsas işlər sərnişindaşıma prosesi başa çatdıqdan sonra, gecə növbəsində təşkil edilib. Stansiyanın hər iki yolunda köhnə işıqlar yeni led lampalarla əvəzlənib. Yolda tavana bərkidilmiş enerji sərfiyyatı çox olan 5,5 kVt-lıq 76 köhnə lampa çıxarılıb. Əvəzində 360 dərəcə boyunca işıq saçan dairəvi formalı plafonlarda olmaqla ümumən 33 led lampa quraşdırılıb. Yeni şəbəkə əvvəlki ilə müqayisədə lampaların say etibarı ilə azalmasına, qənaətə nail olmağa, işıqlanmanı normalar daxilində təşkil etməyə imkan verib. Yeni lampalar stansiya yolunun estetik görkəminə də əlavə rəng çaları qatıb. Bütün bunlar 2017-ci ildə əsaslı təmir olunaraq, yenidən qurulmuş orta zalla birlikdə platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha da qüvvətləndirib". Qeyd edilib ki, “Nizami” stansiyasının platformasında orta zalın yenidənqurulması zamanı Mikayıl Abdullayevin Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin motivləri əsasında kaşı daşlarından işlədiyi miniatür təsviri sənət nümunələri orijinal görkəmdə bərpa olunub. Bu xüsusda pilonlar müasir və uzunömürlü inşaat materialları ilə möhkəmləndirilib, işıqlanma sistemi tamamilə yenidən qurulub."2023-cü ildə stansiya yolunda mərhələli şəkildə təmir işlərinin aparılması nəzərdə tutulub. 2026-cı ildə isə stansiyada 50 illik istismar müddəti başa çatan LT-3 tipli 3 eskalatorun dəyişdirilməsi planlaşdırılır. Eskalatorların yenisi ilə əvəz olunduğu müddət ərzində stansiyanın yuxarı vestibülü və maili gedişi əsaslı təmir olunaraq yenidən qurulacaq".
12-10-2022, 20:48
Paşinyan Arayiki qəbul etdiErmənistanın baş naziri Nikol Paşinyan bu gün Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanı qəbul edib.
Butov.az xəbər verir ki, məlumatı Hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan yayıb. O, qapalı keçən görüşün təfərrüatlarını açıqlamayıb.“Oxşar görüşlər vaxtaşırı olur”, - hökumət rəsmisi əlavə fikir bildirməyib. Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan iki gündür bir dəstə erməni ilə Xankəndidən İrəvana gedib. Ermənistan KİV-ləri yazıb ki, Qarabağdan olan nümayəndə heyəti Ermənistan hakimiyyəti ilə Praqa görüşündən sonra yaranmış vəziyyəti müzakirə etmək üçün İrəvandadır. Arayikin Xankəndidən İrəvana apardığı separatçılar qondarma “parlamentin sədri” Artur Tovmasyan, “xarici işlər naziri” Davit Babayan, “deputat” Vahram Balayan və “müşavir” Masis Mayilyandır.
12-10-2022, 20:43
Ermənilər mühəndis texnikamızı atəşə tutublarOktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
12-10-2022, 18:21
Ermənilər mühəndis texnikamızı atəşə tutublarOktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.