“Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                       
15-11-2025, 18:20
İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində - FOTO


İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində - FOTO

Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.







15-11-2025, 18:14
İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı


İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

“Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.
Bu barədə İctimai Televiziya məlumat yayıb.
Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin bu il 13 yanvar 2021 dekabr tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2021-ci ilədək "Ezde" qrup MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
15-11-2025, 17:27
İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub


İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.
Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.
Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.
Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.
Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.


15-11-2025, 17:05
Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə


Ceyhun Bayramov ilk dəfə Mərkəzi Asiya ölkələri XİN başçılarının görüşündə

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilir.
Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də bildirib.
Onun sözlərinə görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunur.
“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.
15-11-2025, 16:46
Rusiyaya təzyiqim işə yarayacaq - Tramp


Rusiyaya təzyiqim işə yarayacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına ümid etdiyini bildirib.
O bunu Britaniyanın "GB News" telekanalına müsahibəsində deyib.
Müsahibə zamanı Tramp səkkiz müharibənin qarşısını aldığını və Ukraynanı nəzərdə tutaraq birinin qaldığını vurğulayıb.
O qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Rusiya-Ukrayna müharibəsi qədər güclü müharibə olmamışdı: “Biz Rusiyaya böyük iqtisadi təzyiq göstəririk”.

15-11-2025, 15:59
Naxçıvanda iki avtomobil toqquşdu - 2 nəfər xəsarət aldı


Naxçıvanda iki avtomobil toqquşdu - 2 nəfər xəsarət aldı

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
14-11-2025, 22:32
Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu


Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu

Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib.
Bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib.
Emin İbrahimov bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimdə mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər.
Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist “Euronews” telekanalında fəaliyyət göstərirdi.
O, xüsusilə 44 günlük Vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.
14-11-2025, 22:10
Bakıda çoxmərtəbəli binada yanğın


Bakıda çoxmərtəbəli binada yanğın

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.
Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.
14-11-2025, 21:43
Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?


Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb?

Babək rayon Cəhri Qəsəbəsi 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi müəllim tərəfindən zorakılığa məruz qaldıqları ilə bağlı iddialar səsləndirib.
Şagird, Fərəcova Zəhra Şahin qızı müəllimi Etibar Əhmədov tərəfindən kəmərlə bağlanaraq döyüldüklərini bildirib.
Məktəblinin şikayəti ilə bağlı Naxçıvan Təhsil Nazirliyi açıqlama yayıb:
“Babək Rayon Təhsil Şöbəsi tərəfindən məsələnin araşdırılmasına başlanılıb.
Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırma yekunlaşdıqdan sonra şagirdin döyülmə faktı və digər qanunazidd davranışlar öz təsdiqini taparsa, qanunauyğun qaydada cəza tədbiri görüləcək”.
Qeyd edək ki, həmin müəllim “Baku TV”yə iddiaları təkzib edib və bildirib ki, şagirdi elektron qəlyan çəkməkdə günahlandırıb.
Məktəblinin babası isə nəvəsinin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib:
“Elə şey olmayıb. Yalan söhbətdir. O qrupun dedikləridir”.
14-11-2025, 21:15
Təxribatçı jurnalist Ermənistana buraxılmadı


Təxribatçı jurnalist Ermənistana buraxılmadı

“Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib.
Bu barədə "WarGonzo"nun "Telegram" kanalında bildirilib.
Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.
O da bildirilib ki, təfərrüatlar araşdırılır və jurnalist geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.
Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb.
Xatırladaq ki, erməni əsilli media maqnatı Aram Qabrielyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.
Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib. Aram Qabrielyanov da bir neçə il əvvəl Ermənistana buraxılmayıb. O, Ermənistan XİN-in "arzuolunmaz şəxs" siyahısındadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!