Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
25-02-2026, 23:27
Tramp və Zelenski telefon danışığı apardılar


Tramp və Zelenski telefon danışığı apardılar

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski telefon danışığı aparıb.
Ukrayna tərəfin fevralın 26-da Ukrayna danışıqlar heyətinin rəhbəri Rustem Umerov ABŞ nümayəndələri ilə görüşərək ölkənin üç aktual məsələsini müzakirə edəcəyini deyib.
Həmçinin tərəflər martın əvvəlində Rusiya ilə üçtərəfli görüşə hazırlıq görəcək.
25-02-2026, 23:08
Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək"


Prezident: "Bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək"

"Dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. Onminlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir. Bildiyiniz kimi, biz əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə vəsait ayırırdıq. Çünki yaşamaq üçün əsas ilkin şərtlər olmalıdır - elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə "Böyük Qayıdış" prosesi daha sürətlə gedəcək".
Bu sözləri Prezident İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü zamanı deyib.
"Burada iş yerləri də yaradılır, həm dövlət xətti ilə, həm ictimai təşkilatların xətti ilə və əlbəttə ki, özəl sektor. Burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı arzu edirəm", - deyə dövlətimizin başçısı vurğulayıb.
25-02-2026, 22:52
İlham Əliyev Xocalının Xanabad kəndində - YENİLƏNİB


İlham Əliyev Xocalının Xanabad kəndində - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına və birinci xanıma kənddə görülmüş işlər barədə məlumat verib.
Xanabad Xocalı rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. Kənd Silahlı Qüvvələrimizin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
İşğaldan əvvəl kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərib. Burada ölkə əhəmiyyətli XIII əsrə aid kilsə və IX əsrə aid "Aslan qalası" memarlıq abidələri var.
Kənddə ümumilikdə 276 ev var ki, onlardan da 115-i yararsız, 161-i isə qismən yararlıdır. İndiyədək 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Bir neçə gün əvvəl 38 ailə - 154 nəfər kəndə qayıdıb.
Xanabadda bir sıra sosial layihələr icra olunub. Belə ki, mövcud 3 transformator məntəqəsi, elektrik və qaz xətləri bərpa edilib, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib, subartezian quyularında və su anbarında təmir işləri aparılıb, 2 yeni su anbarının qurulması işlərinə başlanılıb. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, kənddaxili yollar bərpa olunub. Kəndin girişində "Xanabad" kompozisiyası quraşdırılıb, Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş Əmrah Sahiblinin evində oldular.

Prezident İlham Əliyev: Salam.

Qadın sakin: Salam, xoş gördük.

Nümayəndə: Cənab Prezident, kənd buradan görünür elə. Arxasında yardımçı sahələr də var.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz burada?

Sakin: Çox gözəl, Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Gəlin, gəlin, uşaqlar. Ev necədir?

Sakin: Çox gözəl, Allah razı olsun.

Prezident İlham Əliyev: Neçə gündür buradasınız, 5 gündür?

Sakin: 5 gün olar.

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq sakin: Duyğu.

Prezident İlham Əliyev: Duyğu? Gəl, gəl, Mehriban xanımla görüş.

Birinci xanım Mehriban Əliyeva: Gəl buraya, görüşək.

Sakin: Xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Harada yaşayırsan, göstər, hanı sənin otağın?

Prezident İlham Əliyev: Şəraitiniz necədir?

Sakin: Salam. Çox yaxşıdır.

Prezident İlham Əliyev: İşin var?

Sakin: Təmin ediblər.

Prezident İlham Əliyev: Gəlin. İşlə təmin etmək üçün təkliflər verərsiniz.

Nümayəndə: Bəli, cənab Prezident İlham Əliyev. Artıq müraciət edib. Sürücü işləyir. Ümumiyyətlə, çalışırıq məşğulluqla bağlı Sizin tapşırığınızı yerinə yetirək.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Nümayəndə: Xocalıya köçən əhalinin 4100 nəfərindən 1230 nəfəri daimi işlə təmin olunub. Müəssisələr də çoxdur. Açılışlarında Siz də iştirak edirsiniz.

Prezident İlham Əliyev: Bəli, müəssisələr çoxdur. Məktəb də var. Müəllimlər necədir?

Digər nümayəndə: Biz 110 ailəni köçürəndən sonra müəllim kontingenti buraya yığılacaq. Çünki az əhali ilə aça bilmirik. Novruz bayramına qədər buraya 110 ailəni köçürəcəyik. Evlər hamısı hazırdır.

Prezident İlham Əliyev: Sənin neçə yaşın var?

Kişi sakin: Otuz iki.

Prezident İlham Əliyev: Sən işğaldan sonra anadan olmusan?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Valideynlərin sağdır?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Harada yaşayırlar?

Kişi sakin: Xanabad kəndində.

Prezident İlham Əliyev: Bir daha təbrik edirəm.

Sakin: Çox sağ olun.

Prezident İlham Əliyev: Gedək, bayırda şəkil çəkdirək. Əlini ver.

Sakin: İlham dayıya əlini ver. Afərin.

Prezident İlham Əliyev: Sözəbaxan uşaqdır.

Sakin: Çox yaxşı uşaqdır, çox ağıllı oğlandır.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Sakin: Çox sağ olun.

Uşaq sakin: Mən Sizi televizorda görəndə çox sevinirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Sağ olun.

16:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocalı rayonunun Xanabad kəndində görülmüş işlərlə tanış olublar.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


25-02-2026, 22:04
Əraqçi: İran nüvə proqramında hərbi yol yoxdur


Əraqçi: İran nüvə proqramında hərbi yol yoxdur

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin dinc nüvə proqramı ilə bağlı hərbi həll mövcud deyil.
Əraqçi bu açıqlamanı ABŞ-la Cenevrədə keçiriləcək üçüncü danışıqlar raundu ərəfəsində "India Today" telekanalına müsahibəsində verib.
Nazir qeyd edib ki, Tehran hər hansı narahatlıq və suallara cavab verməyə hazırdır, lakin dinc məqsədli nüvə texnologiyalarından istifadə hüququndan imtina etməyəcək.
Əraqçi əlavə edib: “Bu dəfə daha ehtiyatlıyıq və müəyyən narahatlıqlarımız var. Amma ABŞ tərəfi ciddi şəkildə həll yolu tapmaq niyyətindədirsə, razılaşma mümkündür”.
25-02-2026, 21:20
OpenAI ChatGPT-nin sui-istifadəsini açıqladı


OpenAI ChatGPT-nin sui-istifadəsini açıqladı

OpenAI yeni hesabatında ChatGPT texnologiyasının sui-istifadə hallarını açıqlayıb.
Şirkət Çin hüquq-mühafizə orqanları ilə əlaqəli, romantik fırıldaqçılıq və təsir əməliyyatları aparan hesabları, o cümlədən Yaponiyanın ilk qadın baş naziri Sənə Takaichi əleyhinə gizli kampaniyaları dayandırdıqlarını deyib.
Hesabata görə, bəzi hesablar ChatGPT-dən və digər alətlərdən istifadə edərək saxta tanışlıq agentliyi, vəkillik firmaları və ABŞ rəsmiləri adı altında kiberfırıldaqlar həyata keçirib.
OpenAI, xüsusilə İndoneziyalı kişiləri hədəf alan saxta tanışlıq fırıldaqlarında yüzlərlə insanın zərər gördüyünü, eləcə də bəzi hesabların real vəkilləri və hüquq-mühafizə orqanlarını təqlid etdiyini bildirib.
Qeyd olunur ki, bu sui-istifadələr reklam və saxta mətnlər hazırlamaq üçün ChatGPT-dən istifadə olunub.
25-02-2026, 19:12
Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.
25-02-2026, 19:00
Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ


Vaşinqtondan Azərbaycanla bağlı VACİB MESAJ

Donald Tramp administrasiyası əvvəlki hakimiyyətlərdən fərqli olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərə daha çox diqqət ayırır.
Bu barədə ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Yakob Helberq Konqresdə keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, Vaşinqton tarixi olaraq diqqətdən kənarda qalan ölkələrlə fəal əməkdaşlıq xətti götürüb. Bu yanaşmanın nəticəsi kimi Azərbaycan, Qazaxıstan Ermənistan ilə ikitərəfli sazişlərin imzalandığı vurğulanıb.
Helberq çıxışını ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Kommersiya diplomatiyası vasitəsilə milli təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən dinləmələr zamanı səsləndirib. O qeyd edib ki, yeni administrasiya iqtisadi əməkdaşlıq alətlərini milli təhlükəsizlik strategiyasının mühüm elementi kimi qiymətləndirir.
25-02-2026, 18:46
Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR


Xameneinin iqamətgahı yaxınlığında atışma - ÖLƏNLƏR VAR

Tehranda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin qərargahı yaxınlığında silahlı toqquşma baş verib.
Bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Məlumata görə, toqquşmalar zamanı İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə marksist “Mücəhidin-e Xalq” (MEK) təşkilatının üzvləri arasında qarşıdurma yaranıb. MEK-in açıqlamasında azı 100 nəfərin öldürüldüyü və ya saxlanıldığı iddia olunur. Təşkilat həmçinin 150-dən çox üzvünün bazalarına qayıtdığını iddia edib.
Hadisənin əsasən Tehrandakı Mötəhərrı kompleksi ərazisində, ali rəhbərin qərargahı, Mühafizəçilər Şurası, Ekspertlər Assambleyası və digər strateji qurumların yerləşdiyi zonada baş verdiyi qeyd olunur. SEPAH-a yaxın “Tasnim” agentliyi və “Al Akhbar” nəşri də toqquşmaları təsdiqləyib. “Al Akhbar” hadisəni MEK-in “xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirməyə çalışdığı əməliyyat” kimi qiymətləndirib və planın ilkin mərhələdə qarşısının alındığını yazıb.
Qeyd edək ki, “Mücəhidin-e Xalq” təşkilatı İran hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınır. Qrup 1980-ci illərdə İran-İraq müharibəsi zamanı Səddam Hüseyni dəstəkləyib. ABŞ və Avropa İttifaqı isə sonradan təşkilatı terror siyahısından çıxarıb.
25-02-2026, 18:45
Trampdan İrana hücum siqnalı


Trampdan İrana hücum siqnalı

ABŞ Prezidenti Donald Tramp Konqresdə etdiyi “Ölkənin vəziyyəti” çıxışı zamanı İrana qarşı mümkün hərbi əməliyyat ehtimalını əsaslandırmağa çalışıb. O bildirib ki, ABŞ “dünyanın ən böyük terror sponsoru”nun nüvə silahına sahib olmasına imkan verməyəcək.
Tramp çıxışında Tehranın silahlı qruplara dəstək verməsini, etirazçıların öldürülməsini, həmçinin raket və nüvə proqramlarını region və ABŞ üçün təhdid kimi qiymətləndirib.
O, İranı nüvə proqramını yenidən aktivləşdirməkdə və yaxın zamanda ABŞ-a çata biləcək raketlər hazırlamaqda ittiham edib.
ABŞ lideri İranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmamasından narazılığını ifadə edib və rəsmi Tehranın nüvə silahı əldə etməyəcəyinə dair açıq öhdəlik vermədiyini vurğulayıb.
İran isə nüvə tədqiqatlarının yalnız mülki enerji məqsədləri daşıdığını bildirir.
Qeyd edək ki, Trampın çıxışı fonunda Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin artırılması diqqət çəkir və mümkün qarşıdurma ehtimalı müzakirə olunur.
25-02-2026, 18:22
Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA


Toliklə Elgizin verilişinin bağlanması təklifinə RƏSMİ REAKSİYA

Son günlər Audiovizual Şuranın rəsmi veb-saytı, elektron poçtu və digər əlaqə vasitələri ilə vətəndaşlardan, eyni zamanda media nümayəndələrindən şikayət və sorğular daxil olur. Həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə bağlıdır. Bəzi müraciətlərdə həmin televiziya proqramlarının və ya ümumən kanalların bağlanması tələb olunur.
Bu barədə Şuradan bildirilib.
Açıqlamada bildirilir ki, Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanıdır. Audiovizual Şuranın fəaliyyəti və ümumiyyətlə, audiovizual media sahəsinin tənzimlənməsi "Media haqqında" Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunlar əsasında aparılır. "Media haqqında" Qanunun 5.4-cü maddəsində təsbit olunmuşdur ki, media sahəsində fəaliyyət yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir.
"Qeyd olunanlara əsasən bildiririk ki, hər hansı bir proqramın fəaliyyətə başlaması və ya bağlanması, habelə hər hansı bir aparıcının və ya redaksiya əməkdaşının işə götürülməsi və ya işdən çıxarılması, dəvət olunan qonaqların, müzakirə olunan mövzuların müəyyən edilməsi sırf redaksiya siyasəti çərçivəsinə daxil olub Audiovizual Şuranın səlahiyyətlərinə aid deyildir. Audiovizual Şura hər hansı bir kanala (redaksiyaya) qarşı sanksiya və ya inzibati tənbeh tədbiri tətbiq edərkən "Media haqqında" Qanuna və bu sahəni tənzimləyən digər qanunlara əsaslanaraq qərar qəbul edir. Buna görə də, müraciətlərdə bəzi vətəndaşlar tərəfindən istənilən kimi hər hansı proqramın bağlanmasını və ya aparıcının efirdən uzaqlaşdırılmasını Audiovizual Şura yerinə yetirə bilməz.
Bununla bərabər qeyd olunmalıdır ki, Audiovizual Şura mütəmadi olaraq yayımçıların rəhbərləri ilə, redaksiya üzrə məsul şəxsləri ilə müxtəlif formatlarda görüşlər keçirir. Görüşlərdə televiziya kanalları ilə bağlı ictimaiyyətin haqlı narazılığına səbəb olan məsələlərə dair Audiovizual Şuranın səlahiyyətləri çərçivəsində zəruri tövsiyələrin verilməsi təmin olunur.
Bir daha audiovizual yayımçılardan qanunvericiliyin tələblərinə ciddi əməl etmələri, peşə etikası qaydaları çərçivəsində fəaliyyət göstərmələrinin təmin etmələri tələb olunur", - açıqlamada qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!