“Qarabağ”dan növbəti qələbə .....                        Şeyx Patriarx Kirillə erməni revanşizmindən danışdı .....                        Suriya Prezidenti Azərbaycana dəvət edildi - FOTO .....                        Xaçmazda maşın aşdı - 4 nəfər yaralandı .....                        Samir Şərifov Suriya Prezidenti ilə görüşdü .....                        DİN-dən saxta səhifələrlə bağlı XƏBƏRDARLIQ .....                        Kəmaləddin Heydərovdan iranlı nazirə başsağlığı .....                        Kipr problemi iki suveren dövlətin yaradılması əsasında həll olunacaq - Ərdoğan .....                        Rəsmi Bakı Badamova görə Moskvadan izahat gözləyir .....                       
13-03-2024, 18:37
Yeni yerüstü sınaq televiziya yayımına başlanılır


Yeni yerüstü sınaq televiziya yayımına başlanılır

Martın 16-sı, saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, Azərbaycanda daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.
Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.
Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.
Buna qədər 2023-cü ilin mayın 15-də saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.
Qeyd edək ki, Zaqafqaziyada ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.
Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.
Bildirilir ki, DVB-T ilə müqayisədə təxminən 50 % daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.
13-03-2024, 18:10
Azərbaycan yaşıl keçid istiqamətində də çox vacib layihələri icra edir


Azərbaycan yaşıl keçid istiqamətində də çox vacib layihələri icra edir

Azərbaycan qazıntı yanacağı ixrac edən ölkə olması ilə bərabər, yaşıl keçid istiqamətində də çox vacib layihələri icra edir.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edən zaman bildirib.
Dövlət başçısı Xəzər və Qara dənizi birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsindən də danışıb.
13-03-2024, 17:51
İlham Əliyev BMT rəsmisini qəbul etdi


İlham Əliyev BMT rəsmisini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
13-03-2024, 17:40
Millimizin üzvləri Astanada 10 medal qazandı


Millimizin üzvləri Astanada 10 medal qazandı[/size]

Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri başa çatıb.
10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayevlə (82 kiloqram) gümüş Əli Quliyev (87 kiloqram) gümüş, Hüseyn Savadovla (55 kiloqram), Məhəmməd Şükürzadə (63 kiloqram), Təvəkgül Həziyev (67 kiloqram), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib.
Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.
13-03-2024, 17:29
Ermənistan-İran sərhədindəki keçid məntəqəsi təmir olunur


Ermənistan-İran sərhədindəki keçid məntəqəsi təmir olunur

“Ermənistan-İran sərhədində yerləşən Mehri keçid məntəqəsinin modernləşdirilməsi və yenidən qurulması üzrə işlər adi qaydada davam edir”.
Bunu podratçı “Tana Energy Management” şirkətinin direktoru Behzad Eslahçı Ermənistanın Dövlət Gəlirləri Komitəsinə bildirib.
Qeyd edək ki, Ermənistan-İran sərhədindəki Meqri sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi 2026-cı ilə qədər davam edəcək.
"Nəticədə orada beynəlxalq standartlara cavab verən müasir nəzarət-buraxılış məntəqəsi yaranacaq. Xüsusən də yük və minik avtomobillərinin rentgen müayinəsi üçün bina və platformalar tikiləcək", - Ermənistanın Dövlət Gəlirləri Komitəsindən bildirilib.

13-03-2024, 17:18
Avropa İttifaqı Misirə 7.4 milyard avro ayırdı


Avropa İttifaqı Misirə 7.4 milyard avro ayırdı

Avropa İttifaqı Misirə iqtisadiyyatı gücləndirmək üçün 7.4 milyard avro ayırır.
Bu barədə "Financial Times" məlumat yayıb.
Britaniya qəzeti yazır ki, Qəzza zolağı və Sudanda münaqişələrin bu ölkədə maliyyə problemlərini pisləşdirə və Avropaya miqrasiya təzyiqini artıra biləcəyi qorxusu fonunda Avropa İttifaqı Misirə iqtisadiyyatını gücləndirmək üçün qrant və kreditlər şəklində yardım etməyə hazırdır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən martın 17-də Yunanıstan, İtaliya və Belçikanın baş nazirləri ilə birlikdə Qahirəyə birgə səfəri zamanı imzalanacaq saziş olacaq.
13-03-2024, 17:00
Yol nişanlarının qurulması AYNA-nın səlahiyyətinə keçdi


Yol nişanlarının qurulması AYNA-nın səlahiyyətinə keçdi

Azərbaycanda yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
“Yol hərəkəti haqqında” qanuna əsasən, yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. Bu halda yol nişanlanmasına və yol nişanlarının tətbiqinə münasibətdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Daxili İşlər Nazirliyinin rəyi nəzərə alınmaqla), svetoforların tətbiqinə münasibətdə isə Daxili İşlər Nazirliyi məsul qurum kimi müəyyənləşib.
13-03-2024, 16:56
XİN Başçısı Yunanıstanın nazir müaviniylə bir sıra məsələləri müzakirə etdi


XİN Başçısı Yunanıstanın nazir müaviniylə bir sıra məsələləri müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Yunanıstan Respublikasının ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.
İki ölkə rəhbərləri arasında artan təmasların, XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov ötən ilin dekabr ayında həmkarı, Yunanıstanın xarici işlər naziri ilə keçirilmiş görüşü məmnunluqla xatırlayıb, siyasi təmaslar ilə yanaşı, Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşməsinin zəruriliyini vurğulayıb.
Tərəflər həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini diqqətə çatdırıblar. Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavininin ölkəmizə səfəri çərçivəsində onun və Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.
13-03-2024, 16:52
Prezident bu rayonların xüsusi nümayəndəsiylə bağlı sərəncam verdi


Prezident bu rayonların xüsusi nümayəndəsiylə bağlı sərəncam verdi

Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1527 (Cild I) ləğv edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
13-03-2024, 16:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mükafatlandırılılacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları mükafatlandırılılacaq

Prezident İlham Əliyev 9 aprel 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi”ndə və 27 mart 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, hər iki agentliyin sərəncamında qalan vəsaitdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!