Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 15-11-2020, 20:20
Sadəcə boğuq səslər...

İlkin müəllimlə əvvəlcədən planlaşdırdığımız kimi “Yeniavaz.com”un ofisində görüşüb
fotoaparat və videokomeranı götürdükdən sonra Masazıra getdik. Orada redaksiyanın digər
əməkdaşı Ruslan müəllimlə görüşüb birlikdə Novxanıya yollandıq. Çoxumuz bu kəndi
Cümhuriyyətin qurucusu olan Məmməd Əmin Rəsulzadənin doğulub, böyüdüyü kənd kimi
tanıyırıq. Amma indi həmin yerə getməyimizin səbəbi başqa idi. Sadəcə olaraq bu qələbə
günlərində xalqımıza ilk müstəqilliyi daddıran şəxsiyyəti xatırlamağı və xatırlatmağı özümə
borc bildim. Məqsədimiz Böyük Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi)
qəhrəmanlıq göstərən Amil Əliyev haqqında reportaj hazırlamaq idi. Amil Qarabağda başlayan
antiterror əməliyyatlarının ilk günlərindən döyüşlərdə fəal iştirak etməyə başlayıb.
Qəhrəmanımız minaya düşən əsgər yoldaşını xilas etmək istəyərkən mina partlayır və o hər iki
gözünü itirir.
Belə bir çəkilişə ilk dəfə getdiyimə görə, yol boyu beynimə qəribə fikirlər gəlirdi. “Bura Məmməd Əmin Rəsulzadənin doğulub, böyüdüyü evdir” deyə İlkin müəllim dilləndi. Küçənin qurtaracağındakı divarda asılmış lövhədə bu haqda az da olsa məlumat var idi. Küçədən döndük və qoşa minarəli kənd məscidinin önündən keçib Amilin yaşadığı evə çatdıq. Həyətə daxil olanda sol tərəfdə sökülmüş köhnə tikilinin qalıqları gözümə dəydi. Həyətin digər səmtində isə ailənin yaşadığı ev idi. Qəhrəmanımızın yaxınları bizi çox isti qarşıladılar.
Ayaqüstü kiçik dialoqdan sonra biz çay süfrəsinə dəvət olunduq. Evin elə də hündür olmayan eyvanına qalxmaq üçün bir neçə pilləkən kifayət etdi. Eyvanın beton döşəməsinin üstünə
köhnə xalçalar sərilmişdi. İlkin müəllimlə Ruslan müəllimin ardınca mən də otağa daxil oldum. Amil stolun qırağında oturmuşdu. Hamı kimi mən də Amillin əlini sıxıb əyləşdim.
Təsadüfdən qazimizlə üzbəüz əyləşmişdim. Sonuncu dəfə gözü görməyən biri ilə qarşı-
qarşıya oturduğumu xatırlamıram. İlkin müəllim Amillə söhbət edir, başına gələnlər barədə maraqlanırdı. Ruslan müəllim isə bir o qədər də rahat deyildi. Mən isə özümü toparlamağa çalışırdım. Faiq kişi oğlu Amilin yanında idi. O birinci Qarabağ müharibəsindəki çətinliklərdən
danışır və bu günlə müqayisə edib “Allaha çox şükür. Bu müharibədə həmin problemlər olmadı” deyə təbəssümlə danışırdı. Kişi danışdıqca gözlərinin içinə baxmağa çalışırdım. Orada
sevinc və kədərin birləşdiyi açıq-aydın sezilirdi. Bir insanın oğlu döyüşə gedir və qəhrəmancasına vuruşaraq gözlərini itirir. Yenidən evinə, ailəsinin yanına qayıdır. Amma ata və ana hər cümləsini “Allaha şükür” lə bitirir. Bu ümidin ölməzliyidir. Eşitdikcə sanki qanım donurdu. “Yeddi ayın əsgəri idi. Əlimdən bərk-bərk tutub üzümə baxıb gülürdü. Birdən komandirimiz “gedirik” deyə əmr verdi. Elə bu vaxt güclü partlayış oldu. Üzümün yandığını
hiss etdim və həmin an dünya qaraldı”. Amil bu cümlələri dodaqlarının altında asta-asta desə
də, aydın şəkildə eşidilirdi. Sonra necə sağ qalması haqqında da bir neçə söz dedi: “Komandirim məni çiyninə alıb döyüş meydanından çıxardı. Mən həyatımı ona borcluyam”.
Ardınca çəkiliş qrupumuzla birlikdə Amil və ailəsi onu xilas edən komandirinin evinə getdik. Qəhrəman komandir artıq şəhid olmuşdur. Amil isə onun ailəsini ziyarət etməyi özünə borc bilirdi. Qazimiz bizim də olduğumuz avtomobillə getdi. Yenə də yol boyu əsas həmsöhbət İlkin müəllim idi. İlkin müəllim ona məni də maraqlandıran sual verdi. “Döyüşlərdən qayıdandan sonra yuxu görürsən?” Amil isə “Yox, yaralandıqdan sonra yuxu görməmişəm” deyə cavab verdi. Sonra da əlavə etdi: “Xəstəxanada olanda gördüm ki, addımlayıram, gözüm görür.
Oyanandan sonra bunu həkimlərə danışdım. Onlarsa mənə yuxu gördüyümü bildirdilər. 23 il gözün görür. Sonradan sən əbədiyyən dünya işığından məhrum olursan. Heç yuxuda belə, nə isə görə bilmirsən. Ağır dərddir. Çox Ağır...
Artıq şəhid komandir İlkinin ailəsinin yaşadığı evə çatdıq. Amilin gəlişini eşidən İlkinin ailəsi onu çox böyük sevinclə qarşıladı. Qarşılanma mərasimini görmək üçün sadəcə olaraq iki göz kifayət edirdi. Ancaq yox idi... Yalnız boğuq səslər. Kiminsə səni qucaqladığını hiss etdirən hənirtili nəfəs...

Qasım Xuluflu,
BDU Jurnalistika fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!