Laçında möhtəşəm atəşfəşanlıq .....                        İstanbuldan Azərbaycanın iki şəhərinə birbaşa uça biləcəyik .....                        Kurtulmuş yenidən sədr seçildi .....                        Atambayev barədə həbs qərarı verildi .....                        Ceyhun Bayramov Keniya Prezidenti ilə görüşdü .....                        Deputat parlamentdə özünün çılpaq fotosunu göstərdi .....                        Onlar Vardanyanın məhkəməsində ifadə verdilər .....                        Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI .....                        Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi .....                       
Tarix : 10-09-2014, 18:55

 Arif Məmmədli

Bütün dövrlərdə “Alim olmaq asandır, yoxsa adam olmaq?”-sualı hamını düşündürüb və aktuallığını itirməyib. Həmişə də adam olmağın daha çətin olduğu təsdiqini tapıb. Hər biriniz bu barədə onlarla nümunə söyləyə bilərsiniz. Yeri gəlmişkən, birini də mən söyləyim. Ölkə klinikalarının birində unikal bir əməliyyat aparılmışdı. Klinika rəhbərliyinin razılığı ilə həmin əməliyyatı aparan iki cərrahdan qısa məlumat almaq istəyirdik. Cərrahın biri növbəti əməliyyatda olduğu üçün digər cərrahla- Türkiyədə uzmanlıq təhsili alan cavan mütəxəssislə görüşmək qərarına gəldik və düşündük ki, bu barədə onun açıqlaması daha maraqlı olar. Amma bu cavan oğlanın heç bir səbəb olmadan, gözlənilməyən aqressiyasını anlamadıq. O, əməliyyatla bağlı açıqlama verməkdən kobud şəkildə imtina elədi. “Qanan qanmayana borcludur” misalını yada saldıq və həm də fikirləşdik ki, özündən razı, “xaricdə təhsil alan mütəxəssis” eyforiyasından başı gicəllənən cərrahın “qazını almaq” çox vaxt aparar.Elə bu vaxt o biri cərrah əməliyyatdan qayıtdı. Nə qədər yorğun olsa da, simasındakı təbəssüm, hərəkətlərindəki təmkin, qarşı tərəfi yüksək səviyyədə dinləmək qabiliyyəti bizim də əsəblərimizi sakitləşdirdi. Lazım olan məlumatları məmnunluqla bizə çatdırdı və xoş ovqatla ayrıldıq. Çünki o təkcə alim deyildi, həm də əsil adam idi...Qısası, hər kəs yaxşı həkim də ola bilər, yaxşı müəllim də, yaxşı jurnalist də, yaxşı baytar da, yaxşı nələr də, nələr də... İlk növbədə isə yaxşı adam olmaq gərəkdir. Yaxşı adam olmağı bacarmayanların bütün yaxşı bildiklərinə üç nöqtə.



Paylaş



Bölmə: Köşə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!