Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 27-01-2021, 14:05
Vətəni, torpağı qoruyan kəs heç vaxt təmənna ummur

Əsgəri xidmətim keçmiş sovet dövrünə təsadüf edib, sərt iqlim şəraitinə malik olan bir bölgədə xidmət etmişəm. Niyə qeydlərimə əsgərliyimlə bağlı dövrdən başlayıram? Bildiyimiz kimi, Sovet İttifaqı iqtisadi və hərbi qüdrətinə görə dünyaya meydan oxuyan bir dövlət idi. Amma iqlim şəraitindən asılı olmayaraq bütün hərbi hissələrdə xidmət keçən zabitlərə, gizirlərə fərq qoyulmurdu. Hamısı eyni səviyyədə əmək haqqı alırdı.

Bu gün Azərbaycanda döyüş əməliyyatları yekunlaşıb, Qarabağ bölgəsi ordumuzun hərbi uğurlarının nəticəsi olaraq işğaldan azad edilib. Buna görə də yeni ərazilərdə hərbi bölmələrin yaradılması zərurəti meydana çıxır və bu zaman hərbi qulluqçuların sayı da artırılır. Doğrudur, dağlıq şəraitdə xidmət etməyin özəl çətinlikləri var və mən bildiyim qədər buna görə əmək haqqında 20-30 faiz həcmində artım nəzərdə tutulur. Məsələn, Gədəbəy bölgəsindədki yüksəklikdə xidmət etmiş bir neçə zabit dostum həmin artıma uyğun pensiya alır. Yəqin ki, Laçın, Kəlbəcər rayonlarının dağlıq şəraitində xidmət edən hərbçilərə də bu imtiyaz şamil olunur. Üstəlik Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununa görə də hərbi qulluqçulara müvafiq imtiyazlar verilir, məsələn hərbi peşə sahibləri başqalarından fərqli olaraq erkən yaşda təqaüdə çıxa bilir, dövlət hesabına mənzillə təmin olunur, yaxud kirayə pulu verilir. Açıq deyək də, cəmiyyətimizdə kimlər 48 yaşında təqaüdə çıxa bilir, heç kim. Əgər belə imtiyazlar hərbçilərə verilirsə, deməli dövlət bu qisimdən olan insanların çətinliyini, əziyyətini düşünüb belə addımlar atır.

Yanvar ayında sərhəd bölgələrində xidmət keçən hərbçilərə birqat məvacib verilməsi son günlərin müzakirə mövzusu olub. Düşünürəm ki, əgər lazımi dövlət qurumları bu addımı atıbsa, deməli bir qanuna istinad ediblər. Hərbi qulluqçuların statusu haqqında Qanunun 2-ci bölməsinin 10-cu maddəsinə əsasən, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Deməli, yalnız döyüş əməliyyatlarında iştirak edən hərbçilər ikiqat əmək haqqı almaq hüququna malikdir. Və illərdir ki, Azərbaycan müharibə şəraitində olduğuna görə düşmənlə təmas xəttində xidmət edən zabit-gizirlərə bu imtiyaz şamil olunub. İndi isə müharibə yoxdur, düşmənlə təmas xəttində isə sərhəd bölmələri yerləşdirilir.

Azərbaycan dövləti müharibədə iştirak etmiş vətəndaşları üçün kifayət qədər imtiyazlar ayırıb, hər il yüzlərlə şəhid ailəsi, müharibə qazisi dövlət hesabına mənzillərlə təmin olunur, onlara ayrılmış sosial müavinətlər ilbəil artırılır. Gəlin xatırlayaq ki, son bir illik pandemiya dövründə ölkə iqtisadiyyatında müəyyən geriləmə olsa da, şəhid ailələri və Qarabağ qaziləri ilə bağlı olan heç bir sosial layihə təxirə salınmadı. Təsadüfi deyil ki, dövlət başçımız Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixində, yağışlı, küləkli bir gündə Şəhidlər Xiyabanına gəlib burdan xalqımıza Qələbə xəbərini bəyan etdi. Yəni Prezidentimiz bu hərəkəti ilə sübut etdi ki, torpaqlarımızın işğaldan azad edilməsinə görə öncə şəhidlərimizə, qazilərə, müharibə iştirakçılarına borcluyuq. Bu ilin ilk günü Prezidentimizin imzaladığı ilk sərəncam məhz şəhid ailələri və müharibə əlillərinə verilən təqaüdün artırılması ilə bağlı oldu. Digər bir sərəncamla “Yaşat” Fondu təsis edildi və bu qurumun fəaliyyətinə nəzarət etmək üçün cəmiyyətimizdə tanınan ziyalılar, elm adamlarından ibarət Müşahidə Şurası yaradıldı. Yaxın-uzaq dostlarımdan eşidirəm ki, bu fondun nümayəndələri müntəzəm olaraq rayonlarda, kəndlərdə şəhid ailələrinə, Qarabağ qazilərinə baş çəkir, onların sosial problemləri ilə maraqlanırlar.

Təəssüflənirəm ki, bəzi ekspertlər, iqtisadçılar, ziyalılar məsələ ətrafında subyektiv fikirlərini önə çəkir, guya ordunun, hərbi peşələrin cəmiyyətdə hörmətdən salınması üçün belə addımın atıldığını güman edirlər. Əminəm ki, Ali Baş Komandanımızın göstərişi ilə ordunun şəxsi heyətinin əmək haqqısı ilə bağlı məsələyə də qısa zamanda baxılacaq və hərbi qulluqçularının sosial rifahını daha da yaxşılaşdırmaq üçün yeni tədbirlər planı həyata keçiriləcəkdir.

44 gün davam edən Vətən müharibəsində on minlərlə gəncimizin, hərbi qulluqçunun vətənpərvərliyi hesabına qələbə qazandıq. Son nəfəsədək düşmənlə çarpışan döyüşçülərimizin qanı, canı bahasına torpaqlarımız işğaldan azad olundu. Sübut olundu ki, ölüm-dirim savaşına atılan hərbçimiz həmin anda nə məvacib düşünürdü, nə də dövlətdən bir təmənna umurdu. Onu bu yolda ruhlandıran yalnız Vətən sevgisiydi, millətimizə, xalqımıza olan bir övlad yanğısıydı...

Arif PƏNAHLI,
ehtiyatda olan polkovnik-leytenant,
Qarabağ müharibəsi veteranı


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!