Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 29-01-2015, 15:48
MƏNSUR, YOXSA MANSUR?
Arif Məmmədli
Dostumuz, şair-publisist Mənsur Ələkbərovun ilk baxışdan çox kiçik görünən "böyük" bir problemini sizinlə paylaşmaq istəyirəm. Dostumuz VIII sinifdə oxuyan oğlu Murada şəkilsiz şəxsiyyət vəsiqəsi almaq istəyərkən bu problemlə üzləşib. Əslində problemin kökü bir qədər əvvələ gedib çıxır. Belə ki, Mənsur özü şəxsiyyət vəziqəsi alarkən məlum olub ki, doğum şəhadətnaməsində Mansur yazılıb. O, izah etməyə çalışıb ki, mən Qərbi Azərbaycanda doğulmuşam. Orada Şəhadətnamə iki dildə: rus və erməni dilində yazılırdı. Rus dilində "ə" hərfi olmadığından sənəddə "a" yazıblar. Yəni
MƏNSUR, YOXSA MANSUR?
Mənsur əvəzinə Mansur. Diplomda, iş yerində, digər vəsiqələrində də Mənsur yazılıb. İsrarla deyiblər ki, mümkün deyil, şəxsiyyət vəsiqəsində Mansur yazılmalıdır. O qədər sənəd istəyiblər ki, axırda bezərək "nə yazırsız, yazın" deyib. Beləcə şəxsiyyət vəsiqəsində Mansur adı rəsmiləşib. İndi isə "ciddi araşdırmalar" aparılır. Görək nəticəsi necə olacaq? Necə deyərlər, bu "aktual" problemi" diqqətdə saxlayacaq, ictimaiyyətə vaxtaşırı məlumatlar verəcəyik. Sonra deyirsiz ki, məmurlar işləmir. Deməli, istəsələr gözlərindən tük də yayına bilməz. Belə çıxır ki, Azərbaycanda erməni adlarının "milliləşdirilməsi"ndə yerli məmurların "zəhməti" çox olub. Texniki yanlışlıq istisnadır.
Zəruri qeyd: 2013-cü ildə böyük oğlu Abbasa şəkilsiz vəsiqə alarkən nədənsə bu problemi "görməyiblər". Yəni atasının adını Mənsur yazıblar. Görünür, arada "şirinlik" məsələsi olub.
P.S. Hörmətli hüquqşünaslar, görəsən bu problemin sadə həll yolu varmı?


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!