Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Seyfəddin RZASOY yazır: .....                       
Tarix : 21-01-2016, 14:38
Unudulmaz  səyahət

Sevda Mikayılqızı

...Həyatı yalnız işindən ibarət idi elə bil. Yaxşıdı ki, hec olmasa sevdiyi işlə məşğul olurdu. İş-gücünün nəticəsi də daxil olmaqla bütün həyatı “uf” demədən canını da verməyə hazır olduğu ailəsinə aid idi və bu ona məmnunluq yaşadırdı. Amma, “İnsan sözün tam mənasında yalnız öz ailəsində xoşbəxt olur “ kəlamına etiraz etməsə də, hərdən zarafatla, “İnsan ictimai məxluqdur” deyərək özünün maraqlı saydığı insanlarla ünsiyyətdə olmaq ehtiyacına bəraət qazandırırdı.
Həyat proqramında istirahətə cox az yer ayrılmışdı. İstirahət deyəndə doyunca yeyib-icib yatmağı, coxlu ləzzətli şeylər yeməyi göz önünə gətirən bir cox normal adamları nəzərdə tutaraq, belə şeylər mənlik deyil, deyirdi. Bu mənada harasa təbiət qoynunda gəzməyə getmək, ürəyinə yatan insanlarla təmasda, ünsiyyətdə olmaq yetərli idi. Digəl ki, bu o qədər də tez-tez baş vermədiyindən belə qəbul eləmişdi ki, istirahət deyilən nəsə ona aid olmayan bir şeydi. Amma, bununla birdəfəlik barışdığını da demək olmazdı. Hərdən həzin-həzin gileylənir, mehribanlıqla söylənir, umurdu ki, doğmaları nəsə bir şey fikirləşsinlər bu barədə. Yeri gəlsə onu lap məcbur eləmələrini istəyirdi bəlkə də.
İnsafən, evdəkilər, xüsusilə də qızları bu məsələyə heç biganə deyildilər. Elə Gürcüstanın qarlı –günəşli kürortlarından birində 3-4 günlük dincəlmək ideyasını da onlar düşünüb, reallaşdırdılar. İsti paltarları, papaq, şarf, əlcək və gün eynəyini öz əlləri ilə qablaşdırdılar yol çantasına. Köhnə çəkmələr yaramaz deyib, içindəki qalın qoyun dərisinin yunu boğazından çölə çıxan və elə ğörünüşündən adamın canına istilik yayan təzə çəkmələr aldılar.
Həyat yoldaşı ilə birlikdə axşam Bakı-Tiflis qatarı iilə yola düşdülər. Səhər tezdən çatacaqdılar. Gedəcəkləri kurortun nümayəndəsi ora gedənlərin hamısını lazımlı sənədlərlə və xüsusi avtobusa vağzalda gözləyəcəkdi ki, təyinat yerinə qədər müşayiət etsin.
Vaqona girəndə gördükləri səliqə-səhman və təmizlikdən yaranan xoş təəssürat əhvallarını bir az da yüksəltdi. Az sonra yol yoldaşları bir-biriylə tanış olduqdan və vaqondakıların demək olar ki, hamısının istirahət üçün eyni yerə getdikləri məlum olandan sonra elə bil hamı birdən birə doğmalaşdı. Yəqin bu ona görə baş verir ki, səfərə, istirahətə gedən adamlar öz qayğılarını, dərd-sərlərini, hansısa ağırlıq gətirən problemlərini kirli paltar kimi soyunub atmağa hazır olurlar. Ödurki, bu adamların bir yerə toplaşması ilə ətrafda demək olar ki, bayram əhval-ruhiyyəsi bərqərar olur.
Çölün soyuğundan gəlmiş adamlar vaqondakı istinin təsiri altında üst paltarlarını kələm yarpağı kimi bir-birinin ardınca “soyunaraq” yüngülləşdılər. Əvvəl tanışlıqlar, sonra ümumı mövzularda söhbətlər başlandı. Lətifələrə, məzəli əhvalatlara keçəndə artıq hamı bir ailənin üzvü kimi döğmalaşmışdı.

Bu da təbii idi. Çünki, adi həyatda heç də şən, zarafatcıl adam kimi tanınmayanlar belə adətən belə mühitdə başqalaşır, daha maraqlı, məzmunlu olur və belə demək mümkünsə, bəlkə də özlərinə daha çox oxşamağa başlayırlar.
Artıq gecə yarıdan keçməsinə baxmayaraq yatmaq fikrində olan yox idi. Bu arada kimsə etinasızcasına “...Uşaqlar, elə bil dayanmışıq aaa ...” dedi. Bu da növbəti lətifənin mövzusu oldu. Gülüş səsləri yenidən gücləndı. Gecə saat 2-dən keçəndə kimsə padnosda pürrəngi çay gətirən bələdçi xanımdan “Hardayıq?” deyə soruşdu. O, gülümsəyərək, mülayimliklə, “Bir balaca ləngiyirik...” dedi. Xanımın təbəssümü cavabın qeyri-müəyyənliyinin üstünə sığal çəkmiş kimi oldu. Çay stəkanlarıni aparmaq üçün qayıdanda:
- Dayanma nəsə çox çəkdi, birdən fikrinizi dəyişərsiz, xəbərimiz olmaz. Nə problemdiki? - deyə, zarafatla ona sataşan oğlanı yenə sakitləşdirdi:
- Bizdə heç bir problem yoxdu. Problem bizdən qabaqdakı yük qatarındadı... - dedi və əlavə etdi: - Narahat olmayın, tezliklə yola düşürük.
Bununla belə, araya xəfif bir narahatlıq çökdü. Kişilərdən bir neçəsi daha dəqiq məlumat almaq ücün qonşu kupelərə baş cəkmək və siqaret cəkmək üçün çıxdılar. Birdən birə bayaqkı şən atmosferaya gərgin notlar yüklənməyə başladı. Kupemizə yığışan qadınlar da asta-asta “həyəcan təbilini dınqıldatmağa” başladılar:
- Mən bayaqdan fərqindəydim ki, nəsə tərpənmirik...
- Ğördüm axı, birinci dəfə soruşanda bələdçi qız düz-əməlli cavab verməkdən yayındı...
- Hələ səbr eləyin, görək bizimkilər nə xəbərnən qayıdacaqlar.
... Bir problem çıxsa səbəbkar da, günahkar da elə mənəm ki var, mənə görə bu boyda adamın istirahəti baş tutmayacaq deyə, qadın, ürəyində özünü qınadı, öz-özünə acı-acı gülümsündü. Yazılmayıb də mənim alnıma, zor deyil ki... Nahaq yerə deməyiblər ki, “Kasıb toy eləyəndə gecə də gödək olar”. ..
Bir azdan məlumat toplamaq ücün “kəşfiyyata” gedənlər qayıdıb gəldilər. Vəziyyət ürək­acan deyildi:
- Bizdən qabaqda gedən yük qatarının vaqonları aşıb. Yol bağlanıb. Neçə saatdı əlləşirlərmiş ki, indi düzələr, bu saat düzələr. Alınmayıb. Guya indi Bakıdan avtobuslar gələsidi ki, camaatı mənzil başına catdırmaq mümkün olsun...
- Bayaqdan nəyi gözləyirlərmiş ki? Bunu niyə vaxtında demirdilər ki, işimizi bilək?!
- Alınmayacaq. Axı bizı Tiflisdə səhər tezdənə gözləyirlər. Hələ ordan kurortun özünə qədər 7-8 saatlıq yol var.
- Günortadan sonra getməyin mənası yoxdu. Ancaq ola yol ölçmüş olacayıq. Qayıtmaq məsləhətdi.
....Bir dəstə adam qatarın neçə saatdan bəri ilişib qaldığı yerdə - Hacıqabul stansiyasında düşəndə dan yeri hələ yenicə ağarmaq istəyirdi. Yol cantalarının diyircəkli təkərlərindən çıxan gurultulu səslər yuxulu şəhərin qayğısız sakitliyini pozaraq elə bir səs-küy yaratdı ki... özləri də qorxdular. Elə bil şəhərə zirehli maşınlar, tank–zad girirdi... Yaxşıdı ki, Bakıya gedən şosse yolu cox da uzaqda deyildi. Dayanıb taksi gözləməli idilər...
... Baş tutmayan bu səyahətdən bir yol təəssüratı, bir də həmin o isti cəkmələr “yadiğar” qaldı. Necə deyərlər, “Yoxa lənət!”.
Amma, qadın elə rahatlanıb, sakitləşmişdi ki... Noolsun e? Baş tutmayan səyahət də səyahətdi də. Əsas olan bu məqsədlə evdən cıxıb yola düşməkdi.
"Bütöv Azərbaycan" qəzeti
20 yanvar 2016-cı il


Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!