Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-03-2015, 16:40
 SAZ HAVASI

Sevda Mikayılqızı
Dünyanın düz vaxtıydı. Hamının özünə görə pis-yaxşı işi-gücü vardı. Ədəb-ərkan, ətrafdakılara, qohum-qonşuya hörmətlə yanaşma, oturuş-duruş, müraciət tərzı yazılmamış əxlaq qanunu gücündəydı. Hər işdə, hər olayda, hər münasıbətdə əndazə gözlənilirdi. İstər qadın, istər kişi olsun, hər kəs ücün onu sıxmayan olar-olmazlıq çərcivəsi mövcud idi.
Bu sətirləri yaza-yaza fikirləşirəm ki, birmənalı yaxşı sayılan nə var idısə hamısını hec özümüzdə bilmədən itirə-itirə, arxada qoya-qoya gəlıb bugünkü günə yetişmişik. Elə bu səbəbdən, daha “samballı” deyilən adamlar da qalmayıb. O vaxt ədəb-ərkan bilməyən adama “yüngül”, “düşük” deyərdilər. Bu söz kimə ünvanlansaydı, daha onun xasiyyətnaməsini oxumağa ehtiyac qalmazdı. Bu mənada, müasir cəmiyyətimiz əndazədən çıxıb, “yüngülləşib”, düşükləşıb desəm, yəqin ki, səhv etmərəm.
Lənət şeytana. Yenə dağdan danışacağım yerdə, bağdan söhbət açmağa başladım.
Özümə təsəllı üçün belə hesab eləyirəm ki, bu da mənim yazı maneram, fikri catdırmaq priyomumdu. Nə isə. Yaxşısı budu axır ki, sözümün mustafasına keçim.
....İllər öncə, bir neçə nəfər dost-tanış bizə yığışmışdıq. Elə bir konkret səbəb yox idi toplaşmağımıza. Sadəcə ədəbi mühitdə, ictimaiyyətdə, öz şəxsi həyatımızda baş verənlərdən söhbət edirdik. Arada son vaxtlar gündəmdə olan bir məsələdən - aşıqlarımızın geyimindən söz düşdü. Aşıqlarımız necə geyinməlidilər? Məclisə necə cıxmalıdılar - cuxa deyilən qədim libasda, yoxsa gözümüz öyrəşdiyi indiki vid-fasonda, yəni sovet dövrünün hərbiçiləri kimi qalife şalvarda, ortası dəri qayışla büzülmüş üst köynək və buxara papaqda?
Hərə bir söz dedi. Kimsə qalifenin əslində ata minəndə çətinlik törətdiyinə görə şalvarını dizdən aşağı dar tikdirib uzunboğaz cəkmələrin içində gizlədən gömbul Fransa prezidentinin adı ilə bağlı olduğunu xatırlatdı. Kimsə milli çuxaya keçilməsində israr etdi. Mən də fikrimi bildirdim:
- Vallah, xoşunuza gəlməsə də deyəcəm. Mən aşıqların elə indiki görkəmində qalmasına tərəfdaram, - dedim. - Bu qiyafədə onlar şəxsən mənə daha doğmadılar. Nədən ki, hələ uşaq vaxtı toylarda stolun altında atamın uzunboğaz cəkmələrinin üstündə oturub onlara qulaq asdığım vaxtdan gözüm bu geyimə öyrəşıb. Həm də, köhnəliyə üstünlük vermək məntiqi ilə, gərək indi qadınlar gen ətəkli uzun tuman geyinsinlər, kişilər saqqal saxsınlar.
Söz söz dalınca, mütləq bu sahənin adamlarının, yəni aşıqların özlərinin fikirlərini soruşub-öyrənmək zərurəti yarandı. Düzdü bir az gec idi, ama yatı vaxtı da deyildi. Qərarlaşdıq və dostumuza - ünlü bir sənətkar xanıma zəng elədik ki, bəs imkanın varsa, dur gəl, sənə ehtiyacımız var, yaxşı adamların əhatəsinə düşəcəyinə zəmanət veririk. Sağ olsun, sözümüzü yerə salmadı, yaxınlıqdayam, bu saat gəlırəm, üstəlik bir sənət dostumu özümnən gətirəcəm, dedi. Onların gəlışı ilə mövzuyla bağlı bayaqdan bir az səngimiş polemika yenidən qızışdı. İki-üç dostuyla evə çay icməyə gələn kiçik oğlum da söhbətə qoşuldu. Onun biri yerli rus, o biri yəhudi olan rusdilli dostlarının bu barədə nə düşündükləri də maraq doğurdu.
Xeyli söhbətdən sonra təbiiki, meydan sənətkarlara verildı. Verildi, nə verildı... Xatirələrimızə unudulmaz bir gecə yazıldı. Hamılıqla gur səs şəlaləsinin gözəlliyindən, el dilindən bəh­rələnən sözlərin ürəyə yatımlığından, saz havasının şirinliyindən yoğrulmuş canlı möcüzəyə tamaşa edir, diqqət kəsilir, həzz alırdıq. Aman Allahım! Bu nə gözəllik, nə şirinlikdı, nə doğmalıqdı. Birdən...
Birdən yadıma düşdüki, ay dadi-bidad, axı artıq gecdi! Mən necə unutmuşam qonşularımı! Bura yaxınlarda köçdüyümüzdən, hələ münasibətlərimizi düz-əməlli formalaşdırmağa macal tapmamışam axı. Hərəsi bir mıllətdəndi, aşıq musiqisini xoşlamayanı, ya da sadəcə yatanı, başı ağrıyanı, xəstə olanı ola bilər... Vay, vay!
Bilirəm ki, hündür tavanlı şüşəbəndin pəncərələrini tezcə bağlasamda, köməyi olmayacaq. Çünki, rus əlifbasının «П» hərfini xatırladan “italyanka” tipli geniş həyətimiz ikimərtəbəlı mənzillərlə əhatələnib. Hamının da qapı-pəncərəsi həyətə açılır. Yaxşısı budu, mən qonaqları içəri otağa keçirim.
Bir bəhanə tapıb, hamının otağa keçməsinə nail olandan sonra axır ki, rahatlaşıram. Qonaqlarım isə tələsmirlər. Hətta oğlum və onun “müasir” dostları da. Bu ekspromt konsert qurtaranda və qonaqlarım dağılığanda artıq gecə yarıdan keçmişdı.
... Səhər işə gedəndə qapını çox ehtiyatla açıb, pilləkənləri də asta-asta düşməyə calışdım. Heç kəslə üzləşmək istəmirdim. Çox güman ki, qonşularımdan kimsə mütləq “gecə konsertinə” görə narazılığını bildirəcək...
Elə düşündüyüm kimi də oldu. Qonşularımın biri yox ey..., elə bil hamısı məni gözləyirmiş. Hamısının da açıq qapı-pəncərələrdən gələn səsləri eyni nota köklənib.
Səssizcə dayanıb dinləmək zorundayam. Nə deyəsiyəm ki? Günahkaram də..
- Ay qonşu! Heç sizdən gözləməzdik!
- Gecə qapı-pəncərəni niyə birdən-birə örtdünüz?
- Oturub gül kimi qulaq asırdıq də...
- Bilin ki, əməllicə incimışik sizdən.
Dillənmədim. Bu hay-küydə kimə başa salacaydım ki, vallah, günahkar mən yox, ədəb-ərkan məsələsidi.
24.09. 2014


Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!