TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 7-08-2017, 11:26
Xocalı faciəsi yalnız fevrala sığacaq qədər deyil...



Gözlərimi hövlnak açıram. Qarşımdakı saatın kəfkirinin taqqıltısı məcbur edir ki, ona baxım. Mən də bu taqqıltının “istəyini” müticəsinə yerinə yetirirəm. Saatın əqrəbi tam 5-i göstərir. Yarıyuxulu pəncərəyə yaxınlaşıram. Dünəndən dumana bələnmiş buludlar bu səhər boşalmağa başlayıb. Narın yağışın damcıları yanağıma çırpıldıqca oyanıram sanki, ayılıram elə bil. Məyərsə, mən hələ də yuxudaymışam, sən demə... Hansısa qütbdən əsən külək təkcə toz dənəciklərini gətirmir göz önümə. Onlar daha nələrsə deyir mənə. Elə bil, sillə çəkir üzümə, ağrı verir almacıq sümüklərim. Bilmirəm, sifətimi nəm edən yağış damcılarıdır, yoxsa kirpiklərimi isladan göz yaşlarım. Titrəyən ayağım müvazinətini itirməyə başlayır, dişlərim bir-birini elə döyəcləyir, elə döyəcləyir ki, elə bil, Dome Fuji dağının əzəmətli zirvəsindəyəm...


Bu gün fevral ayının 26-sıdır. Bəli, fevralın 26-sı. Daha nə gözləyirdim ki? Mənim bu səhər gözlərimi hövlnak açdıran qanlı tarix. Bəs 25 il öncə uşaqlarının vəhşicəsinə ölümünə şahid olan 63 ana nə etsin? Bəs, 25 yetim qalan uşaq nə etsin? Onlar hər nəfəsində bir dünya gəzdirirlər. Böyük dünya. Qan dolu dünya. Başdan ayağa erməni dığalarının olduğu dünya. Həmin gün ata-analarını öz yurdlarında gömdükləri dünya. Təkcə valideynlərini deyil, ümidlərini, arzularını, gələcəklərini gömdükləri dünya. Tək dayaqlı qalan 130 uşaq nə etsin? Onlar hər gün bir həsrət bəsləyirlər çiyinlərində. Mən də daxil. Hər gün də böyüyür bu həsrət. İndi o ağır yükü daşımaq necə çətindir deyə fikirləşək bir an.


Bu səhər hövlnak oyandım mən. Ancaq 25 il öncə itkin düşmüş 150 xocalılının yolunu gözləyənlərin gözləri yumulmur heç. Yaralı ümidləri hər göz qırpımında bir ayaq səsinə möhtacdır. O səs ki, bu kiminin oğlu, kiminin qızı, kiminin anası, kiminin atası, bacısı, qardaşı, lap qonşusu olacaq deyə gözlənti var. Səslər...Bax bu dairəvi saatın kəfkirinin səsi kimi. Səslər....Yağış damcıları.

Indi yağan yağışı torpaq çəkir canına, hopdurur qurumuş dənələrinə. Ancaq 25 il əvvəl o yağışla bərabər, neçə-neçə insan qanını sovurdu o torpaq. Neçə-neçə cansız bədənləri dərinliyinə çəksə də, bir o qədərini də sığdıra bilmədi qatlarına. Bir canlının həsrətinin arxasında ümid var ən azı. Bəs, bir ölünün həsrəti? Məzar yolu gözləyən ölünün həsrəti. Və bir gün o məzara gəlib baş çəkəcək ana həsrəti, ata həsrəti, bacı-qardaş həsrəti, nənə-baba həsrəti. Bax bu, buna səbəb olanların hər bir halda “ölmüş canlı” olmalarıdır... İndi həmin gün xatirimdə süjeti olmayan cızma-qara kimi qalıb. Ancaq o cızma-qaralar möhkəm iz qoyub təhtəlşüurumda. Həmin gün səmti bilinməz küləyin tozanağı, rabitəsiz pıçıltı səsləri bir anda atılan qırmalardan sonrakı fəryadlarla əvəzləşdi. Böyük dəmir parçaları şütüməyə başladı evlərimizin kandarından. Sonralar bildim ki, sən demə bu, zirehli tanklar imiş.


SSRİ dövründə Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası imiş. Heç vaxt o səsin kəsici gücü sarsılmadı qulaqlarımda. Anamın harayına qarışan körpələrin hıçqırıqları...Qardaşımın tək qollu cəsədi. Bax elə həmin gündən mənim də tək qaldı, qolum deyil; arzularım, ümidlərim, istəklərim. Atamın bir göz qırpımında yox olması isə məni əməllicə hönkürtdü. Uşaq qəlbimi kinlə doldurdu. 5 yaşlı uşaq 50 yaşlı kişiyə döndü sanki. O gün mən həm yaşlandım, həm də o gündən sonra hər dəm uşaqlaşdım. İslaq yanaqla, xırıltılı səslə. Və inildəyən körpə təki. Mən o gündən gələcəyi tək gözlə görər oldum. Eşitməz oldum daha. Anamın tükürpədici naləsi o gün tutdu qulaqlarımı. Atamın yoxluqla varlıq arasındakı sıxılmış ruhu yaralı ümidlərimi daha da irpəndirdi. Mən o gündən bir əskik yaşadım həyatı. Heç artmadı yaşım, nə də azalmadı. Mumlayandım 5 yaşa. Və hər isti göz yaşımda ərisəm də, o isti göz yaşına səbəb olan vəhşilik dondurdu qanımı. Mən beləcə, 5 yaşda əbədi qalası oldum. İndi iradəm xaricində olan ürəyimin dərinliyi sancır. Durmur bir an. Sancır ki, bir zamanlar məskənim olan Xocalı, indi sol köksümdə yaram olub. Hər nəfəs telimə ötürülən hava axınında ağrı verir canıma, o ağrını bərabər bölgüdə paylayır cismimin hər hüceyrəsinə. Mənim hər kəsin belə həsrət olduğu dağlıq rayonum vardı, bax bu gün o rayon, sinəmə çəkilən ən böyük dağdı. Mənim fısdıq, ağcaqayın, qaraağacla zəngin olan yurdumun indi həmin ağacları quruyub, qara lentlər bağlanıb hər budağından. Xocavənd və Şuşa ilə qonşu olan bir məskənim vardı mənim. Ancaq qonşuların qəbul etdiyi “qonaqlar” hər üç ev sahibini köçər etdi. Qızqala (2843m) və Qırxqız (2827m) kimi yüksək nöqtələrinə alçaq xislətli ermənlilər dırmaşmaq istəsə də zirvəsinə, diyirləndilər ətəyindən. Budara, Qarqar kimi əsas çayları olan guşəsində iyrənc ermənilər nə qədər yuyunsalar da ləkələr silinmədi bədənlərindən. Çünki, ruhlarına hopub çirkləri... İndi tez-tez büdrəyən dizlərim əsən əllərimi özünə çəksə də dayanıram. Rəsmi olaraq 29 yaşım olmasına baxmayaraq, bükülmüş belimin onurğa sütununda zəif dayanmasına rəğmən, yenə də dayanıram. Gizildəyən sümüklərimi saran gərilmiş əzələlərim dayanır hələ də. Necə ki, 25 il öncə şəhidlər də düşmən önündə yumruq kimi dayandılar. Və nə bu gün, nə də sabah unudulacaqlar. Nə onlar, nə də qanlı tarixi yazan rus ordusu və erməni işğalçıları. Necə ki, “Dağüstü park” belə unutdura bilmədi 1918-ci ilin verdiyi şəhidləri...

Qeyd: Xocalı faciəsi, yalnız fevrala sığacaq qədər kiçik deyil. Hər dörd ildən bir dəyişən o aymı bizə kömək olacaq?!


Azadə Bayramova


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!