İran-Türkiyə sərhədində məhdudiyyət .....                        ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir .....                        Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi .....                        Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş .....                        Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi .....                        Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi .....                        İranı əslində o idarə edir .....                        Bir gecədə dörd evdən oğurluq edən şəxs saxlanıldı .....                        Hakan Fidan Abbas Əraqçıyə etiraz etdi .....                       
Tarix : 19-12-2020, 10:46
Turizm üzrə əməkdaşlıq genişləndirilir


Azərbaycan və Ukrayna arasında turizm üzrə əməkdaşlıq genişləndiriləcək
Bu haqda dekabrın 18-də turizm sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev məlumat verib.
İclasda Azərbaycan və Ukraynanın şəhərləri arasında birbaşa aviauçuşların təşkili, müəyyən şəhərlər və regionlar arasında əməkdaşlığın artırılması, xüsusilə sağlamlıq turizmi üzrə əməkdaşlıq edilməsi, Bakıda ilk Azərbaycan-Ukrayna turizm forumunun təşkili, sərgilərdə qarşılıqlı iştirak, marketing tədbirlərinin keçirilməsi, pandemiyadan sonrakı dövrdə turizmin bərpası məqsədilə mümkün birgə tədbirlər barəsində müzakirələr aparılıb.
İclasda çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan və Ukrayna arasında mövcud olan dostluq münasibətlərinin turizm sahəsinə təsirindən danışıb. Agentlik sədri son illərdə Azərbaycan ilə Ukrayna arasında istər beynəlxalq təşkilatlar çərçivəsində, istərsə də ikitərəfli münasibətlərdə uğurlu tərəfdaşlıq əlaqələrinin genişləndiyini, Ukraynadan Azərbaycana gələn turistlərin sayının artan istiqamətdə olduğunu qeyd edib. Fuad Nağıyev pandemiya ilə əlaqədar təxirə salınan tədbirlərin postpandemiya dövründə davam etdiriləcəyini, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün birgə tədbirlərin təşkil olunacağını əlavə edib.

O, 30 illik işğaldan sonra Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı qələbəsi və Qarabağın azad olunması barəsində məlumat verərək, hər zaman ölkəmizə dəstəyini ifadə edən Ukraynaya təşəkkürünü bildirib.
Onlayn təşkil olunan iclasda Ukrayna tərəfdən nümayəndə heyətinin rəhbəri, Ukrayna mədəniyyət və informasiya siyasəti nazirinin müavini Larisa Petasyuk çıxış edərək öz növbəsində Azərbaycan və Ukrayna arasında turizm əlaqələrinin inkişafının vacibliyini qeyd edib.
Görüşdə hər iki tərəfdən turizm üzrə dövlət qurumları ilə yanaşı, özəl təşkilatların və ictimai birliklərin nümayəndələri də çıxış edib.


Paylaş



Bölmə: Maarif / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!