EUMA-ya yeni rəhbər TƏYİN EDİLDİ .....                        ABŞ-İran müharibəsinə hazırlıq gedir? .....                        TBMM sədri: Tarixi məsuliyyət yerinə yetiriləcək .....                        Qalatasaray Yuventusu darmadağın etdi .....                        Çox ölkədə Ramazan sabah başlayır .....                        Bakıda torpaq sürüşməsi baş verib - VİDEO .....                        Cenevrədə danışıqların birinci günü başa çatıb .....                        İranla ABŞ barışır .....                        Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub .....                       
Tarix : 18-12-2017, 12:03
Prezident Zabit Səmədova ev hədiyyə etdi


Bu gün prezident İlham Əliyev idmançılarla görüşüb. Ölkə başçısı ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə “Əməkdar Jurnalist”, Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.

AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev Elxan Məmmədova, Tahir Gözələ və Fərid Qayıbova Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomunu təqdim edib.

Daha sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədlər təqdim olunub. Tədbirdə, həmçinin Azər Həsənov, Namiq Əsgərov, Güloğlan Cabbarov, Xəyal Əhmədov, Faiq Həsənov, Rəsul Məhəmmədov Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.

Ev alan idmançılar arasında “K-1” qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş “Mauqli” ləqəbli idmançı Zabit Səmədovda var.


Paylaş



Bölmə: Ana seife / Hərbi / Köşə
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!