Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb .....                        Azərbaycan opera kollektivi dünya səhnəsində .....                        "Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM .....                        Tramp 13 yaşlı qıza təcavüz etməkdə suçlanır .....                        "Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - VİDEO .....                        “Problemlər xalqı görməməyimizdən irəli gəlir" - Pezeşkian .....                        Pakistanda eyni vaxtda 12 terror aktı - 10 polis öldü .....                        Məşhurlar narkotikə görə saxlanıldı - SİYAHI .....                        Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu .....                       
Tarix : 17-04-2018, 18:29
ATƏT - in "müşahidə"çilərinə cavab


Mən uzun illərdir Rusiya Federasiyasında yaşayıram və bu ölkənin vətəndaşıyam . Lakin hər zaman doğma Vətənim olan Azərbaycanda baş verən hadisələri , burada gedən prosesləri yaxından izləyirəm . 11 aprel tarixində keçirilən prezident seçkisi də Azərbaycanımız üçün önəm kəsb etdiyi kimi biz azərbaycanlıların da diqqət mərkəzində idi.Bununla bağlı şəxsi fikirlərimi sizinlə bölüşmək istədim.


ATƏT -in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun ''müşahidəçi" qismində iştirakından sonra açıqladığı qərəzli fikirlərini şiddətlə qınayaraq öz kəskin etirazımı bildirirəm. Belə ki , biz hər zaman ATƏT - in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin dəfələrlə şahidi olmuşuq . 26 Ildir ki , ATƏT -in və Minsk qrupunun iş yarıtmaz fəaliyyəti səbəbindən Dağlıq Qarabağ probleminin həlli məsələsi Ermənistan tərəfin xeyrinə qalır və Ermənistan öz işğalçı siyasətini beləcə davam etdirir . Biz isə hər dəfəsində ATƏT - dən də Minsk qrupundan da qətiyyətli addımlar gözləmişik. Nəticə isə göz önündədir.

Azərbaycan dövləti hər zamankı kimi humanistliyini qoruyaraq ATƏT - i Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu (DTIHB) ilə əməkdaşlığa dəyər verərək ölkədə keçirilən prezident və parlament seçkilərinə müşahidə etmək üçün dəvət etmişdir. Məqsədimiz isə keçirilən seçkilərdə seçki şəffaflığının nümayişi və bununla yanaşı qrumun obyektiv fikir bölgüsü olub. Təəssüf olsun ki , ATƏT Qarabağ məsələsinə hansı prizmadan yanaşmışdısa , seçkilərə də o prizmadan yanaşdı. Hər zaman olduğu kimi obyektiv qiymət verməyi bacarmadı.

Aprelin 11 - də keçirilən prezident seçkisinin nəticəsi və yekunu ilə bağlı ATƏT- in ədalətsiz və qərəzli qərarı təqdim etdikləri ilkin hesabatda öz əksini tapmışdır .
Səngərlərdə tökülən nahaq qanlar sizin bu 26 ildə bir tərəfli aparılan siyasətinizin nəticəsidir . Qərəzinizi , kininizi gizlədə bilməməyiniz bu gün də özünü göstərdi. Necə deyərlər halal süfrəmizə haram qatmağa çalışdıız . Onsuz da cinayətkarlar , sizin kimi yanlış mövqe göstərən günahkarlar etdiklərinə görə tarix qarşısında gec ya da tez cavab verəcək.

Tanrı Azərbaycanımızı mövqesiz , əqidəsiz , dost kimi görünən düşmənlərimizdən qorusun...

Hörmətlərimlə, BDAT - nın prezidenti Sərraf Kərimov...


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!