"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 17-07-2018, 20:58
Şəhid anasından Prezidentə şikayət məktubu



Azərbaycan Respubliksının Prezidenti İ.Əliyev cənablarına.
Astara rayonun Asxanakəran inzibati ərazi vahidinin Əzərüd kənd sakini Ağayeva Vahimə Xeybər qızı tərəfindən

Ərizə


Möhtərəm Cənab Prezident!

Mən, 2016-cı ilin aprelində Talış yüksəkliyinin alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, hələ sağlığında Sizin 24 iyun 2015-ci il tarixli Sərəncamınıza əsasən “İgidliyə görə“, ölümündən sonra, 19 aprel 2016-cı idə “ Vətən uğrunda “ medalları ilə təltif olunan, öz toyunda özünə Azərbaycan üçün şəhid olnmağı arzulayan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin 17 illik kəşfiyyatçısı, bütün xalq tərəfindən əsl qəhrəman kimi qəbul edilən əfsanəvi Pəncəli Teymurovun anasıyam. Sizin kimi dövlət başçısı ilə fəxr etdiyimə görə və Siz hər bir azərbaycanlının Prezidenti olduğunuz üçün bu gün Astara rayonunun bütün dağda yaşayan əhalini olduqca narahat edən ağrılı bir məsələ haqqında Sizə müraciət edirəm.

Sizə müraciət etəyimin səbəbi odur ki, hələ 13 aprel 2015-ci ildə Astara rayonunun Taxtanakəran-Toradi yolunun çəkilməsi barədə Sərəncama əsasən, yaşadığımız dağ kəndlərinə “Azəravtoyol “ şirkəti tərəfindən 2015-2017-ci illərdə tələm-tələsik və başdansovdu formasında çəkilmiş yol heç bir standarta uyğun deyildir. Yollar tam genişləndirilməmiş, yoxuşlar olduğu kimi təhlükəli formada saxlanılmış, heç bir yerdə dolanbaclar verilməmiş, müdafiə qurğuları düzəldilməmiş, yolun çox hissələrindəı yağış və sel sularının axıdılması üçün kanallar çəkilməmiş, ən başlıcası isə, 26 yolun 13 km-nə asfalt birbaşa palçığın üstünə tökülmüş və bunun nəticəsində hələ də təhvil verilməyən yolun ( Motlayataq- Taxtanakəran hissəsi, 13 km ) asfaltı tamamilə dağılmış, üç çayın üzərində suyu ötürmək məqsədilə quraşdırılmış qurğulaıı sel suları tamamilə dağıtmış və cəmi bir maşının keçə biləcəyi bir xətt qalmışdır. Bütün bunların səbəbkarı isə soyadını bimədiyimiz Əmir adlı iş icraçısıdır. O, demək olar ki, işlədiyi müddətdə ictimaiyyətin nümayəndələrinə heç əhəmiyyət verməmiş, verimiş tövsiyələri qulaqardına vurmuş , ancaq istədiyini , bildiyini etmişdir. Yolun 13 km hissəsində asfaltın altına, ümumiyyətlə çınqıl döşənməmiş, nəticədə, yol hələ də dövlətə təhvil verilməsə də, artıq 13 km məsafədə afalt döşənmiş yol dağılmış partlamış, və yağış, sel suları yolun partlayan yerləri ilə yanaşı bütün hissələrini də dözülməz vəziyyətə salmışdır.

Çox insanlar mənə sual edə bilər ki, bütün bunlar sənin nəyinə lazımdır? Amma, mən onu düşünürəm ki, Sovet hökuməti bütün mövcudluğu ərzində dağlarda yaşayan Astara əhalisi üçün heç nə etməmişdi, bizi insan yerinə qoymamışdılar, camaat əzab-əziyyətlə yaşayırdı. Yolun olmaması üzündən neçə xəstəmizi rayona çatdıra bilmədiyimiz üçün yollarda vəfat etmişdilər. Amma Siz müdrik rəhbər olaraq bu böyük layihənin müəllifi oldunuz , sərəncam verdiniz və yolun çəkilməsi üçün 12 milyon manat ayırdınız. Lakin, həmin vəsaitin təyinatı üzrə xərclənmədiyi göz qabaöındadır və “Azəravtoyol” MMC-nin rəhbərliyi bu yarıtmaz işinə görə həm Sizin, həm də xalqımızın qarşısında məsuliyyət daşıyır. Sizin ürəkdən xalqınız üçün hər bir problemi həll edirsinizsə, onda bu şirkətin ixtiyarı var ki, Prezident Sərəncamına məsuliyyətsiz yanaşsın?. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər?

Qeyd edim ki, Sizin eyni tarixdə verdiyiniz Sərəncama əsasən qonşu Miki kənddə də yeni yol çəkilmişdir. Lakin, həmi yol da bütöv dağıldığından əhali şikayət etmiş və hazırda həmin yola keçən il döşənmiş asfalt təmizlənib götürülür və yenidən döşənir.

Biz, bütün əhali olaraq Sizin qayğınızı görür, dəyərləndirir və aprelin 11-də Sizə elliklə açıq səs vermişik. Çünki, 70 il tərkibində olduğumuz sovet hökuməti, dünyanın super dövləti olsa da, kosmosu fəth etsə də, hətta Aya özüyeriyən kosmik aparat endirsə də, Astara rayonunun dağ kəndlərinə yol çəkməmişdi. Siz isə bu xeyirxah işi görməklə, minlərlə insanın qəlbində öz əbədi heykəlini qoymusunuz. Bizi də narahat eədən odur ki, yolun müəllifi hörmətli Prezidentdirsə, qalan vəzifəli şəxslərin nə ixtiyarı vardır ki, bu vacib qərarın yerinə yetirilməsində dövlət intizamını pozur, öz bildiyini edirlər. Ona görə də, yolumuzun çəkilməsində dövləti aldadan və dövlət vəsaitini təyinatı üzrə xərcləməyən şəxslər barədə ciddi tədbirin görülməsini və dağılmış asfalt yola yenidən asfaltın döşənməsinə və yarımçıq qalan körpülərin inşasının başa çatdırılmasına, yoxuşlarda dolanbacların salınmasında, yolboyu yağış və sel sularının axıdılması üşün kanalların çəkilməsinə və müdafiə sədlərinin qoyulmasında kömək etməyinizi və bu vacib Sərəncamın yerinə yetirilməsini şəxsən nəzarətə almağınızı Sizdən xahiş edirəm.

Bu müraciəti Sizə ərazimizin bütün əhalisinin xahişi ilə edirəm və ümidvaram ki, tezliklə bu barədə lazımi təşkilatlar qarşısında məsələ qoyacaqsını!
Sizə qabaqcadan təşəkkür edir və Sizə sağlam və uzun ömür diləyirəm.

HÖRMƏTLƏ: Ağayeva Vahimə Xeybər qızı




Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!