Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
Tarix : 26-04-2019, 17:42
Çingiz Abdullayev ağdamlı oxucuları ilə görüşüb


Butov.az xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) GmbH və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) ilə birlikdə həyata keçirdiyi "Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsi həyata keçirilir.
Layihədə Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inkişafının dəstəkləməsi nəzərdə tutulur. Pilot mərhələ kimi Ağdam, Bərdə regionları və Mingəçevir şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkünlərin və onlarla birgə yaşayan yerli əhalinin həyat şəraitlərini yaxşılaşdırmaq və bölgənin iqtisadiyyatına töhfə verməsi məqsədilə ümumi inkişafı, onların texniki-peşə və peşəkar bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulur. Bunun üçün 6 ay davam edəcək praktik təlimlər və mentorluq yanaşmasından istifadə olunacaq.

Layihə çərçivəsində 25 May tarixində Heydər Əliyev Mərkəzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əməkdaşları İlkin Əliyev və Məhbubə Musayevanın təşəbbüsü ilə xalq yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevlə görüş həyata keçirilib. Görüşdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam, Mingəçevir və Bərdə rayon sakinləri, layihə iştirakçıları, tələbələr və yazıçının daimi oxucuları iştirak ediblər. Xalq yazıçısı yaradıcılığının əsas istiqamətləri barədə danışıb, tədbir iştirakçılarına klassik və müasir yazıçılarımızın əsərlərini, dünya ədəbiyyatını oxumağı tövsiyə edib, onların şəxsiyyət kimi formalaşmasında təhsilin əhəmiyyətinin vacibliyini vurğulayıb. Həm fərd, həm də dövlət olaraq güclü olmanın tək yolunun keyfiyyətli təhsil olduğunu bildirib.

Çingiz Abdullayev oxucuların suallarını ətraflı cavablandırıb, müəllifi olduğu kitabları imzalayaraq onu sevənlərlə xatirə şəkilləri çəkdirib.
Xatırladaq ki, GIZ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin həyata keçirdiyi layihənin məqsədi Bərdə, Ağdam regionları və Mingəçevir şəhərində məskunlaşmış aztəminatlı məcburi köçkün və aztəminatlı yerli əhalinin məşğulluq və sahibkarlıq imkanlarının artırılmasıdır və bu layihənin 2021`ci ilə qədər davam etdirilməsi nəzərdə tutulub.


Paylaş



Bölmə: Ana seife
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!