Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI .....                        “Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq .....                        Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır... .....                        Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər .....                        Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib .....                        Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var .....                        Hindistan və Pakistan arasında atəşkəs əldə olundu .....                        Bu gün bərpa olunan Qarabağı görürük - Prezident .....                        Gənc əsgərlər and içdilər - FOTO .....                       
Tarix : 28-02-2014, 18:06

 

 

Andrey Parubiy: “Krımdakı münaqişənin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının əsgərləri və Rusiya “spesnaz”ıdir”

 

Ukrayna Təhlükəsizlik Şurasının katibi: “Rusiya ordusu hərəkətə keçsə, Ukrayna ordusu tərəfindən adekvat addımlar atılacaq”

 

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb. APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu şuranın iclasından sonra keçirdiyi brifinqdə qurumun katibi, son hadisələr zamanı Maydanın özünümüdafiə qüvvələrinin komandiri olmuş Andrey Parubiy deyib. “Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq”, - deyə o, söyləyib.

 

A. Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. A. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya “spesnaz”ıdir: “Rusiya Federasiyası və onun ordusu tərəfindən aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri tərəfindən ən adekvat addımlar atılacaq”.

 

Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Krımda fövqəladə vəziyyət elan olunması variantının da nəzərdən keçirildiyini, lakin bunun yerinə daha effektiv vasitələrə üstünlük verdiklərini açıqlayıb. A. Parubiy Krımdakı ssenarinin hüquq-mühafizə orqanları tərəfindən lokallaşdırıldığını nəzərə çatdırıb: “Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb”.  

 

A. Parubiy 2010-cu ildə Ukrayna ilə Rusiya arasında (Viktor Yanukoviç və Dmitri Medvedev tərəfindən) imzalanmış və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşməsi və statusunu müəyyən edən Xarkov razılaşmasına yenidən baxılması məsələsini də müzakirə etdiklərini diqqətə çatdırıb. O, konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətin bu haqda məlumatlandırılacağını söyləyib. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən Rusiya donanmasının Ukrayna ərazisində qalma müddəti 25 il uzadılıb. 



Paylaş



Bölmə: Ana seife / Dünya / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!