Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 2-12-2021, 19:54
AZAL-ın “GÖYLƏ UÇAN” QİYMƏTLƏRİ... – “Xərcləri dövlət ödəyir, gəlirlər fərdi şəxslərin şirkətlərinə gedir”

Dekabr ayında bütün dünyada hava nəqliyyatından istifadə edənlərin sayında artım müşahidə olunur. Çünki qış turizm mövsümünün başlaması və Yeni il bayramı məhz bu aya təsadüf edir. Pandemiyadan əvvəl, dekabr aylarında xarici ölkəyə üz tutan vətəndaşlarımızn sayı da həmişə çox olub. Lakin Azərbaycandan xarici ölkəyə səfər etmək elə də asan məsələ deyil.

“Azərbaycan Hava Yolları Dövlət Şirkəti” (AZAL)- nin bilet qiymətlərinin baha olması əksər vətəndaşın bu arzusunu ürəyində qoyub. Bu problem illərdir Milli Məclisdə, media və televiziyada gündəmə gətirlisə də, həllini tapmayıb. Azərbaycandan nəinki uzaq məsafələrə səyahət etmək, qonşu ölkələrə uçmaq belə xeyli vəsait tələb edir. Bilet qiymətlərinin yüksək olmasından ən çox əziyyət çəkənlər isə tələbələrdir.

Məlumat üçün qeyd edək ki, 1992-ci ildə yaradılmış AZAL-ın donanmasına “Boeing” və “Airbus” şirkətlərinin istehsalı olan 18 sərnişin təyyarəsi daxildir. AZAL ölkəxarici 50 şəhərə, ölkədaxili isə 2 şəhərə müntəzəm uçuşlar həyata keçirir. Hazırda hava yolu ilə sərnişin daşımalarının 97 faizi AZAL-ın tabeliyindədir. Ölkədə “Buta” və Türk Hava Yolları (THY) şirkətləri də fəaliyyət göstərir. Lakin AZAL monopolist siyasətlə bu şirkətləri də özünə tabe etməyi bacarıb.

2020-ci ildə pandemiyanın vurduğu zərəri aradan qaldırmaq üçün dövlət büdcəsindən AZAL-a 87 milyon manat dotasiya verilib. Buna baxmayaraq şirkət həmin ili 160 milyon manat zərərlə başa vurduğunu açıqlayıb.

Vətəndaşlar da AZAL-ın satdığı biletlərin qiymətlərindən narazıdırlar. Onlar qonşu ölkələrdəki bilet qiymətlərinin Azərbaycandan dəfələrlə ucuz olduğunu vurğulayırlar.

Paytaxat sakini Taleh Muradov “AzPolitika.info”ya bildirib ki, təhsili ilə bağlı tez-tez Türkiyəyə səfər etməli olur: “Təyyarə qiyməti çox baha olduğundan avtobusdan istifadə edirdim. Lakin hazırda pandemiya ilə əlaqədar bu mümkün deyil. Bakıya təyyarə ilə gedib-gəlmək üçün 600 manatdan çox xərcim çıxır”.

Pərviz Əsgərov qeyd edir ki, ən sərfəli üsul Gürcüstan Hava Yolları ilə səyahət etməkdir: “Bir çox vətəndaşımız bu cür dolayı yollarla xaricə üz tutur. Çünki Gürcüstanda onlarla şirkət 40-50 avro qarşılığında istənilən Avropa ölkəsinə uçuşlar edir”.

Azər Əliyev isə bildirib ki, qiymətər aşağı olmalıdır ki, bütün vətəndaşlar rahat səyahət edə bilsinlər: “Düşünürəm ki, AZAL-ın özəlləşdirilməsi həm vətəndaşlara sərf edər, həm də ölkədəki turizm inkişaf etmiş olar”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən,cari ilin 9 ayında ölkədaxili biletlərin qiyməti sabit qalıb. Bir gedişin qiyməti 53.67 manat təşkil edib. Xarici səfərlərlə bağlı hər gedişin qiyməti isə 1.3 faiz bahalaşaraq 724.27 manata yüksəlib. Təyyarələrin dövlət tərəfindən alındığını, hava limanlarının dövlət büdcəsinin vəsaiti ilə tikildiyini nəzərə alsaq, AZAL-ın bilet qiymətlərini vətəndaşlara bu qədər baha satması anlaşılan deyil.

Məsələn, 31 dekabr tarixindəki Tbilis-İstanbul reysi “Pegasus” Hava Yolları vasitəsilə 82 manat təşkil edirsə, eyni tarixdəki Bakı-İstanbul reysini AZAL 359 manata təklif edir. Yəni Gürcüstandan 4 dəfə baha qiymətə.

İqtisadçı ekspert Xalid Kərimli “AzPolitika.info”ya bildirib ki, pandemiyanın yaratdığı yeni reallıqlar, hava şirkətlərinin uçuş xərcini artırıb: “Bunun bir çox səbəbi var. İlk növbədə dünyada “ağ benzin”in qiyməti bahalaşıb. Bundan başqa yeni təyyarələrin qiyməti yüksəlib, epidemioloji vəziyyət şirkətlərin uçuş qrafikinin tez-tez dəyişməsinə, planlarının yenilənməsinə səbəb olub. Tez-tez qapanmalar olduğundan, insanlar biletlərini qaytarırlar. Nəticədə reyslər təxirə salınır, ya da təyyarədə çox az adam olur. Bu nüansların hər biri aviaşirkətlərin xərcinin artmasına səbəb olur. Pandemiyadan əvvəl şirkətlər növbəti illərin planlamasını aparıla bilirdisə, hazırda bu qeyri-müəyyən formada həyata keçirilir”.

Ekspert qeyd edir ki, AZAL-ın dövlət şirkəti olması onun xərclərini xeyli artırır: “AZAL dövlət mülkiyyəti olduğundan xərcləri minimallaşdırmaq və optimallaşdırmaq şirkət rəhbərlərinin marağında deyil. Həmçinin AZAL-ın monopolist şirkət olması da hamıya məlumdur. Aydındır ki, rəqabət olmayan yerdə hər zaman xərclər qeyri-müəyyən olur və bu da biletlərin qiymətinə təsirsiz ötüşmür. Hava limanlarının AZAL-ın idarəetməsində olması da beynəxalq şirkətlərlə maraqların toqquşmasına səbəb olur. AZAL hava limanlarının sahibi olduğundan istədiyi aviaşirkətləri ora buraxır və ya buraxmır. Bundan əziyyət çəkənlər isə vətəndaşlar olur”.

Ekspert xatırladır ki, əksər dövlət şirkətlərində olduğu kimi AZAL da eyni üsuldan istifadə edir: ”Yeni satınalmaları, müxtəlif xərcləri dövlət şirkətləri qarşılayır. İşin gəlirli sahələri isə, məsələn daşımalar, bilet satışı hansısa məmurun sahibi olduğu şirkət tərəfindən yerinə yetirilir. Yəni işin xərc hissəsini dövlət şirkətləri, rahat və gəlirli hissəsini isə fərdi şəxslərin sahibləndiyi şirkətlər reallaşdırır. Nəticədə bu gəlirlər dövlət büdcəsindən yayınaraq, həmin sahibkarın cibinə daxil olur. Qeyd etdiyimiz bütün bu amillər AZAL-ın qiymətləri optimallaşdırmasına mane olur”.

Qiymətlərin bu qədər baha olması turizm sektoruna da mənfi təsir göstərir. Hər il Azərbaycanda turizmin inkişafı üçün büdcədən milyonlarla manat pul ayrılır. Bakıda və bölgələrdə yeni turizm sahələri yaradılır. Lakin nədənsə bilet qiymətlərində turizm adına müsbət addım atılmır. Nəzərə almaq lazımdır ki, turist təkcə gedəcəyi yerlə yox, bilet qiymətləri ilə də maraqlanır. Bu zaman sual olunur, “təyyarə xidmətinin bu qədər baha təklif olunması, ölkədəki digər qiymətlərlə bağlı turistlərdə hansı təəssüratı yaradır?”.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin nümayəndəsi Fikrət Təhməzov “AzPolitika.info”ya bildirdi ki, təbii olaraq bilet qiymətlərinin baha olması ölkədə turizmin inkşafını ləngidən amillərdəndir: “İqtisadi nəzəriyyə bunu göstərir ki, aşağı qiymətlər adətən satışların həcmini çoxaldır və bu, turizmə müsbət təsir göstərir: ”Bilet qiymətlərinin müəyyən olunması isə “Azərbaycan Hava Yolları” QSC-nin səlahiyyətindədir”.

AZAL-ın məlumat mərkəzindən isə “AzPolitika.info” ya bildirildi ki, mütəmadi olaraq yeniliklər və kampaniyalar haqqında sosial şəbəkədə və rəsmi saytda sərnişinlərə məlumat verilir: “Həmçinin qeyd olunub ki, pandemiya dövründə yaranan zərərlərin, yanacağın və daşıma xərclərinin artmasıyla əlaqədar yaxın tarixdə bilet qiymətlərinin ucuzlaşması gözlənilmir”.
(“AzPolitika.info”)

Bütöv.az


Paylaş



Bölmə: Ana seife / Sosial / Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!