Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 30-08-2017, 14:28
Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhfəsi



"Hələ heç bir zaman bu qədər çox şəxs bəşəriyyət münaqişələri tarixində bu qədər az şəxsə borclu olmamışdı" - Uinston Çörçill.
Tarixə ən dəhşətli və qanlı müharibə kimi daxil olmuş və heç bir ölkəni, şəhəri, ailəni kənarda buraxmamış bu müharibə FAŞİZM olaraq adlanan qəhvəyi taun tərəfindən başlanmış və bütün bəşəriyyətə, ədalətliyə və humanizmə qarşı yönəlmişdi. Məhz bu xəstəliyə qarşı bütün mütərəqqi bəşəriyyət, ilk növbədə SSRİ olmaqla demək olar ki, bütün dövlətlər birləşdi. O zaman tam olaraq SSRİ-nin tərkibinə daxil olan respublikalar Vətən sərhədlərinə hücumun ilk günündən faşizmə qarşı mübarizədə birləşdilər. Elə bir ailə yox idi ki, o ailədən kişi və ya qadın olsun könüllü müharibəyə getməsin. Ölümdən qorxmayaraq onlar döyüş meydanlarında vuruşur, qanının son damlasına qədər şəhərləri qoruyur, vəhşi heyvanı daxildən zəiflətmək üçün partizan dəstələrinə qoşulurdular. Uşaqlıqlarını qurban verən uşaqlar faşist ..... vurmaq üçün cəbhəyə qaçırdılar. Əsgərləri sursat və ərzaqla təmin etmək üçün arxa cəbhədə, zavod və fabriklərdə iki növbəli işləyirdilər. Bu, öz uşaqlarının işıqlı gələcəyi və bütün dünyada sülh üçün çiyin-çiyinə döyüşən keçmiş SSRİ xalqlarının böyük şücaəti idi.


Azərbaycan faşist Almaniyası üzərində qazanılmış qələbəyə dəyəri ölçülməz töhfə verib. Respublikamızın ərazisində hərbi əməliyyatların olmamasına baxmayaraq, həmvətənlərimiz o dövrdə müharibənin bütün çətinlik və acısını yaşamışdılar. Müharibənin ilk günlərindən minlərlə azərbaycanlı könüllü cəbhəyə getdilər. Respublika ərazisindəki bütün zavod və fabriklər cəbhənin ehtiyaclarını qarşılamağa yönəldilmişdi. 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi və 15 minlik hava hücumundan müdafiə dəstəsi yaradıldı, 77-ci, 223-cü, 396-cı, 402-ci və 416-cı atıcı diviziyalar formalaşdırıldı. Həmçinin böyük hissəsi azərbaycanlılardan ibarət olan hissə və birləşmələr, o cümlədən: 416-cı atıcı Qırmızı bayraqlı Suvorov ordenli Taqanroq diviziyası, Voroşilov adına 76-cı dağ atıcı Qırmızı bayraqlı diviziya (daha sonra Lenin ordenli Qırmızı bayraqlı Suvorov ordenli 51-ci qvardiya atıcı Taqanroq diviziyası), 77-ci Qırmızı bayraqlı Suvorov ordenli atıcı Simferopol diviziyası, 223-cü Qırmızı bayraqlı atıcı Belqrad diviziyası, 227-ci Qırmızı bayraqlı atıcı Temrük diviziyası, 271-ci Qırmızı bayraqlı Boqdan Xmelnitski ordenli atıcı Qorlovskaya diviziyası, 402-ci atıcı diviziya, 396-cı atıcı diviziya yaradıldı. Bizim həmvətənlərimiz təkcə SSRİ-nin ərazisində (Məmməd Əliyev, Məmməd İsayev) deyil, eləcə də Qərbi və Şərqi Avropa ölkələrində də (Mehdi Hüseynzadə, Hüseynrza Məmmədov, Cavad Həkimli, Həsən Əliyev, Nuru Abdullayev, Məzaim Əliyev, Əli Babayev Baba oğlu, Məmməd Bağırov Səməd oğlu, Vəli Vəliyev, Mikayıl Hüseynov, Məmməd Məmmədov, Əli Tağıyev, Mirzə Şahverdiyev Ağababa oğlu və partizan hərəkatının digər nümayəndələri) partizan dəstələrində döyüşürdülər.

Azərbaycan SSR-də 130 növdən çox silah və sursat istehsal olunurdu. Azərbaycan SSR-nin sakinləri 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl topladılar və müdafiə fonduna təhvil verdilər. Bizim dahi həmvətənimiz bəstəkar Üzeyir Hacıbəyov tank birləşmələrinin və aviasiya eskadrilyasının yaradılması fonduna 25 min rubl keçirmişdir. Bakının müəssisələri Azov limanının və digər əhəmiyyətli obyektlərin bərpasında fəal iştirak etmişlər. Müharibə illərində Bakıda və respublikada onlarla hərbi hospital fəaliyyət göstərirdi. Rəsmi məlumatlara görə, Azərbaycan SSR-nin hospitalları bir milyon yarım sovet əsgərini sıraya qaytarmışdır. Bakının Keşlə qəsəbəsində “168” və “458” nömrələri altında kodlaşdırılmış iki aviasiya zavodu fəaliyyət göstərirdi. Fasiləsiz fəaliyyət göstərən bu müəssisələrdə UTİ-4 və YAK-3 qırıcı təyyarələri və hərbi aeroplanlar üçün xizəklər istehsal olunurdu. Bakıda həmçinin əfsanəvi “Katyuşa”lar üçün reaktiv mərmilər də istehsal olunurdu. “Katyuşa”lar üçün reaktiv mərmilərin istehsalı “metalplastmas” zavodunda həyata keçirilirdi. Azərbaycanın əsas özəlliyi neft sayılırdı. O zaman SSRİ-də istehsal olunan neft və neft məhsullarının 80%-ni Bakı neftçiləri cəbhəyə göndərirdilər. Bu, Azərbaycan neftçilərinin qəhrəmanlıq şücaəti idi («Hər şey cəbhə üçün, hər şey Qələbə üçün»). Azərbaycan Respublikasının bu üstünlüyü haqda görkəmli sovet sərkərdələri, misal üçün Sovet İttifaqının marşalı Konstantin Rokossovskiy fikir bildiriblər: «Qorxusuz şahinlərin hər bir döyüş zərbəsində, sovet tankçılarının hər bir reydində, alman-faşist qüvvələri üzərində hər bir qələbədə uğurun əhəmiyyətli hissəsi Bakı neftçilərinə məxsusdur»; Sovet İttifaqının marşalı Fyodor Tolbuxin: «Qırmızı ordu Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur»; Belarus Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Qleb Krasnevskiy: «Məhz Azərbaycan nefti Böyük Vətən müharibəsindəki qələbədə həlledici amillərdən biri oldu»; SSRİ Nazirlər Kabinetinin dövlət müşaviri N.K.Baybakov: «Bakılıların şanlı əməyi sayəsində sovet döyüş maşınının 75-80%-i hərəkətə gəlirdi».

«Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!» şüarıyla çalışaraq, Azərbaycanın neftçiləri keçici Qırmızı bayrağı 160 dəfə almışlar, bu da o illərdə əməyə verilən yüksək qiymətin göstəricisi hesab olunurdu. Azərbaycan xalqı faşizmə qarşı müharibənin son gününə qədər qəhrəmancasına mübarizə apardı. İkinci Dünya Müharibəsi zamanı hərbi qələbə və qəhrəmanlıqlara görə 128 Azərbaycanın vətandaşına Sovet İttifaqının Qəhrəmanı adı verilmişdir. Tank qoşunları general-mayoru, əfsanəvi Həzi Aslanov bu rütbəyə iki dəfə layiq görülüb, onlardan 14-ü ölümündən sonra bu adı almışdır. Şimal-Qərb cəbhəsinin 180-ci atıcı diviziyasının 42-ci atıcı alayının taqım komandiri, leytenant İsrafil Məmmədov Sovet İttifaqının Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı olmuşdur. Əsgərlər, partizanlar, arxa cəbhə zəhmətkeşləri, hamı ümumi məqsəd üçün – gələcək nəsillərin azadlığı və sülh şəraitində yaşamaları üçün mübarizə aparırdı. O dövrdə Azərbaycan Sovet Ordusunun ən qüdrətli silah ehtiyatlarından birinə çevrilmişdir. Eyni zamanda, cəbhəyə neft və neft məhsullarının əsas təchizatçısı idi (SSRİ-də istehsal olunan ümumi həcmin 80%-dən çoxu).

Döyüş əməliyyatlarında 600 000-dən çox azərbaycanlı iştirak etmiş, onlardan 300 000-i öz həyatlarını SSRİ-nin və Avropa ölkələrinin faşist işğalçılarından azad olunması üçün qurban vermişdir. Azərbaycanın 170 mindən çox döyüşçüsü şücaət və qəhrəmanlığa görə medallarla təltif olunmuşdur. Onlardan 128-i ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Onlar döyüşdülər və qalib gəldilər. Biz öz atalarımıza və babalarımıza bizə bəxş etdikləri azadlığa və firavanlığa görə minnətdarıq. İllər, əsrlər keçəcək, biz gedəcəyik, lakin Sizin qəhrəmanlığınız unudulmayacaq, çünki sizin şücaətiniz ölümsüzdür. Qələbəyə görə Sizə təşəkkür edirik!

Tamerlan Ələkbər
Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!