2 milyona görə həbs edilən direktora daha bir ittiham .....                        Azərbaycana keçən ermənilər geri qaytarıldı .....                        Erməni əsgəri ildırım vurub öldürdü .....                        Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı .....                        Şahramanyan yenə dindirildi .....                        Şahramanyan yenə dindirildi .....                        Ağır qəzada həlak olanlardan biri şəhid qardaşı imiş .....                        Tramp "Tesla"dan imtina edir .....                        Millimiz Qazaxıstanı məğlub etdi .....                       
Tarix : 31-08-2017, 14:24
Azərbaycanlı qızın etirazı erməni diplomatı qəzəbləndirib


Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə doğma Vətəni Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl 31 avqust tarixində işğal edilib.


Londonun səs-küylü küçələrindən birində musiqiçinin cəld barmaqlarının toxunuşu, virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi.


London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomatı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib və sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı deyib: “Bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var”.

Əsrarəngiz dağlar, möhtəşəm mənzərələr, tarixi abidələr, eləcə də zəngin flora və fauna ilə yaddaşlara həkk olmuş Qubadlının işğalı zamanı 238 dinc sakin qətlə yetirilib. İşğaldan sonrakı beş il ərzində isə 148 nəfər aldığı xəsarətdən vəfat edib.

14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etmişdir. Bu, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədən biridir. Qəbul edildikləri tarixdən 20 ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

Cek Peqoraronun dediklərindən: "Bu günkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzü bağlı bir xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqi əsərlərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!