Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib .....                        Ağdaşda 28 yaşlı qadın itkin düşüb .....                        Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirlik açıqladı .....                        Kuryer işləyən azərbaycanlı güllələnərək öldürüldü .....                        Rusiyanın daha bir generalı ölüb .....                        Qənirə Paşayeva mükafatı qalibə təqdim olundu .....                        Tehran “İranı Daş dövrünə qaytaracağıq” deyən Trampa cavab verdi .....                        Türkiyə 11 gəmisini Hörmüzdən çıxara bilmir .....                        Türkiyə İranı kölgədə qoyacaq ballistik raketlər hazırlayır .....                       
Tarix : 12-12-2018, 10:50
Azərbaycanlı musiqiçi Fransada “Qızıl açar” aldı

Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, azərbaycanlı fleytaçı Ağarəhim Quliyev “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqəsinin fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.
2018-ci ildə Paris, Bolqarıstan, İsrail, Mərakeş, Pekin, Nyu-York, Sankt-Peterburq, Mayami, Martinik, Qvadelupa, Papeete, Numea, La Reünyon, Vilnüs, Sürix, Praqada keçirilən “Qızıl açarlar” beynəlxalq musiqi müsabiqələrinin mükafatlandırma mərasimi İle-de-France regionunun Le Raincy kommunasında təşkil olunub.
Münsiflər heyətinin tanınmış musiqiçilərdən ibarət olduğu müsabiqədə Paris ali musiqi məktəbinin tələbəsi Ağarəhim Quliyev fleyta aləti üzrə “Qızıl açar” mükafatını qazanıb. O, İtaliya bəstəkarı Pietro Morlaççinin “İl pastore svizzero” musiqisini ifa edib.
Qeyd edək ki, Ağarəhim Quliyev "Ecole Normale de Musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinə iki ay əvvəl daxil olub. 2016-cı ildə ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində gənc Prezident təqaüdçülərinin konsertində onun uğurlu ifası alqışlarla qarşılanıb.
İstedadlı gənc musiqiçi bir neçə beynəlxalq müsabiqəyə qatılıb. O, Estoniyanın Narva şəhərində "Baltika ulduzları" IV Beynəlxalq musiqi müsabiqəsində ölkəmizi təmsil edib. 2012-ci ildə Bakıda ISESCO-nun, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyasının gənc klassik musiqi ifaçılarının birinci beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. (Azərtac)


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!