Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 18-07-2019, 12:05
Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib
Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi tədbirdə ziyalılar, məktəblilər iştirak edib.
GAİM-in icraçı direktoru Aygül İsayeva İmadəddin Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib. Dahi şairin ibrətamiz şeirlərinin bu gün dillər əzbəri olduğunu bildirib.
GAİM-in idarə heyətinin üzvü, Faxralı kənd Arif Əliyev adına 1 nömrəli ictimai məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Fatma Əliyeva Nəsimi poeziyasının fəlsəfəsindən, onun şerlərinin əruz vəznində və eyni zamanda, aşıq şeiri üslubunda yazılmasından söhbət açıb.
Tədbirdə həmçinin, həmin məktəbin müəllimlərindən Səyyad Allahverdiyev və Səmayə Musayevanın Nəsimi yaradıcılığı və “Hürufinin nəzəri əsasları” haqqında məruzə ilə çıxış ediblər.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi barədə də məlumat verilib. Nəsiminin 650 illik yubileyinin Azərbaycanda, eləcə də xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yüksək səviyyədə, layiqincə qeyd olunduğu vurğulanıb.
Tədbirdə Nəsimi irsi haqqında söhbət açılıb. Bildirilib ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə də yazıb. Onun şeirləri həmçinin digər dillərə, o cümlədən gürcü dilinə də tərcümə edilib. Nəsimi əsərləri istedadlı tərcüməçi Oqtay Kazımov və gürcü şairi Zezva Medulaşvili tərəfindən tərcümə edilərək gürcü oxucularına çatdırılıb. Tədbirdə mükəmməl tərcümə üçün hər iki tərcüməçiyə təşəkkür edilib.
Sonra məktəblilər Nəsiminin şeir və qəzəllərini söyləyiblər.
Poeziya Günü tədbirində "Nəsimi" filmi nümayiş etdirilib.
Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!